KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsənbala Sadıqov: FRANSALI SIYASƏTÇILƏRIN QARABAĞ PROBLEMINI ƏBƏDILƏŞDIRMƏK TƏŞƏBBÜSLƏRINƏ DAIR

Həsənbala Sadıqov: FRANSALI SIYASƏTÇILƏRIN QARABAĞ PROBLEMINI ƏBƏDILƏŞDIRMƏK TƏŞƏBBÜSLƏRINƏ DAIR

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
474 0

Diplomatiya hələ ən qədim dövrlərdən də əlçamaz olmuşdur. Həmişə belə fikirləşmişlər ki, diplomatiya sahəsi nadir , seçilmiş insanların müstəsna fəaliyyət sahəsidir. Lakin diplomatiya ilə yaxından maraqlandıqda, onun mətbəxinə daxil olduqda məlum olur ki, məsələ heç də əvvəllər düşündüyümüz kimi deyildir. Diplomatiyada atlılar olduğu kimi piyadalar da çoxdur. Diplomatiyada bu və ya başqa bir qərarın alınması əksər vaxtlarda heç də ədalətin təntənəsi olmur. Çox halda diplomatlar ədalət bayrağı altında şərə, ədalətsizliyə xidmət edirlər.

Bu gün bir maraqlı məsələyə münasibət bildirmək istərdim. Bu bir tarixdir. Hətta istəsək belə qaça bilmərik. ATƏT Minsk qrupu adlanan üçlü Azərbaycanla Ermənistan arasında saxta, əsassız yaradılan Dağlıq Qarabağ münasibətini həll etmək üçün bizi nə az nə çox 30 il gözlədə bildi. Bu dəfə cavab tapmaq istədiyim məsələ ATƏT Minsk üçlüləri Azərbaycan ermənistan Qarabağ münaqişəsinin obyektiv , şəffaf həll edilməsində nə qədər maraqlı idilər? Bu gün 30 il gözləməyimizdə ATƏT Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın fəaliyyətinin gizlinlərini açıqlamaq istəyirəm.

Əvvəldən qeyd etməyə ehtiyac var ki, ATƏT Mİnsk üçlülərindən Fransanın həmsədrlərdən biri olması heç də bir təsadüfün nəticəsi olmamışdır. Mən bu məsələni dəqiqləşdirmək üçün bir qədər əziyyət çəkib bir neçə gün fransız dilli mənbələr üzərində işlədim və ilk planda mənə aid olan ondan ibarət oldu ki, Fransada olan Erməni mərkəzləri hələ SSRİ-nin ayaqda olduğu zamanlarda iş aparırdılar. Onlar perspektivli siyasətçiləri maliyyə himayəsinə alırdılar. Sonra isə fəal siyasi xadimlərə (hətta prezidentliyə iddiaçı olanları da) öz planlarını təqdim edir və yüksək məclisdə təqdim edilməsinə nail olurdular.

Mənbələrdə bir zamanlar deputat və müxtəlif səlahiyyətli vəzifələrdə işləmiş Frankois Roxeblo diqqətimi cəlb etdi. Erməni daiələri ilə gizli işbirliyində olan Frankois Roxeblo siyasi olimptdəki uğurlarını “Tarixin bəzən gizli olduğu vəziyyətlərin xoşbəxt bir birləşməsi ilə” davam etməsi şəkilində qiymətləndirir. Ermənilər mahir balıqçıya oxşayırlar . Onların tilovuna düşən balığın-siyasətçinin xilas olmaq şansı qətiyyən yoxdur. Deyəsən erməni tilovuna düşən balıqlar-siyasi xadimlər də çətinlikləri bildiklərindən qəbir evinə qədər erməniyə, daha dəqiq ifadə etsək puluna xidmət edirlər.

Frankois Roxeblonun qeydlərini qruplaşdırmağa ehtiyac olsa lap xatirə ədəbiyyatı da adlandırmaq olar. Lakin burada bir cəhəti də ciddi qiymətləndirməyə ehtiyac var. Mənbəşünaslıqda sənədin qiymətini onun kim tərəfindən tərtib edilməsi ilə müəyyən edilir. Haqqında söhbət etdiyimiz qeydlər deputat və siyasi xadim tərəfindən tərtib edildiyindən birinci dərəcəli əhəmiyyət kəsb edir. Frankois Roxeblo tarix etibarı ilə siyasi fəallığı SSRİ-nin son illərinə təsadüf edir. Erməni mərkəzləri ilə ittifaqda olan siyasi oyunçu 1988-ci ildə Loirayadan ilk dəfə deputat seçilmişdir.

Loirayadan deputat seçilən Frankois Roxeblo çox maraqlı , mənim ilk dəfə rast gəldiyim qeydlər edir. Deputatın seçki prosesində SSRİ-ni tənqid etdiyi və onun haqqında SSRİ-də ona qarşı geniş kompaniya da aparıldığı məlum olur. Hətta qeyd edir ki,”mənim 1988-ci ildə deputat seçilməyim SSRİ-ni çox qəzəbləndirdi (https://politiqueinternationale.com/) Onun qeydlərindən məlum olur ki, deputat seçki platformasında SSRİ-də köklü dəyişiklərin olmasını tələb etməsi imiş. Yenə söhbətin SSRİ-də demokratiya və azadlıq hərəkatına münasibətə toxunarkən Loiray alı deputat əvvəldən olan razılaşmalarla əlaqədar olaraq erməni “dostluğunun “təsir dairəsindənxilas ola bilmir. Deputat yazır:” SSRİ-ni əsəbiləşdirən köklü dəyişikliklərin başlanğıcına təsadüf etdi. Azadlıq və demokratiya uğrunda gedən bu geniş hərəkatda, Ermənistan qabaqcıllar sırasında idi.”

İmkan olduqca SSRİ-nin daxilində Fransa-Ermənistan əlaqələrini yaratmağa başlayırlar. Deputat çəkinmədən bəyan edir ki, düşünürəm ki, şişirtmədən deyə bilərəm ki, bu ölkənin(Ermənistan-H.S.) gələcəyini müəyyənləşdirəcək hadisələri diqqətlə izləməyi dayandırmayan azsaylı fransız deputatlardan biriyəm. Müəllifin qeydlərindən özünün ermənilərlə olsn münasibətlərinə də aydınlıq gətirir. Qeydlərdən məlum olur ki, onun ermənilərlə, təbii ki, erməni mərkəzləri ilə. münasibətləri__gizli anlaşmayla başlaması Saint–Camond şəhəri ilə əlaqədardır.

Deputat etiraf edir ki, mən bu günlərə Saint–Camond şəhərində erməni əsilli fransız icmasının üzvləri ilə bağladığım möhkəm dostluqlarla hazırlaşmışdım. Ermənilərlə olan açıq və gizli münasibətlərə don biçməyə çalışan deputat bir sıra ermənidə olan olmayan cəhətləri irəli sürür. Müəllif ilk dəfə olaraq ermənilərdən danışarkən onlara bağlanmasına təbii forma vermək üçün “Mən onların cəsarətini bilirdim, erməni mədəniyyətinin canlı ənənələrinə sədaqəti, həmrəylik hissi. “ qoruyub mühafizə etdiklərini bilirdim deyir.”Bu səbəbdən bu Ermənistanla dostlarımın bu qədər ümid bəslədiyi siyasi azadlığa gedən yolda maraqlanmağım təbii ki. həmrəylik təsdiqləndi.”
Müəllif Fransa Ermənistan münasibətlərinin SSRİ dövründə başladığını və davam etdiyini bildirir. Qeyd edir ki, mən ilk dəfə 1990-cı ildə Ermənistanda olmuşam. Fransız-erməni əlaqələrindən danışan deputat 7 dekabr 1988-ci ildə Spitak və Gümrüdə baş verən dağıdıcı zəlzələyə də toxunur. “Fəlakət bütün dünyada olduğu kimi Fransada da böyük bir həmrəylik dalğasını oyatdı.”

Deputat sonra Ermənistanla olan münasibətlərin səviyyəsini təsvir etmək üçün Ermənistanın müstəqil olduğu gün 21 sentyabr 1991-ci ildə Yerevanda olması haqqında məlumat da verir. Müstəqillik qazandıqdan sonra Fransa Milli Assambleyasının nümayəndələri Ermənistanda lövbər salırlar. Ermənistanda demokratiya , seçki, Avropaya inteqrasiya kursları təşkil edirlər. Xüsusi ilə də o zaman sosializmdən yeni ayrılmış respublikada Fransa Milli Assambleyasının nümayəndəsi olaraq referendumla bağlı məsləhətləşmələrin aparılmasını müşahidə etdiyini də bildirir. “Bundan sonra təqdim olunan bütün şahidlər kimi, ermənilərin istiqlal lehinə səs verdikləri səsvermənin simvolik gücünü hiss etdim; “

Deputat Ermənistanda parlamentin Katolikos I Vaskenin iştirakı ilə təntənəli respublika elan edilməsi prosesində iştirak etdiyini bildirir. DEputat ermənistanda müstəqilliyin elan edilməsini lap fetişləşfirmə səviyyəsinə qaldırır. “Bu idi azadlığın bütöv bir xalqı tanıdığı anlardan biri.” şəklində məlumat verirdi. Artıq Fransa ilə Ermənistan arasında münasibətlər yeni forma almağa başladı. Bunun bariz ifdəsi Fransanın Ermənistanın müstəqilliyinə münasibəti ilə əlaqədar idi. Sanki uzun illərdən hazırlıq gedirdi. Ermənistan müstəqilliyini elan edən kimi ” Fransa dərhal Ermənistanın müstəqilliyini tanıdı.”
Deputat Ermənistan və Fransa arasında olan münasibətləri çox ciddi şəkildə izləyir. “1992-ci ildə Yerevanda bir səfirlik açdığını görəndə çox sevindim. “12 Mart 1993-cü ildə Parisdə anlaşma, dostluq və əməkdaşlıq müqaviləsinin imzalanması və digər bir sıra ikitərəfli müqavilələr bu yaxşı anlaşmanı təsdiqlədi.”
Biz də bu qədər yaxın münasibət olan Fransadan ATƏT Mİnsk qrupunun həmsədrlərindən biri kimi Azərbayacan Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsini 30 il gözləmişik. Əslində ATƏT Minsk qrupunun Fransadan olan həmsədri ölkəsinin Ermənistanla olan gizli və açıq anlaşmalarından xəbərdar idi. Bu qədər böyük məsələdə o ədalətə yox ölkəsinin Errmənistanla olan sövdələşmələrinə xidmət edəcəkdir etdi də. Bu münasibətlərə görə ATƏT Minsmk qrupu üçlüsü Qarabağ düyününü açmağa deyil onu əbədiləşdirməyə çalışdığı meydana çıxır. Bu gün ATƏT Minsk qrupunun həmsədrlərinin bəyanatları bizim səbrimizin nə üçün 30 ildən artıq gözləmədiyinə olan təəssüfləridir.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar Müəllimi
Azərbaycan

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir