Pasport (fr. passeport) —sözündə yaranıbdır. Ölkələrin əksəriyyətində ümumvətəndaş pasportlarıvardır. Azərbaycan da müstəqillik qazandıqdan sonraəhaliyə yeni Azərbaycan respublikasının pasportuverilmişdir.
Azərbaycan pasportunun mahiyyəti iki mənadaqiymətləndirilir. Birincisi, sahibinin şəxsiyyətini, ikincisi, vətəndaşlığını təsdiq edir. Buna görə də Azərbaycanrespublikasının sərhədləri daxilində vətəndaş olaraqyaşayanlar Azərbaycan pasportuna sahib olmalıdırlar.Bəzi ölkələr, o cümlədən Azərbaycan respublikası ikilivətəndaşlığa icazə vermir.
Sərhəd-buraxılış məntəqəsinin yaradılması dünyapraktikasında vacib şərt kimi Azərbaycanın ərazibütövlüyünü təmin etməsi gerçəyini ortaya qoydu. Növbəti addım erməni silahlı birləşmələrinin tərk-silahedilməsidir. Azərbaycanın Ermənistanla arada olan keçidməntəqəsində Azərbaycan pasport rejimi tətbiq edəcəkdir.Bunu-pasport nəzarətini birbaşa azərbaycanlı hərbçiləredəcəklər. Bu da Qarabağda yaşayan ermənilər üçün ciddiproblem yaradacaq. Çünki Qarabağı tərk edib, Ermənistana gedənlər geri qayıdarkən Ermənistanpasportu ilə Azərbaycana daxil ola bilməyəcəklər.
Mənbələrdən aydın olur ki, Qarabağda yaşayan 120 min erməni Rusiya Federasiyasının yox, Ermənistanrespubikasının pasportunu daşıyırlar. Ermənistanvətəndaşları Azərbaycan ərazisində niyə yaşamalıdırlar?Ya çıxıb öz ölkələrinə getsinlər, ya da zəhmət çəkibqanunlara uyğun olaraq şəffaf fəaliyyəti varsa Azərbaycan pasportu əldə etsinlər.
Bundan sonra separatçı rejimin başında duranlarınXankəndində rahat yaşaması mümükün deyildir. Ya həbsolunacaqlar, ya da hansısa yolla Qarabağdan qaçmalıolacaqlar. Pasportdan imtina etmək, vətəndaşlığın aradanqaldırılması olduğu kimi təşəbbüs sahibi ölkəni tərketməlidir. Ermənilər ya Azərbaycan respublikasının idarəçiliyini qəbul edib bizimlə birgə yaşamalı, ya da ərazilərimizi tərk etməlidir. Yaxud o əraziləri tərk edibözlərinə başqa yaşayış məkanı seçməlidirlər. Azad olunanQarabağ torpaqlarında Ermənistan pasportlarının vaxtıbitdiyi üçün Qarabağda yaşayan ermənilər pensiyalarınıala bilmirlər.
Azərbaycan Respublikasında pasportlar beynəlxalqinteqrasiya nəzərə alınaraq 2 dildə (Azərbaycan və ingilisdillərində) olur.
Hüquqi cəhətdən yanaşdıqda ümumvətəndaşpasportu Azərbaycan Respublikasının mülkiyyətidir.Azərbaycan Respublikasının vətəndaşının pasportu iləbağlı bütün ana prinsiplər “Ölkədən getmək, ölkəyəgəlmək və pasportlar haqqında” AzərbaycanRespublikasının Qanunu ilə müəyyən olunur. Pasportunməlumat səhifəsində yaddaşı ən azı 80 kilobayt olanelektron daşıyıcı (çip) yerləşdirilir.
Pasportunuzun etibarlılığı bir çox səbəbdən, məsələn, vətəndaşlığınızı itirməyiniz, cinayətə məsultutulmağınız və ya pasport müraciətiniz zamanı yanlışinformasiya verməyiniz kimi səbəblərdən ləğv edilə bilər.
Ermənilərin Azərbaycan vətəndaşlığından imtinaedərək xarici ölkələrə .köç etmələri Azərbaycanrespublikası ilə əlaqədar olmayan reallıqdır. Bu isəErmənistana və onun havadarlarına anti azərbaycankompaniyası aparmağa imkan verir Bu İrəvanın, separatçıların və onlara dəstək verən Qərbdəki bəzimərkəzlərin göstərməyə çalışdığı Azərbaycanın etniktəmizləmə aparması demək deyildir.
Bu, Azərbaycan qanunları ilə yaşamaq istəməyənermənilərin təhlkəsiz şəraitində ölkə ərazisinin tərkinəşərait yaratmaqdır. Azərbaycan qanunlarını vəpasportlarını qəbul edən ermənilər Qarabağda həyatlarınadavam edəcəklər. Reinteqrasiya prosesi mərhələlidir vəvaxt tələb edəcək, amma ermənilər Azərbaycanqanunlarına tabe olaraq, vətəndaşlıq üçün müraciət edəbilərlər:
Qanunvericiliyə görə 1992-ci il yanvarın 1-nə qədər Azərbaycan ərazilərində yaşamış erməni mənşəliəhali və onların övladları şəffaf tərcümeyhala sahib olsalar avtomatik olaraq vətəndaşlıqlarını bərpa edəbilərlər.
Xankəndidə yaşayan, işğal dövründə Ermənistan vətəndaşlığını qəbul etmiş şəxslər bundan imtina etməlidirlər:
Ermənistan açıq şəkildə bildirir ki, artıq Qarabağermənilərinə pasport verməyəcəklər. “Əgər Ermənistanonları öz vətəndaşı kimi tanımayacaqsa, qeyd edildiyikimi, erməni pasportu ilə təmin etməyəcəksə, Xankəndisakinləri Azərbaycan vətəndaşlığını qəbul edənə qədərvətəndaşlığı olmayan şəxs statusunda qalacaqlar”.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan