KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsənbala Sadıqov: “HƏRBI ƏSIR”- CANI VƏTERRORÇULARIN CINAYƏTLƏRININ TƏSNIFATINA DAIR

Həsənbala Sadıqov: “HƏRBI ƏSIR”- CANI VƏTERRORÇULARIN CINAYƏTLƏRININ TƏSNIFATINA DAIR

Kafkassam Editör Kafkassam Editör - - 14 dk okuma süresi
379 0

Noyabr ayının 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycanın parlaq qələbəsinin, Ermənistanın isə məğlubiyyətinin hüquqi-siyasi təsdiqi oldu. Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsi qələbə ilə-Ermənistanın kapitülyasi yası ilə başa çatdı. Kapitulyasiya aktında müharibə ilə əlaqədar ən mühüm məsələlərdən biri 30 il Ermənistan kimi vandal və terroru dövlət siyasəti edən hakimiyyəti altında olan Qarabağ Azərbaycan torpaqları sahibinə qaytarıldı. Bu məsələni Minsk qrupu 30 il müddətində dəfələrlə həll edə bilərdi.
Lakin həll etmədilər. Bizə torpağı Ermənistan tərəfindən işğal olunan ölkəyə dost olmalı olduğu halda sevimli düşmən oldular. Ona görə də beynəlxalq təşkilatların Qarabağın azad edilməsi ilə əlaqədar vəzifələrini Azərbaycan özü yerinə yetirdi. Müharibədə birinci planda dağıntılar meydana çıxır. Digər bir məsələ də hərbi əsirlərin olmasıdır. Kapitülyasiya aktında hərbi əsirlərin ölkəsinə verilməsi xüsusi ilə qeyd edilir.
Lakin Ermənistanın Azərbaycanda olan və rəsmi sənədlərdə “hərbi əsirlər” adlananların bir qismini bu kateqoriyaya daxil etmək qətiyyən mümkün deyildir. Hərbi əsir adlananların cinayət qovluğu həddən artıq cinayətlərə görə qalındır. Ona görə də ermənilərin əsir adlandırıb dünyaya bəyan etdiklərinin bir qrupu cani və terroristlərdir. Onlar təkzibedilməz beynəlxalq və yerli mənbələr ,şahid ifadələrinə əsasən əsirlikdə olan azərbaycanlilara işgəncələr verməkdə və qətllər törətməkdə təqsirli bilinirlər.
Bu qədər cinayətlərin olması onları müxaniki olaraq hərbi əsir kateqoriyasından çıxarıb, cani və terrorist qrupuna daxil edir. Onların mühakiməsi isə Azərbaycan Resspublikasının müvafiq orqanlarının müstəsna hüququdur. Buna görə də iyun ayının əvvəllərində Azərbaycan Respublikasının Bakı şəhəri Yasamal rayon Məhkəməsində əməllərinə görə cani və terrorist olan erməni hərbi əsirlərinin məhkəməsinə hazırlıq işlərinə başlanmışdır. Bizə görə məhkəmədə kimlərin mühakimə edilməsi o qədər də əhəmiyyətli deyildir. Bizim üçün xüsusi əhəmiyyət kəsb edən erməni hərbi əsirlərini cani və terroristə çevirən faktların təhlil edilməsidir. Axı, dünyada Ermənistanın terrorçu dövlətə çevrilməsi bu amillə əlaqədardır.
Hazırlıq iclasında əməllərinin tərkibi cinayətlərlə zəngin olan erməni cani və terrorçularının qara fəaliyyətinə məhkəmə baxışının təyin olunmasının mümkünlüyünü təsdiq etmək üçün bir sıra məlumatlar dəqiqləşdirilib. Məhkəmə baxışının mümkün lüyünü müəyyən etmək üçün vacib olan məsələlərdən biri də Azərbaycan tərəfində cani və terrorçular tərəfindən zərər çəkmiş tərəflərin olmasıdır. Onlar kifayət qədər çoxdur. Cani və terroristliyinə aid materiallar toplanmış ermənilərin cinayət “izləri” çox zəngin və təzədir.
Qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi- erməni cani və terroristini əsaslı dəlil və şahid ifadələri ilə ifşa etmək və yalnız o zaman onların cinayət məsuliyyətinə cəlb edilmələri mümkün olmüşdur. Cinayətin törədilməsində şübhə və ya ittiham olunan xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər haqqında cinayət-prosessual fəaliyyət Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir.
Azərbaycan Respublikası məhkəmələrində dövlәt ittihamçısı tәqsirlәndirilәn şəxsә qarşı irәli sürülәn ittihamları sübuta yetirməlidir. Bunun üçün istintaqın nәticәlərindәn vә toplanmış bütün dәlillәrdәn istifadә edir. Bunu edәrkәn o, sübuta yetirmәnin tәlәb olunan standartlarına әmәl etmәli vә tәqsirlәndirilәn şәxsin tәqsirli olduğunu əsaslı dәlillәrlә sübuta yetirmәlidir.
Məhkəmə prosesində Beynəlxalq tələblərə müvafiq olaraq o cümlədən təqsirləndirilən şəxslərin hüquq və vəzifələrinə dair etirazlarının olub olmamasıdır. Azərbaycanda cani və cinayətkarlar üzərində məkəmə beynəlxalq hüquq əsasında təşkil edilmişdir. Burada bir məsələnin də qeyd edilməsinə ehtiyac var ki, hərbi əsir adlandırılanların cani və terrorçuluğu isbat olunarsa bu eyni zamanda Ermənistanın terrorçu olaraq qəbul edilməsi deməkdir.
Məhkəmə prosesində ermənilərin hərbi əsir olaraq dünyaya tanıtmaq istədiklərinin cani və terrorçu olduqları isbat edilmiş və terroristlərlə əlaqədar dövlət ittihamçısının təqsirnaməsi də hazırlanmışdır.
Hərbi əsir adlananların cani və terrorçu olmaları üçün insan həyatı qəsdən hədəf alınmalıdır. Bundan başqa onların əməllərində birbaşa və ya dolayısı ilə xəstəlik, zülm, evlərin dağıdıllması olmalıdır. Onların hərəkətləri az və ya çox ölümə gətirib çıxaran kütləvi bombalama kampaniyalarında iştirak etməlidirlər.
Bu əməliyyatların gedişində insan həyatına “ikinci dərəcəli zərər” kimi baxıldıqda, insan hüquqları üçün hər hansı bir yer görmək çətindir. Müharibə dövründə, xüsusilə illər boyu davam edən müharibələr zamanı hər bir insan hüququ mənfi təsirlərə məruz qalır. Səhiyyə sistemləri dağılır, təhsilə zərbə vurulur, ev, iş, ərzaq və su təchizatı, hüquqi sistem, mətbuat azadlığı və söz azadlığı tam şəkildə yox olmadığı halda belə, dövlət tərəfindən və ya “düşmən” dövlət tərəfindən məhdudlaşdırılır.
Əsirlərin cani və terrorist olmaları onların fəaliyyəti ilə isbat olunsa da müdafiəçilərə onları əgər yüngülləşdirici faktlar varsa müdafiə etsinlər. Lakin müdafiə edəsi, yüngülləşdirici heç bir fakt yoxdur. Əksinə beynəlxalq təşkilatlar qapısında ağlayan erməni liderlərinin “bizim hərbi əsir “ dedikləri “məzlum insanlar” bir neçə ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak ediblər.
Faktlardan aydın görünür ki , onlar-silahlı qrupların fəaliyyəti mülki və əsir alınmış azərbaycanlılara qarşı çevrilmişdir. Mühakimə olunanlar 1991-ci ilin iyulunda Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürülərək azadlığı qanunsuz olaraq məhdudlaşdırılmış Azərbaycan vətəndaşına qarşı amansız işgəncələr vermişlər.
Hətta azərbaycanlı əsirlrin hərbi hissə ərazisində avtomat silahdan atəş açaraq öldürülməsi ilə əlaqədar faktlar da məhkəmə qovluğunda yer almaqdadır. 5 azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyənləşdirilib. Azərbaycanlı əsirlərdən tikintilərdə ağır şəraitdə istifadə etmələri və onlaraa müxtəlif dərəcəli xəsarətlər yetirmələri də müəyyən edilmişdir. Onlar öz ana dillərində danışırdılar və tərcüməçi vasitəsilə bütün deyilənlərdən xəbərdar olurdular.
Mühakimə olunan cani və terroristlər Şuşa həbsxanasında qanunsuz saxlanılan azərbaycanlı əsgərlərə qarşı da xüsusi qəddarlıq nümayiş etdirib, onlara mütəmadi qaydada döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə veriblər. Ona görə də onlara qarşı Cinayət Məcəlləsinin “işgəncə”, “silahlı qrupları yaratma”, “Azərbaycanın dövlət sərhəddini qanunsuz olaraq keçmə” və digər maddələr üzrə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bütün proses beynəlxalq hüquq normaları çərçivəsində aparılır . Ermənistan tərəfi bizdən fərqli olaraq əsirlərlə çox pis rəftar ediblər Azərbaycanda Dövlət Komissiyasında toplanmış faktlar Ermənistan Respublikasının əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarını tapdaladığını, o cümlədən “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının həyata və ya şəxsiyyətə qəsd etmək, hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə vermək, insan ləyaqətinə toxunmaq kimi tələblərini kobud surətdə pozduğunu sübut edir..Azərbaycan humanist ölkədir. Təqsirləndirilən şəxslərin müdafiəçisi qismində isə vəkillər iştirak edirlər.
Ermənilərin dünyaya hərbi əsir olaraq təqdim etdiyi cani və terrorçuların törətdiyi cinayət əməlləri cinayət işlərinin vaxt məhdudiyyətinə aid deyildir. Bununla bağlı beynəlxalq normalarla müəyyən edilib ki, sülh və insanlığa qarşı, müharibə cinayətləri törədilərsə, ötən müddət nəzərə alınmır. təqsirləndirilən şəxslər insanlara işgəncə verdikləri üçün, müharibə qayda-qanunlarını pozduqlarına görə, habelə törətdikləri qanunsuz əməllərlə beynəlxalq hüquq normalarını pozmaqla yanaşı, Azərbaycan qanunvericiliyinə əsasən məsuliyyətə cəlb olunmalıdırlar. Hüquq ekspertləri müəyyən edirlər ki, Cinayət məcəlləsinə görə bu qanun pozuntularının harada və kim tərəfindən törədilməsi əhəmiyyət daşımır.
Azərbaycanda ermənilərin hərbi əsir olaraq təqdim etdikləri, əslində cani və terrorist olanların da hüquqlarına ciddi əməl edilir. Heç təsadüfü deyil ki, erməni cani və terroristləri üzərində mühakimə prosesində müşavirədən əvvəl müttəhim kürsüsündə beynəlxalq hüquqa uyğun olaraq oturanlardan(canilərdən) hansısa vəsadətlərinin olub-olmadğı belə soruşuldu.
Məhkəmə işi beynəlxalq və respublika qanunlarının tələbləri səviyyəsində təşkil edilir. Bu qədər cinayət törətmiş erməni cani və terrorçuları tez-tez günahkar olmadıqlarını, hətta ağ yalan danışaraq Qarabağda olduqlarını da inkar edirlər. Onlarla əlaqədar təşkil olunan məhkəməlrdə yalnız qanun danışır, obyektiv yanaşmaq məhkəmənin vəzifəsidir. Yalnız əsaslı təhlilərdən sonra cinayət işinin məhkəmə baxışına təyin olunmasının mümkünlüyü təsdiqlənir.
Çoxları nəzərə almasa da zamanın ədalət tərəzisi işləyir. Ədalət tərəzisinə ən çox ehtiyac cani və terrorçu olsa belə həbsxanada olanlarındır. Əslində məsələnin açması bundan ibarətdir ki, Azərbaycan vətəndaşlarının bir zaman tapdanmış hüquqları bu gün müzakirə edilir. Ola bilər ki, bir qrup Azərbaycan vətəndaşlarına ömür vəfa etmədi, Bu günü görmədilər. Lakin ədalət gec də olsa gəldi. Azərbaycan Respublikası öz vətəndaşlarının vaxtilə tapdalanmış hüquqlarının hüquqi müstəvidə araşdırılması və ədalətli qərarla nəticələnməsi əzmindədir.

Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi/Azərbaycan/

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir