44 günlük qalibiyyətli Vətən müharibəsi demək olar ki, dünyanın və Azərbaycanın gündəliyində dalana salınmış məsələlərin həll edilməsinə imkan verdi. 44 gündə hərb və diplomatiya müstəvisində əldə etdiyimiz uğurlar ən vacib məsələlərin həll edilməsinə imkan verdi. Bu qələbə 20 ildən artıq bir müddətdə davam etdirilən güclü iqtisadi siyasətlə şərtlənən hərbi və diplomatik üstünlüyün nəticəsidir.
Azərbaycanın ən acı və utanc verici vəziyyəti fərqli bəhanələrlə bir vaxtlar torpaq verib qonşuda dövlət yaratdığımız Ermənistan tərəfindən işğal edilməsi idi. Ermənistan bütün vəziyyətlərdə işğal faktından imtina etməyə çalışırdı. Məsələni belə təqdim etməyə çalışırdı ki, Qarabağ münaqişəsi Azərbaycanla Dağlıq Qarabağ arasındadır. Hətta Dağlıq Qarabağda kimsə tərəfindən tanınmayan və qəbul edilməyən “DQR” da yaratmışdılar. Lakin dünyada gerçəklik ondan ibarət idi ki, Birləşmiş Millətlər Təşkilatı sənədlərində “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları” haqqında məsələlər müzakirə etmişdir. Ermənistanın işğal etmiş olduğu Azərbaycan torpaqlarını azad etməsi haqqında 4 qətnamədə qəbul edilmişdir. Lakin bu qətnamələr ölü doğulmuş sənədlər olaraq qaldılar. O 4 qərara görə Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etmədiyinə görə Azərbaycan Respublikası silah vasitəsi ilə torpaqlarının azad edilməsinə nail oldu. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qeyd etdiyi kimi”Azərbaycan respublikası BMT-nin Ermənistanın işğal edilmiş torpaqların azad edilməsi haqqında qərarını yerinə yetirdi.”
30 ildən bəri davam edən münaqişə birinci planda Ermənistan və Azərbaycan arasında idi. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilmişdir. Ermənistan mənfur planlarını həyata keçirmək üçün Dağlıq Qarabağda seperatizm hərəkatından istifadə edirdi. Buna görə də münaqişənin xarakterindən, bu və ya başqa dövlətlərin yaxılaşmasının formasından asılı olmayayaraq “Dağlıq Qarabağ münaqişəsi” Vətən müharibəsinin yekununda imzalanan müqavilə ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bəyan etdiyi kimi:” Dağlıq Qarabağ münaqişəsi həll olunub, danışıqlar aparası heç nə yoxdur”Bu, 44 günlük Vətən müharibəsini qələbə ilə başa çatdıran Ali Baş komandanı İlham Əliyevin qəti mövqeyidir. Amma etiraf etməliyik ki, Ermənistan rəhbərliyi, bir çox hallarda Rusiya səlahiyyətliləri, Avropadakı ermənilərin havadarları “həll olunmuş münaqişədən sonra da həll edilməsinə ehtiyac hiss edilən məsələlər qaldırmağa başladılar.” Qeyd olunan qüvvələr Azərbaycan Ermənistan münaqişəsinin tamam ilə aradan qaldırılmasında maraqlı deyillər. Ona görə ki, münaqişə tam aradan qaldırıldıqdan sonra xarici qüvvələrin Qafqazda iştirakına səbəb qalmayacaqdır.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təbirincə biz yeni mərhələyə qədəm basmışıq:” “Hazırda biz münaqişədən sonrakı inkişaf vəziyyətindəyik.”Münaqişədən sonrakı inkişafla əlaqədar hər iki tərəfin –Azərbaycanın olduğu kimi Erməhistanın da yerinə yetirilməsi vacib olan məsələlər vardır. Ermənistan qonşuluqda olduğu kimi, diplomatik münasibətlərdə də sözünün sahibi olmayan tərəfdir. Onunla əlaqədar olaraq Ermənistan tərəfi dünyada qərarlaşmış münasibətlər sistemindən fərqli problemlərin meydana çıxmasına səbəb olur. İki üç dövlət arasında imzalanmış müqavilələrin şərtlərini dəqiqliklə yerinə yetirirlər. Ona görə də Azərbaycan ,Ermənistan Rusiya müqaviləsindən sonrakı yol xəritəsinin həyata keçirmək Ermənistanın qeyri konstruktiv fəaliyyətinin nəticəsində irəliləyə bilmir. Lakin nə qədər maneələr olsa da ölkəmiz onların aradan qaldırılmasında qərarlıdır. Buna görə də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu və ya başqa mövqedən Dağlıq Qarabağ məsələsinidaima gündəlikdə saxlamağa çalışanlara diplomatik olaraq çox tutarlı cavab vermişdir. O demişdir:” Dağlıq Qarabağ münaqişəsi həll olunub.”
Qeyd etdiyimiz kimi Ermənistan tərəfi cürbəcür bəhanələrlə Qağlıq Qarabağa aid məsələləri meydana atmaq istəyirlər. Güya Vətən müharibəsi dövründə Qağlıq Qarabağı tərk etmiş ermənilərin öz yerlərinə qaytarılması məsələsini irəli sürürlər. Azərbaycan tərəfi bu məsələyə qəti şəkildə cavab vermişdir. Yalnız erməni əhalisi deyil, eyni zamanda Dağlıq Qarabağda yaşamış azərbaycanlıların da əvvəlki yerlərinə gətirilməsi eyni prosesdir. Hər iki icmaya Azərbaycan vətəndaşlığı şəraitində hər cür şərait yaradılacaqdır. Ermənistandan və ya onun havadarlrından heç bir əsas olmadan status məsələsi ortaya atılır. Yenə də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Dəmir yumruq” diplomatiyasını davam etdirərək bildirir:”Bununla bağlı danışıqlar aparası heç nə yoxdur.”Bu qeyd olunan fikirlər yüksək səviyyəli beynəlxalq diplomatik görüşlərdə ifadə edilmişdir
Bu, Azərbaycanın qəti mövqeyini ifadə edən fikirləri Prezident İlham Əliyev iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən deyib.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini təsdiq edən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat da beynəlxalq miqyasada fərqli bucaq altında baxılmaqdadır. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat bəzi beynəlxalq siyasətçilərə görə atəşkəs razılaşmasıdır. Xarici siyasətçilərin bu yanaşmaları ilə heç cür razılaşmaq olmaz. Buna görə də xarici siyasətçilərin mövqeynə qarşı siyasi iradə nümayiş etdirən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bəyan etmişdir: ”Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat bəzi beynəlxalq siyasətçilərin təqdim etməyə çalışdığı kimi, təkcə atəşkəs razılaşması deyil.”dir.
Xarici müşahidəçilərin bəziləri açıq və ya gizli erməni himayədarlığı ilə əlaqədar olaraq 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın əhəmiyyətini azaltmağa çalışırlar. Ona görə də İlham Əliyev xarici siyasətçilərə məsləhət görür ki, bəyanatla yaxından tanış olsunlar. ” Bu sənədə baxan hər kəs görəcək ki, o, təkcə atəşkəslə bağlı deyil, bir çox başqa məsələlərlə bağlıdır.” “Biz postmünaqişə vəziyyəti barədə düşünməliyik. “Çıxışımın əvvəlində qeyd etdiyim kimi, biz səhifəni çevirməyə, irəli getməyə və regional sabitliyə töhfə verməyə hazırıq”, – dövlət başçısı bildirib.
Azərbaycan artıq yeni bir mərhələyə – post-konflikt dövrünə qədəm qoyur. Bu mərhələdə Azərbaycan iqtisadiyyatı nəinki münaqişədən əvvəlki vəziyyətə qaytarılacaq, yeni iqtisadi inkişaf modelinin qurulması ilə əvvəlkindən daha çox inkişaf etdiriləcək. Yaxın zamanda Azərbaycan hərbi və diplomatik üstünlüyünü region ölkələri arasında iqtisadi üstünlüyü ilə də tamamlayacaq
• İqtisadi bərpa planının ikinci mərhələsi insanların hissə-hissə həmin ərazilərə köçürülməsi və iqtisadi fəaliyyətin yenidən canlanmasını, bununla da həmin ərazilərə həyatın qaytarılmasını əhatə edəcək. Post-konflikt əraziləri iqtisadi və resurs cəhətdən çox zəngin ərazi olduğu üçün orada sənaye, kənd təsərrüfatı, turizm kimi müxtəlif sahələrin inkişaf etdirilməsi nəzərdə tutulub.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
6
Həsənbala Sadıqov: Postmünaqişə dövründə “dəmir yumruğ”un diplomatik təzahürlərinə dair
477 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.