Ermənistanın baş naziri Paşinysndan ildırım sürəti ilə dünyaya yayılan, dünya tarixində analoqu olmayan seçim vədini -“əsirləri almaq üçün oğlumu verirəm” deyimini oxuduqda bu hadisəyə dünya tarixi pəncərəsindən baxmaq istədim.
Ən qədim dövrdən bu günə qədər kimsə hər hansı bir ölkənin başçısının məğlubiyyətdən sonra oğlunu müharibə əsirlərinə və ya terroristlərə qurban verməsi hadisəsi olmamışdır. II dünya müharibəsi illərində Almaniya Stalinə əsir düşən oğlunu SSRİ-də əsir saxlanılan feldmarşal Paülüslə dəyişməyi təklif edəndə “mən əsgəri feldmarşalla dəyişmirəm.” cavabını almışdılar. Deməli, əsir dəyişmənin də beynəlxalq qanunları, siyasi ədəbi hətta siyasi əxlaqsızlığı var. Həddən artıq olanda beynəlxalq siyasi dairələdə, diplomatik məclislərdə çox düzgün olara hətta siyasi təlxəklik adlandırılır.Ermənistanda siyasi olimp-parlament seçkilər uğrunda mübarizə marafonu başlamışdır. Paşinyan bu yolda bütün müqəddəslərdən belə imtina edə bilir. Bu, klassik siyasətşi əxlaqının bariz nümunəsidir. Qarabağa göndərib müharibə cəbhələrində bunkerdə “hərbi xidmət keçirdiyi oğlu Aşotu da” qurban vermək vədi seçki şarlatanlığı olaraq qəbul edilir.
Oğulun başqa hökmdara məcburiyyət qarşısında girov verilməsi məsələsi tarixdə çox istifadə edilmişdir. Hətta son dövrlərə qədər başqa bir hakimin hakimiyyətini qəbul etmək əlaməti olaraq məğlub edilmiş hakimlər oğullarını qalib hakimin müəyyən etdiyi yerə girov olaraq göndərmişdilər.
Oğulun mübadilə vasitəsi olaraq istifadə olunmasına aid faktlar ən qədim tarixdən başlayaraq XIX əsrin 30-cu illərinə qədər davam etmişdir. Ən qədim tarixdən xüsusi ilə də heyvandarlıqla məşğul olan ən qədim tayfalarda, qəbilələrdə də olmuşdur. Hətta maldar qəbilələrdə əsir edilənin mənsub olduğu qəbilədə tutduğu mövqeyinə və imkanına- yerinə görə mübadilədə qoyunların və ya başqa heyvanların sayı müəyyən edilərkən çox diqqətlə nəzərə alınırdı.
44 günlük əzəmətli və zəfər tariximizin zirvəsi olan Vətən müharibəsi torpaq verib özümüzə bəla- dövlət yaratdığımız Ermənistanın yalnız hərbi məğlubiyyəti deyildir. Vətən müharibəsi nəticəsində Azərbycanın işğaldan azad edilən mədəniyyət mərkəzi olan ərazilərdəki dünyada heç bir xalqın təmsilçisinin ağlagəlməz vandalizm aktları dünyada ədalət hissini itirməmiş dövlətlər, siyasi xadimlər, hətta adi ınsanlar “ermənini tanıdıq!” nəticəsini çıxardılar.
Tarixən tanıdığım ermənilər istər rəhbərləri, istərsə də adi vətəndaş olsunlar genetik olaraq soyqırımçıdırlar. Böyük dövlətlərin qucağında xumarlanan və Qarabağda qələbəyə təşnə olan Paşinyan tarixi məğlubiyyətə, Ermənistanın son mövcud olduğu yüz illik tarixdə ilk alçaldıcı, biabırçı kapitulyasiyaya imza atdı. Burada təbii olaraq adamın ağlına gəlir ki, Paşinyanın Azərbaycanın və dünyanın mühüm mədəniyyət mərkəzi Şuşadakı “yallı diplomatiyası” dünyaydan, o cümlədən Azərbaycandan hərbi imkansızlığını gizlətmək üçün lazım idi.
Ona görə də dünya mətbuatında Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin “memarı” olaraq Paşinyanı görürlər. Burada çox maraqlı cəhətlərdən biri Ermənistanın hərbi imkanlarının azərbaycanınkı ilə müqayisədə istifadə edilən hesablama ibtidai məktəbin dalında çantası olan şağirdinin məntiqindən belə aşağıdır. Hansı əsaslasa Paşinyan kapitulyasiya aktını imzalayana qədər bu düşüncədə idi ki, ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Ölkələri, ya da dünyada olan havadarları-babaları onun köməyinə gəlib xilas edəcəklər.
Paşinyanın uzaq görməzliyini ondan müəyyən etmək olar ki, Azərbaycan ordusunun qalibiyyətli zəfər yürüşünün 44 günü ərzində hakimiyyətin nəzarətində olan mətbuat, saytlar, televiziya xəbər proqramları utanmadan, əbədi gizli qalacaqmış kimi “erməni ordusunun cəbhədəki xəyali zəfəri” haqqında mütəmadi yalan məlumat verirdilər.
Şuşa alındıqda belə xalqa yalandan məlumat verirdilər ki, qüvvələrimizi yenidən təşkil edib “yaxın günlərdə Azərbaycanın azad etdiyi yerləri geri qaytaracağıq.” Hətta Paşinyan əli hər yerdən üzüldüyündən və məğlubiyyətin onun “demokratik yolla” qəsb etdiyi hakimiyyət sarayının qapısını döydüyünü bildiyi halda görüntü və xalqda aldadılmış görüntü-ilğım yaratmaq üçün deyilənə görə İrəvanda baş kilsəyə katalkosla gedib qələbə qazanmaq üçün dualar oxumuşdular. Nə İlahidən, nə də dünyanın güclərindən kömək gəlmədi. Ədalətin tərəfində olduqları üçün gəlməzdi də.
Onlar da yaxşı bilirdilər ki, Vətən müharibəsi aparan Azərbaycanın işi haqq işidir və BMT-nin işğalçı Ermənistan haqqında qəbul etdiyi 4 tarixi qətnamələri yerinə yetirir və ordumuzun qəhrəmanlıq möcüzəsi ilə yerinə yetirdi də. Bu, Azərbaycan respublikasının dünyanın da işğalçı olaraq tanıdığı Ermənistan üzərində dünyanın hərb tarixinə qızıl hərflərlə yazılan müstəsna qələbəsi idi.
Dəlilik bir psixoloji kateqoriya olaraq social vəziyyətindən asılı olmadan hər bir insanın fəaliyyətində meydana çıxa bilır. Siyasi xadimlərin hərəkətlərinin dünya xalqları tərəfindən dəlilik olaraq qəbul edilməsi üçün onun məzmunu, daşıdığı siyasi yük hamının qəbul etdiyi deyil, qeyri adi olmalıdır. Siyasətçinin bəyanatı, hətta bir cümləsi də onun siyasi portretini ortaya qoya bilir.
Dünyanın mətbuat orqanları çaşqınlıqla Paşinyanın”oğlum=bütün erməni hərbi əsirlərə” modeli ilə Azərbaycana müracət edəcəyini bildirdi. Əslində Paşinyanın bu bəyanatı günəşli havada ildırım effekti yaratdı:-dəyərli olmasına görə deyil dəyərsizliyinə görə. Hamıya məlum oldu ki, Paşinyan yenidən baş nazir olmaq üçün hər şeyindən, hətta yeganə oğlundan da keçməyə hazırdır. Bunu Paşinyan millətin əsirlərinə məhəbbətin nümunəsi olaraq xalqına və dünyaya təqdim etməyə çalışırdı.
Bu şizofrenik bəyanatla dünyanın vacib məsələsi kimi yenidən gündəliyə gəldi. Tarixi ədalət isə başqa bir yanaşma-müharibə canisi kimi Paşinyan mühakimə edilməlidir deyir və həm də tələb edir. Müharibə dövründə hər iki tərəfdə şəhid olanlar, itgin düşənlər, böyük dağıntılar onun bərbad və tam perspektivsiz olan, hələ əvvəlcədən ölü “doğulmuş” siyasətə yabançı olan günahı üzündən olmuşdur.
Hətta Ermənistanda belə səriştəsiz komandirə(bəzən hərbi geyimdə ön xəttdə peyda olur, səsdən qorunmaq üçün qulağına tıxac taxır və başının üstündə skafandr formalı, demək olar ki, bütün bədənini güllədən qoruyan gülləkeçirməz çətir tuturdular) qarşı ilk səs qaldıran, ölkədə və dünyada çox böyük rezonans verən güc strukturlarının çox ciddi günahlandırıcı çağrışı oldu.
Dünya tarixində məğlubiyyət müəlliflərinin çox qəribə, demək olar ki, dözülməz psixologiyası olur. Onların ən çox qorxduqları istər siyasi, istərsə də hərbi məğlubiyyətindən danışılmasıdır. Məğlubiyyətdən sonra tez-tez tutu quşu sayağı “mənə müharibə cəbhələrimdəki qələbələrimdən danışın” deyən Paşinyan onların həqiqi, gerçək tələblərinə həddən artıq hiddətləndi və onları-Ermənistanda onun hakimiyyətinə qarşı hərbi çevrilişə təşəbbüs də günahlandırdı.
Az qalırdı ki, “siz siyasətdə və hərbdə kor və səriştəsiz olduğunuzdan məğlubiyyət görünən şahmat gedişlərimin mənim çox böyük qələbə aysberqimin kiçik görüntüsü olduğunu görə bilmlrsiniz.” desin. Amma Paşinyanın münasibətinə, həddən qəzəblənməsinə, müdafiə nazirini “istefaya” göndərməsinə uğursuz təşəbbüs etməsinə baxmayaraq aldadılmış, onsuz da məğlubıyyətlə təhqir edilmiş xalq ayağa qalxdı, nəticədə Ermənistan qarışdı və Yerevan küçələrində bir vaxtlar müəllifi olduğu, indi isə onun zirzəmilərdə xalqdan gizlədilmiş, kisə kimi üst-üstə yığılmış, gizli olaraq özüboşaldan yük maşını ilə daşınan əsgər meyyitlərinin sahiblərinin onun hakimiyyətinə qarşı çevrilmiş gemokratik inqilabın küləkləri əsməyə başladı.
Gündən günə ölkədə vəziyyətin gərginləşməsi, qarşıda hakimiyyətinin taleyini həlledə biləcək seçkilərə görə gözlənilməz, isteriyalı bəyanatlar verir, müharibədəki məğlubiyyətin günahını özündən başqa hamıda, hətta “Mədəniyyət və Miqrasiya nazirliyinin yarıtmaz fəaliyyətində” görürdü.
Bu günlərdə Ermənistanda xalqdan qorxduğu üçün polisin ciddi qoruması ilə təşkil olunan seçki kompaniyası ilə əlaqədar seçicilərlə görüşdə siyasi xal qazanmaq, müharibədəki hərbi əsirləri(terroristləri də) hətta öz oğlundan belə çox istədiyini bildirmək üçün çıxışında deyir:”bu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə rəsmi müraciətimdir.
Bütün erməni əsirləri müqabilində oğlumu əvəz olaraq verməyə hazıram” deyib. Burada Ermənistanın Azərbaycanda olan erməni hərbi əsirlərinin təsnifatının bir neçə cümlə ilə verilməsinə ehtiyac vardır. İyun ayının əvvəllərindən Bakıda Ermənistanın “hərbi əsir” adlandırdığı, Qarabağda həbs olunmuş 3 nəfər yaraqlısının cinayət işi ilə bağlı hərbi məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmə baxışının mümkünlüyü məsələsi dəlillərin təhlili və toplanmış marerialların dəqiqləşdirilməsi əsasında müəyyən edilmişdir. Əvvəlcə məsuliyyətə cəlb olunanların anket məlumatları dəqiqləşdirilib. Məlum olmuşdur ki, Paşinyanın “günahsız və yazıq erməniləri” ermənilərdən ibarət yaradılmış peşəkar təxribatçı silahlı qrupların fəaliyyətində iştirak ediblər. Azərbaycanlı girovlara amansız işgəncələr veriblər, onlarla qəddar və qeyri-insani rəftar etdikləri, tikintidə ağır işlərin görülməsinə də məcbur edildikləri, hətta xəsarət yetirdikləri də məlum olmuşdur.
“Erməni hərbi əsirlər” qrupuna daxil olanların bir çoxu əvvəllər Ermənistanda saxlanılan azərbaycanlı əsirlərə qarşı xüsusi qəddarlıq nümayiş etdiriblər. İndiki hərbi əsirlər azərbaycanlı əsirləri mütəmadi qaydada döymüş, ac-susuz saxlamış, fiziki və psıxı iztirablar yetirməklə işgəncə veriblər. Paşinyanın “günahsız” adlandırdığı hərbi əsirlər cinayət məcəlləsinin 113(işgəncə), 115.2(müharibə qanunlarını və adətlərini pozma), 279.1.(qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2(Azərbaycan respublikasının dövlət sərhəddini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən hərbi əsirlərə həmin maddələr üzrə ittiham olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.
Paşinyan parlament seçimlərində onun iddialı rəqibi olan və ciddi seçim kompaniyası aparan Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryana qarşı hər imkanda ağır ittihamlar irəli sürür, hətta onlardan da özündən nümunə götürüb “oğlanlarını əsirlərlə dəyişmələrini” istədi. Dünyada siyasi müşahidəçilər qeyd edirlər ki, Paşinyanın gözlənilmədən, seçim qutusunun yaxınlaşdığı günlərdə hətta sabaha çıxacağına inanmadığı günlərdə məlum bəyanatla qalib Azərbaycan Respublikasının prezidenti ilham Əliyevə müraciət etməsi çox böyük siyasi qarışıqlığa səbəb oldu.
Paşinyan və onun tərəfdarları ölkəni bürüyən “istefa” çağırışlarını basdırmaq və yenidən seçilmək üçün ölkə ərazisnin hər yerini əhatə edən kompaniyaya -mitinqlərə başladı. Mütəxəsislər Paşinyanın “oğlum=Azərbaycanda olan erməni hərbi əsirlərə” yaxınlaşmasının meydana çıxmasının tarixi köklərini də müəyyən ediblər. Ermənistan cəmiyyəti Azərbaycanın hərbi əzəməti qarşısıda məğlub olub kapitulyasiya aktı imzalayandan sonra ən çox narahat edən Azərbaycan tərəfində olan erməni əsirlərin taleyidir.
Buna görə gə erməni seçiciləri tez-tez özü iştirak etdiyi və ya iştirak etmədiyi yığıncaqlarda Paşinyana erməni əsirlər haqqında sual verir və ya sorğularını ünvanlayırlar.
Bir neçə ay əvvəl Azərbaycan tərəfdə olan erməni əsirlərlə əlaqədar verilən suala Paşinyan nəticəsini və xalqda ola biləcək reaksiyanı düşünmədən tələsik “Azərbaycanla əsirlərin dəyişdirilməsi bir neçə ay sonra ola bilər” deməsi cəmiyyətdə müxtəlif şəkildə qarşılanmışdır.
Paşinyan Sərkisyan tərəfindən çox ciddi tənqid olunmuşdur. Hətta Sərkisyan Paşinyanın “azərbaycanla əsirlərin dəyişdirilməsi bir neçə ay davam edə bilər” bəyanatına çox ciddi şəkildə etiraz etmiş, Paşinyana “oğlunu ver 20-25 erməni əsirini Azərbaycandan geri al!” demişdir. Buradan Paşinyanın qəfil bəyanatı meydana gəlmişdir. Ermənistanda partiya və siyasi lidelərin münasibətini təhlil etdikdə Paşinyanın”oğlum=əsirlər”formulunun yaranma tarixi meydana çıxır. Qeyd olunan tənqidlərə dözə bilməyən Paşinyan sanki ona qarşı Ermənistanda olan müxalifətə müraciət edir: “Sizin dediklərinizi qəbul edirəm və Əliyevi oğlumu bütün əsirlərlə dəyişdirməyə çağırıram. Oğlumu bütün hərbi əsirlərin müqabbilində dəyişdirilməyi rəsmi olaraq elan edirəm, çağırıram.”
Burada Paşinyanın aktyorluğu da özünü aydın göstərir. O bilir ki, Azərbaycan hərbi əsirlərə münasibərdə beynəlxalq hüquqa əsasən hərəkət edəcək, bütün erməni əsirlərinin Paşinyanın oğlu Aşota bərabərliyini qəbul etməyəcəkdir. Bu formada dəyişmə çox barbar, vandal metoddur və onu yalnız Paşinyan kimilər siyasi qazanc əldə etmək üçün əsassız bəyan edə bilərlər. Sanki ata və oğul bəyanatlarını sinxronlaşdırmışdılar. Paşinyanın oğlu Aşot da xəyali qəhrəmanlığa hazır olduğunu elan etməyi gecikdirmədi. Facebook hesabında bildirdi ki, erməni əsirlərinə bərabər dəyişdirilməsinə hazır olduğunu bildirdi. Həm də əlavə etdi, “atasının təklifini sevə-sevə qəbul etdiyini bildirdi.”
Paşinyanın oğlu belə olanda həm də Azərbaycanda olan bütün erməni əsirlərinin işləmiş olduqları bütün cinayətləri də boynuna götürür.Bu cinayətlər isə Aşotun ən azı 10 dəfə ömürlük(edam ləğv edilməsəydi 10 dəfə edam) həbsə məhkum olmasına səbəb olacaqdır. Beləliklə, Ermənistanın kapitülyasiyaya imza atmış yeganə prezidenti Paşinyanın “oğlum= bütün erməni əsirlərinə” konsepsiyası diplomatiyada qəbuledilməzdir.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
11.06.2021
Azərbaycan
1