KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Həsənbala Sadıqov: Ermənistan tərəfindən bölgədə sülhə təhdid yaradan təxribatlar davam edir.

Həsənbala Sadıqov: Ermənistan tərəfindən bölgədə sülhə təhdid yaradan təxribatlar davam edir.

Kafkassam Editör Kafkassam Editör - - 22 dk okuma süresi
353 0

44 günlük Vətən müharibəsi 30 il dünyanın, xüsusi ilə də səlahiyyətli Beynəlxalq təşkilatların gözləri qarşısında Ermənistan işğalında qalan tarixi torpaqlarımızı azad etdi. Ermənistan Vətən müharibəsində qələbəmizi 10 noyabr 2020-ci ildə Moskvada imzalanan üçtərəfli anlaşma ilə təsdiq etdi.

Üçtərəfli anlaşmalarda çox məsələlərdən danışılırdı. Onlardan biri də Qarabağ ərazisində olan və ya ora yeni yerləşdirilən silahlıların tərksilah edilməsi məsələsi idi. Qarabağda atəş açılması kapitülyasiya müqaviləsinin ruhuna zidd olub, Ermənistanın üçtərəfli müqaviləni pozması deməkdir. Ermənistanın üçtərəfli müqaviləni pozması qalib Azərbaycan üçün silah açılan nöqtələri susdurmağa icazə verir.

Çox halda atəşin səbəbləri və ya mənbəyi çox soruşulur. Amma bir reallıq qəbul edilməlidir ki, 30 il Ermənistan işalında qalan ərazilərdə eşidilən atəş səsləri erməni yaraqlılarşınındır. Onlara başqa ad vermək də lazım deyi Onlar hələ də Azərbaycan ərazisində gizlənmişlər. Mərkəzdən gələn komanda ilə fəaliyyətə başlayırlar. Onlar terrorçulardır. Süveren Aərbaycan respublikasının əsas vəzifəsi azad edilmiş torpaqlarda xalqın təhlükəsizizliyini təmin etməkdir. Azad olunan torpaqlara Böyük Qayıdışın taleyi erməni silahlılarının-terrorçuların tərksilah edilməsindən və ərazilərin minalardan təmizlənməsindən çox asılıdır.

44 günlük Vətən müharibəsindən sonra imazalanan üçtərəfli müqavilənin aydın gürünən və ən çox müzakirə olunan məsələlərindən biri də “Rusiyanın sülh məramlılarıdır.” Çoxları iddia edirlər ki, “rus sülh məramlıları “onlar heç vaxt özləri ilə barışıq gətirmirlər və məramları da sülh olmur.” Onlar haqqında olan iradın birinci hissəsi onların barışıq missiyası olmasıdır. Nəzərə almaq lazımdır ki, onlar Qarabağa 44 günlük Vətən müharəbəsindəki qələbədən sonra gəlmişlər.
Deməli, “rus sülh məramlıları”” özləri ilə barışıq gətiriblər” yanaşması heç cür özünün doğrulda bilməz. Onlar barışıq əldə edildikdən sonra gəldiklərindən əsas vəzifələri əldə edilmiş barışın pozulmasının qarşısını almaqdır. Hətta rus sülh məramlılarına qarşı “məramları da sülh olmur” yanaşması da vardır. Artlq 10 aydır ki, “rus sülh məramlıları” işğaldan azad edilmiş tarixi Azərbaycan torpaqlarına nəzarəti həyata keçirirlər.
Əslində onların o qədər də mürəkkəb vəzifəsi yoxdur. Onlara üçtərəfli müqavilə ilə verilən səlahiyyətə görə qısa müddətdə Qarabağı erməni silahlılarından,_terrorçulardan təmizlənmiş əraziyə çevirə bilərlər. Onlara qarşı nizamlı erməni ordusu deyil 30 il Ermənistan işğalında olan Azərbaycan torpaqlarının künc bucağında gizlənmiş və ya yeni göndərilən erməni terrorçularıdır.
Hal hazırda 30 illik Ermənistan işğalından azad edilən Azərbaycan torpaqlarında mövcud reallığa münasibət də fərqlidir. Kapitülyasiya aktını imzalayan Ermənistan respublikası üçtərəfli müqavilənin yaratdığı reallığı qəbul etməlidir. 30 il Ermənistan işğalında qalan tarixi torpaqları süveren Azərbaycan respublikanın ərazi strukturuna daxil edilir. Azad olunan ərazidə yaşamaq üçün Azərbaycan respublikasının pasportu olmalıdır. Bu reallıq qəbul edilməyincə Ermənistan respublikası məğlub olsa belə fərqli statuslar, etnik haqqlar uğrunda mübariz kimi yerli erməni əhalini qandıracaqlar. Azərbaycan Ermənistan kimi monoetnik respublika deyildir. Azərbaycan etnik cəhətdən fərqli dinlərə etiqad edən bir çox xalqların birlikdə yaşadığı respublikadır. Azərbaycan vətəndaşılığı və Azərbaycan pasportu olan keçmiş ölkə vətəndaşlarının yaşamasına heç bir maneə yoxdur.
44 günlük Vətən müharibəsində qalib olan və Paşinyanı kapitülyasiya müqaviləsinə imza atmağa məcbur edən Azərbaycan qəti şəkildə “Dağlıq Qarabağ Azərbaycandır!” mövqeyindədir. Böyük Qayıdış strategiyası da 30 illik Ermənistan işğalından azad edilmiş ərazilərin Azərbaycana inteqrasiya edilməsidir. Lakin unudulmamalıdır ki, Vətən müharibəsində qalib olduqdan sonra da bir sıra dövlətlərdə Qarabağdakı vəziyyətə bizim kimi yanaşmırlar.
Rusiyanın uzun illər himayə etdiyi Ermənistana münasibətinin qaranlıq tərəfləri yox deyildir.Bir çox siyasi şərhçilər Rusiya “Ermənistanı xəyanətinə görə cəzalandırdı.” yanaşması olanlar var. Amma reallıq ondan ibarətdir ki, hətta üçtərəfli müqavilədən sonra da Rusiya müqaviləyə Azərbaycan kimi baxmır.
Üçtərəfli müqaviləyə Ermənistanın münasibətini müəyyən edən bir sıra amillər vardır. Ermənistanı dəstəkləyən dövlətlərin əksəriyyətinin Azərbaycanın hərbi imkanlarının hesablanmasında səhv etdikləri ortaya çıxmışdır. Ermənistanı himayə edən, hətta ona yaxşı münasibət göstərən dövlətlərin heç biri Azərbaycanın bu qədər sürətlə qalib gələcəyini hesablaya bilməmişdilər. Dünya hərb tarixində yeni səhifə açan Azərbaycan “ermənisevənləri” çətin vəziyyətdə qoymuşdur. Tarix Azərbaycan üçün ən layaqətli qərarını vermişdir. Ermənistan respublikası məğlub olmuş və 30 il əsarətdə saxladığı tarixi Azərbaycan torpaqları azad edilmişdir. Lakin Ermənistan heç bir hərbi imkanı və iqtisadi potensialı olmadığı halda reallığı qəbul etmək istəmir. Onun Fransa kimi havadarları da hələ də bundan sonra beynəlxalq təşkilatlar vasitəsi ilə “status” məsələsini müzakirəyə çıxarmağa çalışırlar. Hətta orada burada Fransa Ermənistana kömək üçün hərbi kontingentinin süveren Azərbaycan respublikasının ərazisinə gətirməyi də sayıqlayırlar. Belə olduqda məsələ hüquqi aspektdən çıxıb hərbi aspektə keçir. Lakin dünya dağ başı deyildir. Fransanın düşündüklərinin bir adı var-xarici müdaxilə.
10 noyabr 2020-ci il üçtərəfli Moskva müqaviləsi Azərbaycan üçün olduğu kimi, Rusiya üçün də yeni bir səhifənin açılmasıdır. Müqavilə Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsinin rəsmi sənədləşdirilməsi oldu. Burada Rusiyanın da qazandıqları az deyildir. Rusiya Azərbaycan respublikasının qalib gəldiyi müharibənin dayandırılmasında mühüm rol oynadı. Burada bir məsələnin xüsusi ilə qeyd edilməsinə xüsusi ehtiyac vardır. Rusiyanın Cənubi Qafqazda Azərbaycanın qələbəsi ilə davam edən müharibəni dayandırması çox mətləblərdən xəbər verir. Rusiya bu missiyası ilə Cənubi Qafqazda yeni və daha sərfəli mövqelər qazandığını da qeyd etməliyik. Bu, faktiki olaraq Rusiyanın Cənubi Qafqaz regionunda nüfuz sahibi olduğunun təsdiqidir.
44 günlük Vətən müharibəsində qazanan Azərbaycan respublikasıdır. Amma müharibə nəticəsində 30 il Ermənistan işğqlında olan torpaqlarda yeni münasibətlərin meydana çıxmasına şahid olduq və 10 aydır ki, davam edir. Vətən müharibəsinə qədər dünyanın müxtəlif yerlərində olsa da Azərbaycanda hər hansı ölkənin “sülhməramlı “ qüvvəsi yox idi. Üçtrəfli müqavilə ilə Rusiyanın qazandığı ondan ibarət oldu ki, yeni missiya- sülhməramlılıq missiyası qazandı. Kim qəbul etməsə də bunu Rusiyanın uğuru olaraq qəbul etmək lazımdır. Amma ikinci məsələ Rusiyanın “sülhmərəamlılıq” missiyasını nə dərəcədə yerinə yetirməsidir?.
Bir ekspertin çox mənalı bir ifadəsi var. Qalibiyyətli Vətən müharibəsinə qədər Rusiya sülhməramlıları “onlar Azərbaycanda yox idilər, amma indi varlar.” Hətta rus səlahiyyətliləri də köhnə münasibətlərdən azad ola bilməmişlər. Yanlış olaraq onların düşüncəsində Qarabağda olan qeyri müəyyənliklər status müzakirələrinə vəsilə ola bilərmiş. Halbuki Azərbaycan respublikasının prezidennti, Ali Baş komandan İlham Əliyev dəfələrlə qeyd edir ki, “heç bir status məsələsi yoxdur. Qarabağ var!”
Buna görə də hadisələrin gedişinə və eyni zamanda nəticələrə idealistcəsinə yanaşmaq lazım deyildir. Bu, hansı formada və vasitələrlə meydana çıxmasından asılı olmayaraq “Moskva üçün keçmiş müharibənin -44 günlük Vətən müharibəsinin ən vacib nəticəsidir.
Ermənistan bütün zamanlarda tarixi reallıqları xəyali planlarla həyata keçirməyə çalışırlar. Azərbaycanın qalibiyyətli Vətən müharibəsi qondarma “Artsax” məsələsini birəfəlik aradan qaldırdı. Russiyanın aparıcı siyasi şərhçiləri “bütün bunlardan sonra Dağlıq Qarabağın statusu məsələsinin qaldırılacağını və erməni tərəfinin razı qalacağı şəkildə həll ediləcəyini düşünmək indi qəribə olardı.”fikrini söyləyirlər. Bu məsələ də həll olunmuşdur. Siyasi şərhçilər Ermənistan rəhbərliyini hər şeydən əvvəl məğlubiyyətdən nəticə çıxarmağa çağırırlar. Ermənistanın xəyali planlarını tənqid edən hərbi ekspertlər bildirirlər ki, məğlub edilmiş ölkə çox çətin olsa da siyasi və iqtisadi böhranı aradan qaldırmalıdır. Ermənistanda Azərbaycanın qələbəsi ilə hər şey məhv edilmişdir. Ermənistanda baş verənlərlə bağlı heç kimin heç bir şey edə bilməyəcəyi bir zamanda status məsələsini qaldırmaq sadəcə epotaj bir müzakirədir” “Bölgədə təhlükəsizlik və sabitlik təminatlarının yaradılması” lazım olacaqdır.
Blokada vəziyyətində olan Ermənistanda Gümrüdə Rusiyanın hərbi hissəsi var idi. Logistika cəhətdən tamamilə təcrid olunmuşdu. Lakin necə deyərlər, nəticədə bazanın hərbi əhəmiyyəti sıfıra enmişdir. Ermənistanda olduğundan heç bir yerdən əlaqə yarada bilmirdilər.
Sülhməramlılar missiyasının Rusiya üçün mühüm nəticəsi ondan ibarətdir ki, Moskvaya Tiflisdən Ermənistan və Azərbaycan ərazisindəki qüvvələrinin döyüş hazırlığını qorumaq üçün dəhlizlərin açılmasını tələb etməyə əsas verir
Erməni qüvvələrinin Qarabağdan çəkilməsi başa çatdıqdan sonra sülhməramlıların fəaliyyəti ilə əlaqədar danışıqlara başlamaq lazımdır. Mövqelərini gücləndirmək və Rusiya təhdidlərindən qorunmaq üçün Qarabağda bir türk kontingentinin yerləşdirilməsinə dair artıq bir razılaşma var. Türkiyə-Rusiya monitorinq qrupunun fəaliyyətinin konkret addımlarını tələb etmək və bu barədə davamlı görüşlər keçirməliyik. Belə halda Moskvanın rolu nəzərə çarpacaq dərəcədə azalmalıdır və onlarla razılaşma əldə edilə bilər. Əks təqdirdə, rus hərbçiləri uzun müddət burada kök salacaqlar.

Qarabağda atəşi erməni terrorçuları Azərbaycan tərəfə atmaq istəsələr belə əksər hallarda nail ola bilmirlər. Dağlıq Qarabağda erməni silahlılarının fəaliyyətini “regionda güc mübarizəsidir” kimi şərh edilməsinə müsbət baxmıram. Qeyd olunan tezis azad olunmuş torpaqlarda olan erməni silahlı dəstələrinin fəaliyyətini–terrorizmi əlavə səbəblərə bağlayırlar. Güya “son seçkilərin nəticələrindən və regiondakı ümumi proseslərdən narazıdırlar.

Ona görə, bu qüvvələr Azərbaycan tərəfinə atəş açaraq, Paşinyanın tərəfdarı olan qüvvələri pis vəziyyətə salmaq istəyir.”Azad olunmuş Qarabağda erməni silahlılari_ terrorçular bir başa Ermənistan hakimiyyəti ilə əlaqədardır. Atəşin açılmasında öz fəaliyyətsizlikləri ilə rus sülh məramlıları da necə deyərlər “yaşıq işıq” yandırırlar. Rus sülh məramlıları bir neçə gün içərisində azad olunmuş ərazilərin erməni silahlilarından təmizlənməsinə nail ola bilərlər. Burada bir məsələ də atəş açılmasna rus “sülhməramlıları” da təsir göstərə bilir. Atəş açılması “rus sülhməramlılatrına “ ehtiyac var görüntüsü yaradır. Amma “sülh məramlılar” Azərbaycan üçün deyil, ermənilər üçün regiona yerləşdirilmişlər. Azərbaycan öz imkanları ilə azad olunmuş ərazilərdə tam təhlükəsizlik yaratmaq imkanlna sahibdir.

Ermənistan ordusu Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqelərinin erməni silahlı dəstələri tərəfindən atıcı silahlardan atəşə tutulması İrəvan tərəfindən növbəti dəfə beynəlxalq qanunun kobud şəkildə pozulmasıdır. Təxribatçı atəşlərin bir qismi Ermənistandan, bir qismi isə Qarabağdakı hələ də silahını təhvil verməyən erməni terrorçularından gəlir: Amerikalı ekspertə görə “Ermənistan hakimiyyətinin bu cür təxribatlar törətməklə Azərbaycan ərazisindəki infrastrukturu dağıtmaq və günahsız mülki şəxsləri öldürmək məqsədi daşıdığı şübhəsizdir.

Amerikalı P.Teys əlavə edib ki, beynəlxalq ictimaiyyət Ermənistanı qınamalıdır: “Ermənistanın Şuşa ətrafında silahlı təxribatını qınamamaq Ermənistana müstəsna cəzasızlıq və şübhəli toxunulmazlıq verən ölkələr üçün ciddi nəticələrə səbəb olacaq və bu, bağışlanmayan bir diplomatik səhvdir”. Ermənistan Prezidenti Armen Sərkisyan “Belarus 1” telekanalına açıqlamasında deyib. “Ermənistanda yaşanan bu çətin vəziyyətdə hər kəsə çağırış edib, deyirəm ki, Dağlıq Qarabağda hər hansı provokasiya və ya konflikt olmaması üçün gərginlik məhdudlaşdırılsın”, – deyə Sərkisyan bildirib.

Burada uduzmamalıyıq. 44 günlük Vətən müharibəsində əldə etdiklərimizi həm ümummilli birlik, həm dövlət mövqeyindən çıxış etməyi davam etdirməkdən ötrü hakimiyyət əlindən gələni etməlidir ki, siyasətçisi də, çobanı da, akademiki də Vətən və dövlət naminə bir arada olsun.
Azərbaycanın bölgədə sülh və sabitliyin bərqərar olunması istiqamətində atdığı addımlar, ölkəmizin sülh çağırışlarına Ermənistan tərəfindən adekvat reaksiyanın göstərilməməsi də münasibətləri gərginləşdirmək amilidir. Ermənistan tərəfindən bölgədə sülhə təhdid yaradan təxribatlar, ərazilərin minalanmasından irəli gələn problemlər hələ də qalmaqda davam edir. Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməməkdə məqsədinin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyimiz böyük yenidənqurma, bərpa layihələrinə və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına maneə yaratmaqdır.
Beynəlxalq ictimaiyyətin Ermənistanı revanşist iddialardan əl çəkməyə, sülh haqqında düşünməyə və yaxşı qonşuluq siyasəti yürütməyə çağırmasının vacibliyini başa salması çox vacibdir. Kapitülyasiya müqaviləsinə imza atdıqdan sonra “Ermənistanın Azərbaycanla sərhəddə təxribatlar törətməkdə məqsədi öz əməllərini Azərbaycanın üzərinə ataraq, təcavüzkar ölkə kimi qələmə verməkdir”.
Rusiya, Azərbaycan və Ermənistan tərəfinin ümumi razılığı əsasında sərhəd bölgəsində əsgərlərin bir-birilə təmasda olmamaları, 5 metrdən yaxın məsafədə bir-birilərinə yaxınlaşmamaları məsələsi gündəmə gətirilməlidr. Həmçinin terrorçuluq əməlləri davam edərsə Azərbaycan ordusu bu əməlləri törətməyə çalışan ünsürlərə qarşı hərəkətə keçib onları məhv etməlidir”.
Atəşkəsin pozulması ilə əlaqədar Ermənistanın həyata keçirdiyi-bütün bunlar məntiqsiz davranışlardır. Çünki atəşkəs pozulursa Vətən müharibəsində Qalib Azərbaycan ordusunun əli sərbəst olur və bu zaman terrorçulara qarşı istədiyi əməliyyatı keçirmək imkanı yaranır. Azərbaycan respublikası onsuz da məğlub olmuş, hərbi və iqtisadi cəhətdən fəlakət içərisində olan Ermənistana qarşı əməliyyatlarını davam etdirə bilər.
Ermənistan ordusunun Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutması, eləcə də rus sülhməramlılarının məsuliyyət zonasına daxil olan ərazidən qanunsuz erməni silahlı dəstələrinin Şuşa istiqamətində Azərbaycan postarına atəş açılması məğlub dövlətin təxribatlarıdır. Belə təxribatlar ilk növbədə gələcəkdə ola bilən sülh müqaviləsinə zərbədir”.
Qarabağda isə iki tərəf-Azərbaycan və Ermnistan arasında sülhməramlılar dayanıb. Sülhməramlıların dayandığı yerdən ermənilər Azərbaycan ordusu istiqamətinə atəş açılırsa, deməli sülhməramlılar boyunlarına götürdüyü funksiyanı həyata keçirməyi bacarmırlar. Ən vacibi isə bu kimi təxribatlar dayanmasa məntiqlə Azərbaycan ordusu anti-terror əməliyyatlarına başlaya bilər”. Erməni silahlılarna -terrorçulara qarşı antiterror əməliyyatlarına hazır olmalıyıq.
Professor Həsənbala Sadıqov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan

9

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir