KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Həsənbala Sadıqov: Osmanlıda 1915-in soyqırımı” haqqında erməni nağılının Ukraynada iflası

Həsənbala Sadıqov: Osmanlıda 1915-in soyqırımı” haqqında erməni nağılının Ukraynada iflası

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
423 0

Dünyada olan bütün xalqları bir cəhət onda birləşdirir ki, hamının tarixinə və həyat tərzinə uyğun gələn nağıl dünyası vardır. Biz uşaqalıqdan oxuya bildiyimiz riyakarlıqdan uzaq olan nağıllarla tərbiyə olunmuşuq. Lakin sonradan məlum olacaq ki, nağılları da siyasət aləti vasitəsinə çevirən xalqlar, siyasi liderlər vardır. Nağıl dünyasında qana bələnmiş nağılların olduğunu da mən erməni məsələsinin tədqiqi ilə məşğul olduqda öyrəndim. Hər sətirindən qan axan nağılların başında ermənilərin 1915-ci ilin soyqırımı nağılı gəlir.1915-ci ildən bu günə qədər ermənilərin hakimiyyəti, quruluşu, işğalçılığı dəyişsə də “1915-ci il soyqırımı” iddiası dəyişməyib. Çox maraqlı olaraq bu qədər böyük iddianı təsdiq edəcək bir dənə sənəd belə yoxdur. Ermənilərin 4 T konsepsiyasının 1-ci T-si ondan ibarətdir dünyanın harasında yaşamasından asılı olmayaraq erməni “1915-ci il soyqırımını” tanımalı və bütün varlığı ilə qəbul etməlidir. Ermənilərin 4T konsepsiyasının 2-ci T-si hər bir erməni yalanını olduğu kimi “1915-ci il soyqırımını” tanıtmaqdır.
1915-ci il soyqırımı yalanını bütün ölkələrdə və beynəlxalq təşkilatlarda tanıdılmasına nail olmaq ermənilər üçün əsas strategiyadır.
Bir neçə kəlimə” 1915-ci il soyqıqrımı “ iddiasının meydana çıxması haqqında. 1915-ci ildə ermənilər Osmanlı dövlətində çox böyük imtiyazlara sahib idililər. Osmanlı dövlətində azlıqların xüsusi imtiyazı var idi. Ermənilərin hamısına can, mal, namus, din, məzhəb, vicdan azadlığı vermişdir. Ermənilərin siyasətlə məşğul olmaları sərbəst idi. Ermənilərin vətəndaşlıq haqqları heç bir əksiyi olmadan hakimiyyət tərəfindən tanınmışdır. Ermənilər azlıq olaraq az miqdarda vergi ödəyərək əsgərlikdən azad edilmişdilər. Bu onlara erməni əhalinin sayını ayrtırmağa imkan verirdi. Ticarət sahəsindəki fəaliyyətləri də onları zənginləşdirmişdir. Ermənilər heç bir məhdudiyyət olmadan nazirdən tutmuş millət vəkilinə qədər bütün sahələrdə işləyirdilər. Yüksək vəzifələrdə 100-lə erməni var idi. Osmanlıda konsulluqlar və katibliklər onların–ermənilərin inhisarında idi. Hətta Xarici İşlər Nazirliyi tamam ilə ermənilər tərəfindən “işğal” edilmişdir. Lakin I Dünya mühariəsinin başlanması ilə əlaqədar olaraq Ermənilər Vətənə-Osmanlı dövlətinə xəyanət edib, Rusiya ilə əlaqələr yaratmışdılar. Erməni üsyanları adı ilə ermənilər Vətənə xəyanət etməyə başladılar. Bu xəyanətin qarşısını almaq üçün hər bir dövlətdə ola bilcəyi kimi Osmanlı dövləti də 24 aprel 1915-ci il tarixli qərarını verdi. Ermənilər heç bir rəsmi sənəd olmadan əsassız olaraq qeyd olunan qərarı “Soyqırımı aktı “ olaraq dünyaya 100 ildən artıq bir müddıtdir ki, tanıtmaq istəyirlər.
100 ildir ermınilər dünyanın bütün ölkələrində və beynəlxalq təşkilatlarda qeyd olunan qərarı soyqırımı aktı olaraq tanıtmağa çalışırlar. Son günlər-12 yanvar 2022-ci il tarixdə Ukraynadan Ermənistanın “Soyqırımı nağılına”ağlına gətirə bilməyəcəyi zərbə almışdır. Qardaş Ukrayna dövləti “1915-ci il hadisələri ilə əlaqədar Türkiyəyə böyük jest etmiş oldu. Kanal.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radası 1915-1923-cü illərdə Osmanlı İmperiyasında “erməni soyqırımı”nın tanınmasına dair sənədi müzakirədən çıxarıb.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ukrayna-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri Rüstəm Umerov ilə danışıqlar aparıb.
Şentop həmçinin 1915-1923-cü illərdə Osmanlı İmperiyasında “erməni soyqırımı”nın tanınmasına dair sənədin Ukrayna Ali Radasının baxılmasından geri götürülməsindən də məmnunluğunu bildirib:
“Biz bu cür suallarla əlaqələrimizi ləkələməməliyik. Əminəm ki, bu, kiçik bir qrup insanın təşəbbüsüdür. Ukrayna hakimiyyəti əvvəldən bu məsələdə prinsipial və balanslı mövqedən çıxış edib. Ümid edirik ki, bu, belə davam edəcək”.
Professor Həsənbala Sadıqov
Azərbaycanın Əməkdar müəllimi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir