В Дагестане установили памятник турецким воинам

Rusya’nın Suriye’ye müdahalesi İşe yaramadı mı

Türkiye Mavi Vatanı savunmaya devam ediyo

“Putin planına” qarşı “ABŞ düsturu”: Sarkisyanın hücumunun sirri

Həsənbala Sadıqov: Kapitüyasiyadan sonra ermənilərin “Bakı erməni şəhəridir!” versiyasının əsassızlığına dair

Ermenistan 25 Temmuz 2021
53
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Bu günlərdə, dəqiq ifadə etsək 22iyul tarixdə Moskvada Qafqaz xalqlarının təmsil oluduğu yığıncaq keçirilib. Yığıncaqda gözlənildiyi kimi Qafqazla əlaqədar məsələlər müzakirə edilməyə başlanılıb. Rusiya mənbələri( https://pulse.mail.ru/) məlumat verir

Ermənilərin xəyali imperiyalarını birləşdirə bilsək dünyanın bütün qitələrini əhatə edər. Ermənilər döğrudan da haralara iddiaçı deyillər? Torpağında bir dənə erməni qəbri- sümüyü, maddi mədəniyyət abidəsi olmayan ölkənin onların olduğunu iddia edirlər. Əslində “Böyük Ermənistan “ nağılı ilə yola çıxan və o ruhda tərbiyə alan hər bir erməni gənci dünyanın ermənilərin olması nağılına inanırlar. İnanmasalar onlar erməni deyillər.
Ermənilərin inandığı nağılın mahiyyəti bundan ibarətdir ki, Allah dünyada ilk insan olaraq hayları yaradır. Haylar yarandıqdan sonra Allahın dərgahını tərk edib getməyə yerləri yox idi. Eyni ilə 1918-ci ilin mayında Ermənistan respublikasını elan etdilər. Getməyə yerləri yox idi. Azərbaycan İrəvan quberniyasını siyasi mərkəz olaraq ermənilərə verdi. Hay siyasətçiləri belə iddia edirlər ki, bu dəfə Allah hayların xatirinə dünyanı yaradır və “dünya sizindir!” deyir. O vaxtdan sayı az olan ermənilər harada 5 gün yaşasalar “Bura bizimdir!” deyirlər. Yerli insanlar çox halda zarafat hesab edib, “ermənidir” deyib gedirlər. Amma “ermnidir!” deyib əhəmiyyət vermədiklərimiz bizə çox baha başa gəldi.
Bu günlərdə, dəqiq ifadə etsək Moskvada Qafqaz xalqlarının təmsil oluduğu yığıncaq keçirilib. Yığıncaqda gözlənildiyi kimi Qafqazla əlaqədar məsələlər müzakirı edilməyə başlanılıb. Rusiya mənbələri( https://pulse.mail.ru/) məlumat verir ki, elmi xarakter daşıyan görüşdə Qafqazın tarixinə aid yeni materiallar iştirakçılara təqdim olunurdu. Azərbaycan, Gürcüstan, Ermənistan və onların son yüz illərdə olan mürəkkəb tarixi haqqında mübahisələr meydana gəldi.
Mənbədə qeyd edilir ki, bu günkü tədbirin əsas təşkilatçısı Gürcüstanlı ermənilər idi. Lakin onlar tədbirə mənbənn yazdığı kimi “erməni erməniləri“də-yəni Ermənistanlı erməniləri də dəvət etməyi unutmamışdılar. Yığıncaqda müzakirələr 2020-ci ildə Qafqazda Azərbaycanın Vətən müharibəsindən gedib. Eyni zamanda müharibənin nəticələrini də yığıncaqda olanlar milli mənsubyyətinə görə dəyərləndirməyə çalışıblar. Orada aparıcı söhbəti 2020-ci ildə Qafqazda Azərbaycanın qalib olduğu 44 günlük Vətən müharibəsində Gürcüstanın “rolunu” işıqlandırmağa çalışməşdır. Belə bir məsələ müzakirə olunduqda qəflətən kimsənin gözıəmədiyi halda yeni mübahisə mövzusu başlanılır-Bakını kim bina etmişdir?”
Müzakirənin başlanması ilə əlaqədar olaraq aparıcı yarızarafat yarı ciddi bildirir ki, “Ümumiyyətlə, etiraf etməliyəm ki, biz ermənilərdə bir günah var-bir çox erməni əmindir ki, bütün dünyanı olmasa da, yarısını yaradan onlardır.” Əslində elmi tədqiqat və mənbəşünaslıq baxımından bir etnik qrupun dünyanı, hətta yarada bilməsi millətin hər şeyinin nağıl olduğunu təsdiq edir.
Normal dünya vətəndaşı necə iddia edə bilər ki, dünyanı olmasa da dünyanın yarısı ermənilərindir. Yığıncaq iştirakçılarına ermənilərlə əlaqədar yeni tədqiqatların təqdimatı davam edir. “Erməni mədəniyyəti həqiqətən qədimdən qaynaqlanır, dünyadakı ermənilərin geniş məskunlaşması bu xalqın müxtəlif ölkələrdə siyasətə və ictimai həyata böyük təsir göstərməsinə səbəb oldu.”
Heç bir mənbəyə əsaslanmadan verilən hökmlərin elm dünyasında heç bir dəyəri yoxdur. Yığıncaqda ilk iddia “erməni mədəniyyəti həqiqətən qədimdən qaynaqlanır” fikriidir. Qədim dövlətinin olduğunu isbat edə bilməyən necə qədim mədəniyyətdən danışa bilər. Sovet hakimiyyəti illərində uzun zaman elmi ictimaiyyətə “erməni tarixçisi Moisey Kaqakatvatsini və onun “Historiya Aqvana” əsəri təqdim olunur və tələb olunurdu ki, elmi tədqiqatda mənbə kimi ona istinad etsinlər. 1961-ci ildə akademik ZiyaBünyadov müəyyən etdi ki, “erməni tarixçisinin möcüzəsi” saxta imiş. Erməni din xadimləri alban tarixçisi Musa Kalankatlının Alban tarixi əsəri üzərində “redaktə “ ilə erməniləşdirmə işi aparmışdılar. Burada ermənilərin “elmi mədəniyyətinin “Moisey Kaqankatvatsinin və onun “əsəri” Historiya Aqvana”nın saxta, xəyali və oğurluq olduğu ortaya çıxdı.
Moskva yığıncağında maraqlı məsələlərdən biri də “dünyadakı ermənilərin geniş məskunlaşması bu xalqın müxtəlif ölkələrdə siyasətə və ictimai həyata böyük təsir göstərməsinə səbəb oldu.” Xalqların çox yayılması onun tarixin müəyyən bir dövründə mərkəzləşdirilmiş dövlətinin olmaması ilə əlaqədardır. Dünyada uzun illər erməni dövlətinin olmaması ermənilərin dünyaya yayılnasına çox qüvvətli təsir göstərmişdir. Tezisin ikinci hissəsi ermənilərin müxtəlif ölkələrdə “siyasətə və ictimai həyata böyük təsir göstərməsinə səbəb oldu.” Burada da real vəziyyət bundan ibarətdir ki, dünyanın hər yerində etnik azlıq təşkil etdiklərindən “mübarizə” apararaq siyasətə və ictimai həyata təsir göstərə biliblər. Burada ən mühüm məsələ ermənilərlə əlaqədar xristiyan həmrəyliyidir.
Amerika tarixçisi çox ədalətli bir iddia irəli sürür. İddianın mahiyyəti bundan ibarətdir ki, “kim 1918-ci ilə qədər olan real erməni dövlətlərinin siyahısını versə ona 1 milyon dollar verərəm.“ Tarixçinin müəyyən etdiyi uduş neçə ildir ortadadır. Onu xaricilər bir tərəfdə qalsın, hətta maliyyə vəziyyəti və ehtiyacı böyük olan ermənilər də ala bilmirlər. Axı, ermənilərin yazdığı dövlətlərə “xəyali” yazıb özlərinə qaytarırlar.
1918-ci ilə qədər tarixdə və həyatda olmamış erməni dövlətlərinin yaranması üçün akademik Piatrovski deyir ki,”qədim tarixlərinə görə” ermənilər tarixlərinə deyil, saxtakar tarixçilərinə minnətdar olmalıdırlar.” Deməli, ermənilərdə əsərlər üzərində “redaktə işi” çox inkişaf edib. Dünyanın ən qədim xalqının qonşusu yalandan redaktə ilə “ermənidir!” yazıblar. Dünyanın real siyasi coğrafiyasında 1918-c ilə qədər heç yanda Ermənistan olmadığı halda erməni mənşəli xəritələrdə olmayan “Ermənistan” az qala dünyanın yarısını əhatə edir. Bu da qəbul edilir ki, dünyada çox az xalqlar ermənilər qədər əsassız olaraq “dünyaya sahib olduqlarını” əsaslandırmaq üçün xəyali yollar, elmin qəbul etmədiyi metodlar, mədəni dünyanın qəbul etmədiyi qeyri-məhdud vasitələrlə Don Kixotcasına elm dəirmanlarına qarşı mübarizə aparmışlar.
Tarix kitablarının səhifələrində “bu dava” fərqli şəkillərdə, bütün dövrlərdə imkana uyğun olaraq davam etdirilmişdir. Bu gün Moskvada təşkil edilən elmi ictimaiyyətin mütəxəsis olaraq tanıdığı şəxslərin dəvət olunmadığı yığıncaqda ritorikadan başqa heç nə gözləmək olmaz.
Buna ermənilərdə az qala müqəddəslik xarakteri verərək “erməni davası”-əslində bütün ermənilər üçün olub tarixi düşüncə labirintinin giriş qapısına yazılmış çağrışdır.
Hələ də ermənilər Hayastan və Ermənistan ikiadlılığını elmi cəhətdən müəyyənləşdirə bilməyiblər. Onlar Hayastan olduqlarında bu coğrafiya ilə əlaqələri kəsilir. Onları bu coğrafiyaya bağlayan Ermənistan sözünün törəməsi olduğu “Armeniya”dır.
Moskvadakı elmi ictimaiyyətdən gizlin təşkil edilən yığıncaqda erməni lobbisnin fəaliyyəti haqqında yeni tezislər irəli sürülmüşdür. Güya “ məsələn, ABŞ-dakı erməni lobbisi, Konstitusiyada ABŞ-ın Dağlıq Qarabağı dəstəkləyəcəyinə dair bir düzəliş əldə etdi.” Axı, bunlar elmi ictimaiyyətə deyil, qara təbəqəni aldatmaq üçün nəzərdə tutulan şoudur. Azərbaycan respublikası 44 günlük Vətən müharibəsi ilə Dağlıq Qarabağ məsələsini həll etdi. ABŞ-ın isə müstəqil dövlətin daxili işlərinə müdaxilə etməsinə konstitutsiyası icazə vermir.
Belə ki, Moskvada iki gün öncə masaya toplanan qonaqlardan biri güya yenilik etmişdir., Bir çox beynəlxalq tədqiqatçıya güya “əsaslanmaq istədiyini “bildirərək köhnə erməni metodu ilə Bakının mənşəyi versiyasını izah etdi. Masada adı, elmi ünvanı bilinməyən anonim iştirakçı bildirir ki, onun bəyan edəcəyi yeni versiya rəsmi deyildir. İlk olaraq meydana çıxan ondan ibarətdir ki, versiya heç bir elmi tədqiqat mərkəzləri tərəfindən qəbul edilməmiş və sənədləşdirilməmişdir. Masada yeni versiya adı ilə təqdim olunan hətta ermənilər təfəfindən ziddiyyətli olduğu xüsusi ilə qeyd edilir. Daha sonra əlavə edir ki, versiya çox mübahisəlidir. Lakin maraqlı və ermənilər arasında çox populyardır. Dünyada nağıla və əsanəyə ən çox inana xalqın ermənilər olduğunu tarix bilir və dəfələrlə təsdiq edib.
Moskva görüşlərində adı, elmi titulları bilinməyən “təsadüfi qonaq” iddia edir ki, “Bakı 5-ci əsrə qədər Böyük Ermənistan dövründə qurulmuşdur.” Tamam yalan və elmi əsası olmayan əfsanələrdən qaynaqlanan və klassik erməni iddiasıdır. Heç vaxt xəyali “Böyük Ermənistan” Bakıya gəlib çatmamışdır. Hətta Bakının adının da yalançı “Bakurun” adından meyrdana gəldiyini iddia edirlər. Bu versiya elmi yanaşmaya davam gətirə bilməz, Ona görə ki, Bakının tarixi ilə əlaqədar kifayət qədər elmi tədqiqat aparılmış və onun etmologiyası müəyyən edilmişdir.
Mənbələrə görə “Bakı şəhərinin eramızın V əsrində yarandığından Badükübə(Küləklər şəhəri) sözünü bu dövrdən etibarən istifadə olunduğu qəbul olunur.”V-VIII əsrlərdə Movses Korenatsiyə görə “Beqavan”, 930-cu ildə İstəxriyə görə “Bakuh”, 943-944-də olan Məsudinin məlumatına görə “Bakuh”, 942-952-ci illərə aid Əbu Dulafa aid məlumatda “Bakuya”, 982-ci ilə aid Hudud əl Ələm görə “Bakı”, 985-ci ilə aid olan Müqəddəsinin məlumatına görə “Bakuh”, XII əsrə aid Xəqanidə “Bakı”, XIII əsr Yaqut əl-Həməviyə görə “Bakuya”, XIV əsrdə Fəzlullah Rəşidəddinə görə “Bakı”, XV əsr Əbdürrəşid Bakuviyə görə “Bakuya”, XVI əsrdə Həsən bəy Rumluya görə “Baku”, XVIII əsr Övliya Çələbiyə görə “Bakı” adlandırılmışdır. Dünyanın tanıdığı və təsdiq etdiyi mənbələrin heç birində oğurluq erməni iddialarına bir işarət belə yoxdur.
Hətta toplantıda iştirak edənlərdə əsassız elmi müdaxilənin heç bir əsası olmadığını qeyd edirlər. Qeyd edirlər ki, erməni tərəfin toplantıda səslndirdiyi iddialar çox pomantik olub “yalançı vətənpərvərlikdən” başqa bir şey deyildir. Eyni zamanda aparıcı iddialardan hətta utanır və versiyaların tarixi reallıqla sıslənmədiyini etiraf etməyə məcbur olur. Əslində elə toplantılarda bu kimi elmi əsası olmayan fikirlərin səsləndiriliməsi müstəqil, süveren respublikanın tarixinə təcavüz hesab edilməlidir. Aparıcı hər halda versiya ilə əlaqədar Azərbaycandan çaxacaq ildırımları yumşalatmaq üçün qeyd edir ki,”ermənilərin iddia etdiyi Bakı “ çox çox uzaqlarda olmalıdır.
Daha sonra bildirir ki, “ermənilərin Bakısı (Бакуракет –HS) İran ərazisində olmalıdır. Heç bir elmi tənqidə davam gətirməyən versiya ilə ermənilərin nə etdiyini bilmək mümkün deyildir. Amma itirdikləri ondan ibarətdir ki, dünya onların fasiləsiz heç bir tarixi və elmi əsası olmayan işğalçı ideologiyasının şahidi olurlar.
XX əsrin əvvəllərində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq dünyanın hər yerindən xalqlar neft mədənlərində işləməyə gəlirdilər. Neft sənayesinə erməni kapitalı da cəlb olunmuşdur. Ticarətdə də fəal idilər. Lakin onlar heç bir yerdə “biz Bakılıyıq!” deyil gəldikləri ölkələri yazdırırdılar. Ermənilərin sayının artması Bakı Xalq Komissarlar Sovetinin sədri Şaumyanın siyasəti ilə əlaqədar idi. Dünyada müxtəlif cəbhələrdə vuruşan erməniləri məqsədli olaraq Bakıya yığdılar. Onların hesabına Bakıda ermənilərin sayı artdı.
Qalibiyyətli Qafqaz İslam Ordusu və Azərbayacan Xalq Cümhuriyyətinin ordusu 1918-ci il 15 sentyabrda Bakını rus–erməni işğalından azad etdi. Ermənilər AXC höküməti ilə olan razılaşmaya görə gəmilərlə Bakını tərk etdilər.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan

7

Yorumlar