KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsənbala Sadıqov: Müqavilənin imzalanması tərəflərin məcburiliyinə razılığın ifadəsidir

Həsənbala Sadıqov: Müqavilənin imzalanması tərəflərin məcburiliyinə razılığın ifadəsidir

Kafkassam Editör Kafkassam Editör - - 15 dk okuma süresi
31 0

10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan müqavilə forma və məzmununa görə beynəlxalq müqavilədir. Müqavilə tərəflər üçün qanuni hüquq və yerinə yetirilməsi məcburi olan öhdəliklər yaradır. Müqavilənin imzalanması tərəflərin müqavilənin məcburiliyinə razılığın ifadə olunması deməkdir. Hələ indiyə qədər beynəlxalq praktikada heç bir müqavilə imzalayan müqaviləni yerinə yetirmək haqqında yazılı zəmanət verməmişdir. Belə düşünənlər beynəlxalq müqavilələrin hüquqi aspekti ilə tanış olmamalarından irəli gəlir. Son zamanlar ən çox danışılan məsələlərdən biri Ermənistan tərəfin kapitülyasiya aktına imza edəndən sonra “müqaviləni yerinə yetirmək haqqında yazılı zəmanət verməmişəm” eyhamıdır.
Məğlub Ermənistanda seçkilər keçirilmiş, məğlub baş nazir yenidən paradoksal bir şəkildə baş nazir kürsüsünü zəbt etmişdir. Yeni baş nazir əvvəlki baş nazirliyi müddətində Azərbaycan qarşısında məğlub olmuşdur. Rusiyanın vasitəçiliyi ilə Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il müqaviləsi imzalanmışdır. Bu keçən 10 ay müddətində Ermənistanın əvvəl baş naziri, son dövrdə baş nazir icraçısı Moskva müqaviləsinə münasibəti ilə fərqli fikirlərin, yanaşmaların meydana çıxmasına səbəb olmuşdur. Çox halda beynəlxalq müqavilələr hüququndan xəbərsiz olaraq belə fikirlər yaratmağa çalışırlar ki, müqavilədə “Ermənistan yazılı öhdəlik götürməyib”dir. Buna əsaslanaraq bir sıra siyasi ekspertlər hətta “Paşinyan öz imzasından imtina edir?” kimi cəfəng, beynəlxalq müqavilələr tarixində analoqu olmayan iddiaların meydana gəlməsinə səbəb olur. Paşinyan Moskva müqaviləsinə qalib kimi deyil, məğlub dövlət olaraq Moskvanın vasitəçiliyi ilə imza atmışdır. Belə müqavilələrin pozulması məntiqi olaraq müharibənin qaldığı yerdən davam etməsinə hüquqi əsas verir. Bu gün Paşinyanda “nə qədər xəyali dəskəkləri olsa da” qalib Azərbaycan ordusuna cavab verəcək nə hərbi qüdrət, nə də ki, iqtisadi potensial yoxdur.
Paşinyanın Moskva müqaviləsinə münasibəti ilə fərqli fikirlərin və yanaşmaların meydana çıxmasına səbəb Ermənistanda yeni Baş nazir seçilən Nikol Paşinyandır. Nikol Paşinyan Müdafiə naziri Arşak Karapetyanı nazirlik aparatına təqdim edərkən Ermənistanın mövcud vəziyyəti haqqında bir sıra məsələlərə aydınlıq gətirməyə çalışıb. Onunla da Ermənistan baş naziri Nikol Paşinyan bir sıra beynəlxalq müqaviləyə yanaşmada qəbul edilməsi mümkün olmayan məsələlərə toxunub. Əslində Ermənistanın yeni baş naziri yeni təyinatda bu qədər məsələlərə toxunması və bir çox münasibəti kölgə altına alması siyasətdən yox, siyasətsizlikdən xəbər verir.
Tarixi “müraciətində” baş nazir Nikol Paşinyan güya yeni bir yanaşma kimi “regionda vəziyyətin sabit olmadığını bildirir.” Halbuki regionda vəziyyətin sabit olmamasının cavabdehi, günahkarı və Azərbaycan torpqlarının işğalçılığı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiq olunan tamam ilə Ermənistandır. Əvvəlcə özü-özünə sual verməli idi. “Nə üçün regionda vəziyyət sabit deyildir?” Regionda vəziyyətlə əlaqədar olaraq qalib Azərbaycan 44 günlük Vətən müharibəsi ilə sözünü demiş və Ermənistanı kapitülyasiya müqaviləsini bağlamağa məcbur etmişdir. Ermənistan heç bir şərt qoşmadan qəbul etməlidir ki, regionda sabitliyin yolu üçtərəfli müqavilənin şərtlərinin yerinə yetirilməsindən keçir.
Regionda sabitliyin pozulmasında birinci amil azad edilmiş ərazilərdə bu gün də fəaliyyət göstərən erməni silahlıları-terrorçulardır. İkincisi, Ermənistanın azad olunmuş Azərbaycan torpaqlarını analoqu görünməmiş bir səviyyədə minalaması və müqavilədə qeyd edilməsinə baxmayaraq “Minalanma xəritəsini” Azərbaycana vaxtında və tam şəkildə verməməsidir. Hərbi əsirləri alıb verdiyi xəritələrin doğru olmamasıdır. Nəticə bundan ibarət olmuşdur ki, son 10 ay ərzində Ermənistan rəhbərliyinin günahı üzündən minalar onlarla uzun illər həsrət qaldığı doğma torpaqları ziyarət etmək istəyən Azərbaycan insanının həyatını itirməsinə səbəb olmuşdur.
Regionda sabitliyi pozan məsələlərdən biri də Ermənistan ərazisindən Azərbaycanın Hərbi hissələrinin mövqelərinin atəşə tutulmasıdır. Moskva müqaviləsindən keçən müddət ərzində Azərbaycan respublikası müqavilə öhdəliklərini yerinə yetirmişdir. Ermənistan respublikasına qarşı real, təsdiq olunan bir akt yerinə yetirməmişdir. Azərbaycan tərəfi yalnız Ermənistan tərəfindən bizim hərbi mövqelrə açılan atəşlərin susdurulmasına nail olmuşdur.
Paşinyan əsassız olaraq iddia edir: “Azərbaycan elə bir təəssürat yaratmağa çalışır ki, regionda və Ermənistan ətrafında hansısa gündəm yaradıb və bunu diktə edir”. Sən regionda və Ermənistan ətrafında yaranan gündəmi görmək istəyirsənsə 44 günlük müharibənin nəticələrini təsdiq edən Moskva müqaviləsinə bax. Kapitülyasiya diktədən də ağırdır.
Paşinyan heç bir əsas olmadan auditoriyaya istiqamətlənərək “Azərbaycanın Ermənistana münasibətdə “müəyyən aqressiv siyasət” apardığını vurğulayıb. Amma Azərbaycanın olmayan aqressiv siyasətinə aid faktlar gətirə bilmir. Qeyd etdikləri də xəyali iradlardır.
“Bizim öz gündəmimiz var, Ermənistan Respublikası özünün beynəlxalq öhdəlikləri çərçivəsində hərəkət edib və edir”. Amma burada ən mühüm olanı Ermənistan respublikasının Moskva müqaviləsini və ondan sonra imzalanmış müqavilələri yerinə yetirməsidir. Ermənistanın fərdi gündəliyi ola bilməz. Gündəlik Azərbaycanla olan müharibədə yaranmış və Rusiyanın vasitəçiliyi ilə Moskva müqaviləsi imzalanmışdır. Moskva müqaviləsinin müəyyən etdiyi şərtlərə Ermənistan rəhbərliyinin münasibəti göstərir ki, beynəlxalq müqavilələrə münasibətdə həssaslıq göstərmir və onun tələb etdiyi cavabdehliyin sanki fərqində deyildir.
Moskva müqaviləsində xüsusi ilə qeyd olunan məsələ “regionda kommunikasiya xətlərinin açılması”dır. 9 noyabr 2020-ci il üçtərəfli Moskva müqaviləsinin əsas maddələrindən biri“ regionda kommunikasiya xətlərinin açılması”dır. 10 ay müddətində “regionda kommunikasiya xətlərinin açılması” Ermənistan respublikasının fəaliyyətsizliyi üzündən ölü nöqtədən tərpənməmişdir. Qeyd olunan məsələnin vacib olduğunu əsaslandırmaq üçün qeyd edir ki, “sözügedən məsələnin Ermənistan hökuməti üçün prioritetlərdən olduğunu“ onun üçün heç bir iş görmədən əsassız olaraq iddia edir.
İstər geniş istərsə də məhdud auditoriyada tez-tez soruşur:”Bəs Azərbaycan nə edir?” Özü də cavab verməyə çalışır. Yenə də auditoriyanı aldatmaq üçün “bu məsələyə mahiyyətcə Ermənistan respublikası üçün qəbuledilməz komponentləri əlavə etməyə çalışır. Xüsusilə dəhliz haqda söhbətləri nəzərdə tuturam” deyir.
Müqavilənin 9-cu maddəsində oxuyuruq:” Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir.” Bu, Zəngəzur dəhlizi ilə əlaqədar öhdəlik deyilmi?
Azərbaycan respublikasının prezidenti İlham Əliyev üçtərəfli müqavilənin verdiyi imkanlarla və şərtlərlə əlaqədar qeyd edir ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. “İstəməsə, zorla həll edəcəyik.” Əslində qeyd olunanlar üçtərəfli müqavilənin-Paşinyan üçün kapitülyasiyanın yaratdığı imtina edilməsi mümkün olmayan reallıqdır.
Azərbaycan respublikasının prezidenti İlham Əliyev 10 noyabr üçtərəfli razılaşmasında “Zəngəzur dəhlizi”ndən bəhs olunduğunu “tarixi nailiyyət” kimi qiymətləndirir, Nikol Paşinyan bu razılaşmada hər hansı “Zəngəzur dəhlizi”nin nəzərdə tutulmadığını, yalnız bölgənin blokadadan çıxarılmasının göstərildiyini iddia edir.
Azərbaycan Zəngəzur dəhlizindən dəmiryolu və avtomobil yolunun çəkilməsini istəyir. Bu yol həm Azərbaycanının böyük hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də Naxçıvan üzərindən Azərbaycan Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu ilə əlaqə quracaq. Qarabağ münaqişəsindən əvvəl bu dəhliz isitfadə olunub, amma münaqişədən sonra Naxçıvanla quru əlaqəsi, ancaq İran ərazisindən keçməklə olub.
Aərbaycan respublikası müqavilədə nəzərdə tutulmayan heç bir yeni “qəbuledilməz komponentlər” irəli sürmür. Çox maraqlıdır ki, qəbuedilməz komponentlərin adı yoxdur? Varsa onu da çəkinmədən söyləyə bilərdi. Dəhliz məsələsinin reallaşmamasının Ermənistandan asılı olduğunu bütün müqavilə imzalayan tərəflər və beynəlxalq müşahidəçilər belə bilirlər.
Kapitülyasiya müqaviləsinə imza atanda bir yana qalsın, heç sonra da Moskva müqaviləsini sanki Paşinyan oxumamış kimi görünür. Müavilələrin mətnində olduğu halda bu gün imtina edir. Bəyan edir ki, “Ermənistan Respublikası öz ərazisindən dəhlizlə bağlı hansısa razılaşma olmayıb.” Daha sonra Baş nazir etiraf edir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə 11 yanvar bəyanatında bildirilir ki, tərəflər bir-birinin ərazisindən tranzit imkanı əldə etməlidirlər. Bu sənədlər şahiddir ki, dəhliz məsələsi sənədlərdə öz əksini tapmışdır. Daha sonra məsələni fərqli bucaq altında təqdim edir. Əsaslandırmağa çalışır ki, güya “kommunikasiyaların açılması Azərbaycanın deyil, onların gündəmi olduğunu qeyd edib.”
Paşinyan yenə də nağıllardan istifadə edərək auditoriyada belə bir fikir yaratmağa çalışır ki, kapitülyasiya müqaviləsi ilə “hesab edirik ki, kommunikasiyaları açmaqla Azərbaycanın Ermənistanın blokadasıyla bağlı siyasətini üstələyirik.” Kapitülyasiya müqaviləsində əlaqələrin yer alması Azərbaycan respublikasının razılığı ilə salınmışdır, heç də Ermənistan respublikasının hər hansı bir uğurunun nəticəsi deyildir.
Baş nazirin genetik xisləti burada da özünü göstərir. Əsassız amillərdən istifadə edərək iddia edir ki, “dəhliz məsələsini Azərbaycan heç də xeyirli bir məsələ kimi irəli sürmür.” Güya Azərbaycanın məqsədi Ermənistanın blokadasının davam etdirilməsidir. Ona görə də Azərbaycan kommunikasiyaların açılmasını ona görə istəmir ki, “Ermənistan blokadadan çıxmasın” Bunun əksinə olaraq Prezident Əliyev bir müddət öncə Zəngəzur (Ermənistanın Sünik vilayəti) dəhlizi ilə bağlı müzakirələrdə yaxşı nəticələr olduğunu deyirdi.
Azərbaycanla Ermənistan arasında ən vacib məsələlərdən biri də sərhədlərin demarkasiyası və delimitasiyası məsələsidir. Paşinyana görə “demarkasiyası və delimitasiyası məsələsi” də Ermənistanın gündəmindədir.
İki ölkə arasında Zəngəzur bölgəsində, Sevliç (Qaragöl) gölü yaxınlığında sərhəd mübahisəsi yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir. Rusiya və ABŞ tərəfləri yaranmış vəziyyəti danışıqlar yolu ilə həll etməyə çağırıb.
Dəfələrlə və ən yüksək səviyyədə bəyan edildiyi kimi, Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır. 10 noyabr 2020 və 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyanatların icrası da elə məhz buna xidmət edir.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.