KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Həsənbala Sadıqov: Fransa tarixçisi Anoto Qabrielin “yaxşı və pis müstəmləkəçilik” konsepsiyasına dair

Həsənbala Sadıqov: Fransa tarixçisi Anoto Qabrielin “yaxşı və pis müstəmləkəçilik” konsepsiyasına dair

Kafkassam Editör Kafkassam Editör - - 15 dk okuma süresi
399 0

Tarixçi Türkiyədə Fransanın səfiri və uzun illər Fransanın Xarici İşlər Naziri olmuş Anoto Qabrieli müstəmləkəliyin inkişafını əsaslandıran konsepsiyasıyaya sahibdir. Fransa hakimiyyəti onun konsepsiyası əsasında xarici siyasətini həyata keçirirdi. Əslində Fransanın xarici siyasətinin əsas istiqamətlərini müəyyən edən Anoto Qabrielin ari müstəmləkəçilik konsepsiyasına görə Fransa işağlına məruz qalan ölkələrin onun ölkəsinə soyqırımlara baxmayaraq minnətdarlıq borcu vardır söyləyir. Onun konsepsiyasında ari(yaxşı) və pis müstəmləkəçilik qruplaşdırması var. Anoto Qabrielinə görə Fransanını yeni-yeni ölkələr fəth etməsini isə ümumdünya tərəqqisinin başlıca amillərindən biri hesab edirdi. -müstəmləkəçilik tədqiqatlarından ilhamlanan əsərlər arasında Anoto Qabrielin əsəri çoxdur.
Liderlər, tarixçilər və siyasilər elə danışırlar ki, Adəmdən başlayan dünyanın bütün zamanlarda mərkəzi güya Avropa olmuşdur. Dünyanın nizamı da Avropadan soruşulurmuş. Avropanın ədalətsizliyindən ən çox itirən və əziyyət çəkən xalq azərbaycanlılar olmuşdular. 30 ildir ki, Avropanın Beynəlxalq Təşkilatlarının kor-kar-lal ədalətnə inanmış və tarixi torpaqlarımızı erməni əsarətində qoymuşuq. Sonda dözə bilməyib Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qeyd etdiyi kimi Qarabağ haqqında qəbul edilmiş qərarları biz hərbi gücümüzlə yerinə yetirdik.
Anoto Qabrieli 1853-cü ildə Borevuar, Fransada doğulub, 1944-cü ildə Parisdə Allahın dərgahına köçən 90 il yaşamış Anoto Qabrielin günahlarını yuması üçün heç bir bəhanəsi olmayacaqdır. Çox halda cavabdehlər BÖYÜK SORĞUDA “savadsız olmuşam başa düməmişəm” deyib canlarını qurtarmağa çalışırlar. Anoto Qabrielin tökdüyü qanlar müqabilində bağışlanması mümkün deyildir. O adi bir dünya vətəndaşı olmamışdır. O, ixtisasca etiraf etmək lazımdır ki, dünyada sayılıb seçilən tarixçilərdən olmuşdur. Ölkəsinin və Beynəlxalq təşkilatların fəaliyyətinə təsir etmək imkanı olmuşdur. Belə insanlara o dünyasını qazanmaq o qədər də çətin deyildir. Fransız tarixçisi eyni zamanda zamanının Fransanın dövlət-müstəmləkə siyasətinə istiqamət verə bilən ieoloqlardan olan dövlət xadimi idi. Hələ 1897-ci ildə Fransa Akademiyasının üzvü seçilmişdir.
İnanmaq istərdim ki, bu qədər yüksək elmi potensiala malik olan siyasi xadimlər tapmaq çox çətin olar. 1897-ci ildən Fransada çox nüfuzlu təşkilat olan-. Fransa Dövlət arxivinin rəisidir. Belə bir elm adamı Fransa müstəmləkəçiliyinə haqq qazandırmış hətta dünyaya müraciət edib Fransa müstəmləkəçiliyini təqdir etdirməyi də düşünürdü.
Bu tarixçinin Türkiyə ilə əlaqədar xəyali iddialarla əlaqədar ciddi mövqe tutmamasını o mənada qınayıram ki, siyasi fəaliyyətinə görə İstanbulda səfirlikdə işləməklə başlamışdır. Arxiv rəisinin Türkiyədə səfirlikdə işləməsi ona ilk mənbələrlə tanış olmaq üçün müstəsna imkan yaratmışdır. Mən heç vaxt inanmaram ki, akademik tarixçi olan Anoto Qabriel ermənilərin əsassız “soyqırımı” iddiaları ilə əlaqədar açıq olan arxivdə işləməmiş olsun. Tarixçi Türkiyə arxivlərindən hər hansı bir sənəd tapmış olsaydı çoxdan kitablarında ondan geniş bəhs edərdi. Respublikaçılar partiyasının deputatlar palatasına üzv seçilmişdir.
Onun yaxşı və pis müstəmləkəçilik konsepsiyasının həyata vəsiqə almasındao nun 1894-1898-ci illərdə Fransanın xarici işlər naziri olmasıdır. Xarici İşlər naziri kimi Fransanın müstəmləkəçlik siyasətinin yeni xarakter-hücumçu xarakter almasına nail olmuşdur. Buna görə də Anoto Qabriel Fransa tarixinə aid sənədlərdə Fransanın müstəmləkəçilik siyasətinin ən fəal tərəfdarı kimi Şərqdə və Afrikada hərbi ekspedisiyaların təşkilində mühüm rol oynamışdır. Qərbi Afrikadakı səyahətlərini araşdıran bir araşdırmalar da müstəmləkəçiliyin yayılmasına xidmət edirdi.
Onun bilavasitə müəllifliyi ilə Fransanıın müstəmləkə imperiyası kimi beynəlxalq aləmdə xofunu yaratmaq üçün çox sayda demokratik xarakter daşımayan və demokratik qüvvələrə qarşı çevrilmiş ekspedisiyalar təşkil edilmişdir. Az qala beynəlxalq jandarma olmağa iddiaçı olan Fransa Şərqə daha da əsaslı şəkildə və uzun müddətə yerləşmək üçün Şərq Ekspedisiya gücü təşkil etmişdir. Şərqdə müstəmləkəçilik planlarını yerinə yetirmək, cəza qüvvəsinə çevrilmək məqsədi ilə: Şərq Ordusu çox böyük müasir silahlarla təchiz edilmiş Şərqdəki bütün Fransız orduları)(AO) vahid mərkəzdə və komandanlıqda birləşdirilmişdir.
O yalnız bir zamanlar Fransanın Xarici İşlər naziri olmaqla kifayətlənməmiş, ölkəsinin uzun illərə xarici siyasət , hərbi konsepsiyasını hazırlamışdır. Osmanlı dövləti ilə əlaqədar olaraq: Çanaqqala Ekspedisiya Gücü (CED), Ümumilikdə, bütün Müttəfiqlər üçün 450.000 nəfərdən 80.000-ə yaxın fransız əsgər Çanaqqala ekspedisiyasında iştirak edir. Çatılmış maksimum güc 1915-ci ilin mayında 42.000 idi. İki bölmə 5- ə qoşuldu fransızlar fəal müstəmləkə bölgüsü aparmağa çalışırdılar. . :
AFO: Fransız Şərq Ordusu CAA: Şərqdəki müttəfiq orduların komandanlığı, AAO: Şərqdəki müttəfiq ordular, AH: Macarıstan Ordusu, AD: Tuna Ordusu, COC: Konstantinopolun Ekspedisiya Gücü, Afrika yürüşü ordusu da təşkil edilmişdir. Türkiyəyə əsgər göndərmə qərarından sonra 22 fevral 1915, əvvəlcə Şərq Ekspedisiya Gücü adlandırılan Fransız Şərq Ordusu (AFO) , daha sonra Şərq Ordusu (AO), General d’Amade tərəfindən əmr edildi . Nəhayət Bolqarıstanı geri itələmək , paytaxtlarını işğal etmək, Krımda döyüşmək və Konstantinopolu işğal etmək üçün Geliboluda, sonra Salonikada yerləşdirildi .
Ümumilikdə bu teatrda 400 minə yaxın Fransız əsgəri məşğul olur. 1916-cı ilin dekabrından 1918-ci ilin mayınadək gücü 56.000 nəfərdən maksimum 225.000-ə qədər artdı. Qoşunlar əsasən metropoliya vahidlərindən təşkil edildi və müstəmləkə yerlilərinin (Magribilər və Seneqallıların) nisbəti Fransa cəbhəsindən daha çox idi.
Fransa çox böyük hərbi qüvvələrinin vaxtında hərəkətini təmin etmək üçün əsasən dəniz nəqliyyatından istifadə edirdi. Lemnosda fransız ordu birləşmələrinin konsentrasiya üçün qoşunların qayıqla daşınmasıhəll edilmişdir. Fransız silahlı qüvvələri tərəfindən dünyanın hörümçək torunda saxlamaq layihəsi də akademik elm adamı olan Xarici ilşlər nazirindən gəlirdi. Onun təsiri ilə 1894-1896-cı illərdə Madaqaskar adası işğal olunub Fransa imperiyasının tərkibinə daxil edilmişdir.
Anoto Almaniyanın xarici siyasətinin təcavüzkar xarakterini dərk edərək Rusiya ilə yaxınlaşma tərəfdarı olmuşdur. Qara dəniz ittihamları Fransız diplomatiyasında quru qoşunların və gəmilərində qoşulduğu əhatəli bir hərakatdır. Fransızlar bolşeviklərə qarşı ağqvardiyaçıları dəstəkləyirdilər. Amma hərbi qüvvələrinin əsasını başqa bölgələrə cəlb etdiyindən ağqvardiyaçılara əsaslı kömək göstərə bilmədilər. və bolşeviklər o bölgədə olan üsyanları yatıra bildi.
Elmi ədalət xatirinə və böyük tarixçi alimin hörmətə layiq olmasa da onun yaradıcılığı onun kimliyi haqqında əslində hər şey deyir. Bəzən alimlərin elmi tədqiqatına sədd çəkir, elə fikir söyləyirlər ki, yalnız qeyd olunan sahələrdə tədqiqat aparmalı imiş. Əslində tarixçinin dar ixtisası -onun əsərlərinin çoxu başlıca olaraq Fransanın orta və yeni əsrlər tarixinin tədqiqinə həsr olunmuşdur. Arxivə rəhbərlik işi tarixçiyə külli miqdarda yeni sənədlərdən istifadə etməyə imkan yaratmışdır.
Anoto Qabrielin tarixçi kişiliyi və fəaliyyətində elmi tədqiqat sahəsi izsiz qalmamışdır. Onun ən məşhur əsərləri kardinal Rişelyenin fəaliyyətindən bəhs edir. Ölkədə dəmir hakimiyyətin, eyni zamanda müstəmləkələrdə amansız istilaçılıq rejiminin memarı olması onun bu fundamental tədqiqatlarda məşhur kardinalın dəmir iradəsi, tükənməz enerjisi xüsusi bir pafosla təsvir edilir. Onun Rişelyeyə heyranlığını ondan görmək olar ki, Fransa tarixinin parlaq dövrünü tarixçi öz ölkəsinin gələcək əzəmətinin bünövrəsi və başlanğıcı hesab edir. Fransanını yeni-yeni ölkələr fəth etməsini isə Anoto ümumdünya tərəqqisinin başlıca amillərindən biri hesab edirdi.
Tarixçi nazirin postkolonial tədqiqatlar və tarixi tənqid, kəşfiyyat və müstəmləkəçilik, mədəniyyət və imperializm elmlər və imperiyalar kimi çox maraqlı sahələr tarixçinin xidməti sayəsində Fransanın müstəmləkələşdirmə imperiyasının sərəncamına verilmişdir.
Tarixçinin əsərlərinin inkişaf istiqaməti ilə əlaqədar olaraq Afrika və müstəmləkə tarixçiləri arasında “üç C” olaraq bilinən nəzəriyyə klassik hala gələn bir izah modelini təşkil edir. Sivilizasiya, ticarət və xristianlıq şərtlərini müstəmləkə ideologiyasının əsasları halına gətirməkdən ibarətdir. Tədqiqatçı və müstəmləkəçi arasında ideologiya üzərində qurulmuş bir təbiət kimliyi yaranır. Beləliklə, bəzi müəlliflər üçün üç C beş olur: “Maraq, Mədəniyyət, Xristianlaşma, Ticarət, müstəmləkəçilik” Fransanın müstəmləkəçilik indiki genezisi bir müəyyən amil kimi bu birlikdə yenidən hesabları
Bu tarixi mülahizə bir epistemoloji problem yaratmadan deyil: xronoloji yaxınlığı səbəb-nəticə operatoruna çevirərək dolayısı ilə deterministik bir səbəbiyyət formasını və tarixin teleoloji oxunuşunu həyata keçirir.

Beləliklə, Edvard Səidə görə “Avropanın, o zamanın Amerikanın Şərqə olan marağı, şübhəsiz ki, ilk baxışda və planda siyasi idi, Ancaq o yerlərdəki mədəniyyət də dünyanın aparıcı dövlətlərinin bu marağını yaratdı və onun bütün vasitələrlə həyata keçirməyə vadar etdi.

Passi qəbristanlığında sərgərdan qalmış ruhuna müraciət edərək bildirirəm ki, akademik adi adamlardan fərqli olaraq düzgün konsepsiya seçməyəndə bəşəriyyətə daha çox ziyan vurur. Gözləmək olardı ki, təpədən dırnağa elm adamı olan dini kitablarda deyildiyi kimi “şəhid qanından ağır olan alimin mürəkkəbi” xeyirli işlərə sərf ediləcəkdir. Amma o istər bir alim kimi, istərsə də Xarici işlər naziri kimi təmizləməsi mümkün olmayan qan axıtmış və gələcəkdə yeni qanlar axıdılması üçün hücumçu layihələr hazırlamışdır
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
19.06.2021
Azərbaycan

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir