KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsənbala Sadıqov: ERMƏNISTAN SEÇICILƏRININ SIYASILƏRIN “SOYQIRIMI NAĞILININ” ƏSARƏTINƏ DAIR

Həsənbala Sadıqov: ERMƏNISTAN SEÇICILƏRININ SIYASILƏRIN “SOYQIRIMI NAĞILININ” ƏSARƏTINƏ DAIR

Kafkassam Editör Kafkassam Editör - - 22 dk okuma süresi
331 0

Parlament seçkiləri yaxınlaşdıqca siyasət meydanında siyasətçilərin seçicilər uğrunda mübarizəsi daha da qızışır. Son günlərdə Ermənistanda baş verənlər, əslində təşkil olunan hadisələr göstərir ki, cəmiyyətdə siyasi ədəb və siyasətçi əxlaqı deyilən münasibətlər sistemi tamam ilə unudulub. Siyasilər siyasətlərinin ana qanunundan-“qara yax və qazan” siyasətsizliyindən eninə boyuna istifadə edirlər. Erməni siyasətçilərin uğur modelində ən amansız terror da daxil olmaqla bütün insani və qeyri insani vasitələrdən istifadə edərək qələbə qazanmaq məqbuldur.
Siyasi partiyaların liderləri, sıravi üzvləri də bir birinə qarşı olan bütün “sənədlərdən” müxtəlif məqamlarda-xüsusi ilə televiziya proqramlarında, mitinqlərdə, mətbuata verdikləri müsahibələrdə və yazılarında seçici səsləri uğrunda mübarizədə hay-küy gətirən faktlardan geniş istifadə etməyə çalışırlar.

Ermənistanda seçki proqramlarının tərtib edilməsi maraqlı məsələlərdən biridir. Siyasi partiyaların seçki proqramlarını aşağıdakı şəkildə qruplaşdırmaq olar. Birinci, Rusiyanın himayəsində olduğu halda Ermənistanın Avropa və Amerikaya inteqrasiyasından danışılır. Paşinyanı əsasən Qərb, Köçəryanı isə Rusiyanın dəstəklədiyi şübhə edilməyən faktdır.

Azərbaycan respublikasının 44 günlük qalibiyyətli Vətən müharibəsi günlərində məğlubiyyətin yaxınlaşdığını hiss edən Paşinyan hamısından əsası olmasa da umur və Rusiyanı “dilə tutur” batmaqda olan gəmini-Ermənistanı xilas etməyə çağırırdı. Bu dəfə beynəlxalq qanunlar qalib gəldi və KTMT-nın Qarabağ müharibəsinə qarışmağa heç bir hüquqi əsası yox idi. Azərbaycan 30 ildən bəri pozulmuş və Ermənistanın hamilərinin köməyi ilə əbədiləşdirmək istədiyi işğala son qoyub, süverenliyini bərpa etmək istəyirdi.

Ermənistanda siyasi partiyaların proqramında və ya seçki proqramında ikinci ən mühüm məsələlərdən biri də xalqlara, xüsusi ilə də Türkiyə türklərinə və azərbaycanlılara münasibət məsələsidir. Ermənistanda siyasi partiyaların proqramında və ya seçki proqramında xalqlara münasibət məsələsi onlar regiona gəldikləri gündən əsas məsələ olaraq qəbul etmişlər. “Görünən dağa bələdçi lazım deyil” deyimini siyasətə gətirsək Ermənistanda siyasi partiyaların proqramlarında olan xalqlara münasibət məsələsi ortaya çıxar.

Ermənistanda xalqlara, xüsusi ilə azərbaycanlılara qarşı irqçi münasubətin bariz ifadəsi dünyada analoqu olmayan və mütəmadi olaraq daha da “saflaşdırılan” “erməniləşdirilən”“monoetnik respublikadır.” Halbuki 30 ildir torpağını işğal etdiyi, işğal olunan ərazilərdə bir nəfər azərbaycanlının qalmadığı halda Ermənistanla müharibə edən Azərbaycanda 120 min 300 nəfər erməni heç bir məhdudiyyət olmadan normal vətəndaş pasportu ilə yaşamaqdadır.

Ermənilərin müstəsna xüsusiyyətlərindən biri dünyanın bütün ölkələrində(bizi xəyali soyqırıma məruz qoydular dedikləri Türkiyədə də) təşkilatlanmış halda yaşayırlar. Ermənilər dünyanın bütün ölkələrində yaşamaq üçün sanki “yaşıl karta” sahibdirlər. Ermənilərin yaşadıqları ölkələrin vətəndaşlarına Ermənistanda dözümsüzlük şəraiti yaradaraq yaşamağa icazə verilmir?

Son yüz ili təhlil etsək azərbaycanlılardan başqa milyonlarla qeyri ermənilər irqçilik tədbirləri və təqibləri ilə Ermənistanı tərk etməyə dövlət siyasəti səviyyəsində məcbur ediliblər. Sadəcə tərk etməmişlər uzun illər əldə etdiklərindən, qurduqlarından da məhrum edilmişlər. Ermənistan beynəlxalq hüquqa görə ölkəni tərk etməyə məcbur olan insanlara təzminat verməli idi. Lakin ermənilərin “müstəsnalığı” ondan ibarətdir ki, qeyri erməniləri ölkədən çıxarır, onları hər şeydən məhrum edir və təzminat ödəməkdən də imtina edir.

Seçkilərlə əlaqədar təbliğat kompaniyasında müxalifətçi partiyaların göstərilən rolikində seçki hüququ olan insanları “cinayət səviyyəli çox təhlükəli iş olan Paşinyana səs verilməməyə” çağırlırlar. Paşinyana səs verməyin təhlükəli olmasını onun Azərbaycan qarşısında xəyal edilən məğlubiyyəti ilə əlaqələndirirlər. Güya tənqid edənlər hakimiyyətdə olsaydılar qalib gələ bilərdilər. Əslində idealistlik edib Azərbaycan ordusunun Ermənistandan nə qədər güclü olması amilini qəbul etmək istəmirlər. Azərbaycan ordusunun dünyanın müasir ordularından biri olması reallığını görmək istəmirlər. az qalırlar iddia etsinlər ki, “Azərbaycanın qələbəsinə Paşinyan şərait yaradıb.” Hətta siyasət naşıları özlərinin əsası olmayan nağıllarına o qədər vurulublar ki, erməni mediyasının məlumatına görə Paşinyan “əgər seçilərsə, guya Ermənistan azərbaycanlıların əlinə keçəcəkdir” iddiasını belə irəli srməkdən çəkinmirlər.

Ermənistanda siyasi partiyaların proqramında və ya seçki platformasında ən mühüm məsələlərdən biri də azərbaycanlılara münasibətdir. Ermənilər Qafqazda Azərbaycan torpaqlarına ayaq basdıqlarından başlayaraq türkə qarşı dözümsüzlük siyasəti həyata keçirməyə başlamışlar. Son 200 yüz ildə 3 milyondan artıq Azərbaycan türkü Qərbi Azərbaycan adlandırılan coğrafiyadan ən amansız məcburi vasitələrlə çıxarmışlar.
Min illərlə Azərbaycan xalqının yaratdığı mədəniyyət ermənilərə qalmışdır. Ermənilər isə erməniləşdirdikələrini erməniləşdiriblər, yerdə qalanları isə aborigen insanların-türklərin izini itirmək və xatırlanmaması üçün dağıdıblar. Qərbi Azərbaycandan çıxarılmış 3 milyondan artıq insanın mənim hesablamama görə təzminat haqqı 1 trilyon dollardan artıqdır. Azərbaycan vətəndaşları hökmən Ermənistana qarşı təzminat tələbi ilə beynəlxalq təşkilatlara müraciətini hüquqi müstəvidə davam etdirməlidir.
Seçki platformasında siyasətçilərin uğur sindromu azərbaycanlılara aid son iki yüz ildə və son zamanlarda olan hadisələrə aid neqativ məlumatları səsləndirmək-“doğmaqdır.” Siyasilər başa düşürlr ki, soyqırım nağılları ilə seçicilər soyqırım nağıllarının ruhu ilə yaşamışlar. Seçici sanki siyasilərdən “mənə soyqırımdan danış” deyir. Kampaniya müddətində azərbaycanlıları günahlandırma nə qədər dəhşətli olarsa da nifrət ruhunda tərbiyə edilmiş seçicilər onu alqışlarla qarşılayırlar.
Hər bir partiya və onun liderinin seçkiqabağı platformasında seçici ilə birlikdə cavab verməli olduğu sual Ermənistan nə üçün viran olub, kapitülyasiya aktına imza etəyə məcbur oldu?”sualıdır. Hakimiyyətdə olanın diplomatiyada deyildiyi kimi ən zəif yeri-Axilles dabanı 44 günlük Vətən müharibəsində Azərbaycan qarşısında məğlubiyyətidir. Siyasilər Paşinyanı siyasətsizlikdə, Rusiya və Avropa arasına balanslaçdırmanı düzgün tənzim etməmkdə, müdafiəyə ayrılan büdcəni talamaqda ittiham edirlər. Hətta televiziyada və yerlərdə olan yığıncaqlarda müxalifətdə olan partiyalar “Paşinyanın daşını daş üstə qoymayan” rolikləri böyük hay küylə nümayiş etdirirlər.
Siyasilərin seçki pılatformasında qələbə nağılları çox mühüm yer tutur. Siyasilər və partiyaların funksionerləri iddia edirlər: “hələ hər şey məhv olmayıb. Xilas etməyə imkan var.” Erməni generalının etiraf etdiyi kimi “darmadağın edilmiş, tamam ilə hərbi potensialı sıfırlanmış-silahsızlandırılmış, müdafiə qurğuları darmadağın edilmiş, hərbi qüvvəsi maddi, texniki və ruhən məhv edilmiş Ermənistan ölkəsini” qələbəyə nə ilə aparacaqları sualına cavab verə bilmirlər.
Paşinyana qarşı roliklərdə çox həqiqətlərdən söhbət açılır. Paşniyanın Azərbaycanın qədim mədəniyyət mərkəzi, hazırda Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada tərəfdarları ilə Yallı oynaması iki ölkə arasında münasibətləri çox kəskinləşdirəndə onu qələbə olaraq xalqa sırıyırdılar. Videoroliklərdə Paşinyanın səngərdə özünü qarşı tərəfdən açıla biləcək atəşdən qorumaq üçün əsgərlərin arxasında gizlənməsi təsvir edilir.
Paşinyan ermənilərin dünyaya “hay küy salan” müdafiə sədlərində təsvir edilir. Hələ 2020-ci ilin yayında dünyaya hay küy salırdılar ki, ermənilər Azərbaycana qarşı Ohanyan müdafiə səddi nümunəsində dünyada analoqu olmayan müafiə səddləri qurmuşlar. Lakin Azərbaycanın qalibuyyətli hücumu sədlərin betondan deyil, “kardondan qurulduğu”-Potyomkin kəndi olduğu və bir neçə gün davam gətirə bilmədi. Azərbaycan Respublikasının prezidenti, Ali Baş komandan İlham Əliyevin bu kimi məsələlərlə əlaqədar “nə oldu, Paşinyan?” deyimi artıq zərbi məsələ çevrilmişdir.
Ermənistan darmadağın edilmiş, ən alçaldıcı kapitülyasya aktına imza atmşdır. Bu sadəcə ermənilərin böyük hərbi imkana sahib olan Azərbaycan qarşısında hərbi məğlubiyyəti deyildir. Bu, həm də Ermənistanın bir dövlət olaraq dünya dövlətləri içərisində nüfuzunun heçə endirilməsi və mənəvi cəhətdən məhv edilməsidir.
Ermənistan cəmiyyəti 100 illərdir ki, soyqırım nağılları ilə əsarətə, faciələrə sürüklənir. Ermənistan tarixində gəlib getmiş bütün siyasi xadimlərin ümumi siyasətində “ermənilərin məruz qaldığı əslində isbat edilməmiş xəyali soyqırımı” həqiqi soyqırımı olaraq təqdim etmək proqramı var. Əgər biz tarixi ədalətin səsinə qulaq assaq məlum olara ki, ermənilər yaşadıqları bütün coğrafiyalarda yerli((hətta almanlara, yəhudilərə-HS) əhaliyə qarşı gizlədilməsi mümkün olmayan soyqırımlar törətmişlər.
Lakin eyni zamanda dünyaya “bizi soyqırımına məruz qoydular” yalanını yayır, necə deyərlər “yalan elə bağırdı doğrunun bağrı çatladı”. İnsanları bir coğrafiyadan çıxarır və onların soyqırımına məruz qaldıqlarını iddia edirlər. Roliklərdə Qarabağda cəbhələrdə ermənilərə, xüsusi ilə əsirlərə amansız münasibət haqqında tam əsassız olaraq qeydlər var.
Paşinyanın qeydlərindən aydın görünür ki, özünün demokratik qanadlarını və Avropaya inteqrasiyasını hər addımda “gözə soxur.” Rusiyanın dəstəklədiyinə şübhə olmayan Robert Köçәryan azərbaycanlı əhaliyə qarşı qırğınlar törədən Qarabağ ermənilərinin və erməni diasporunun təşkil etdiyi silahlı dəstələrə başçılıq etmişdir. Ermənistan müxalifəti o cümlədən Paşinyan da Köçəryanın prezident seçildiyi hər iki seçkini saxtalaşdırılmış və qanunsuz seçki hesab edirlər. Köçəryan atası azərbaycanlı olmasına baxayaraq Qarabağda axıdılan qanlara bais və cavabdehdir.
Video roliklerdə azərbaycanlılar obrazı amansızlıq nümunəsi olaraq təqdim edilir. Əslində yüzlərnən əsir alınan erməni ilə xarici kanalların aldıqları müsahibələrdə ermənilər azərbaycanlıların onlara insani yanaşdıqlarını bəyan edirlər. Yaralıları xəstəxanalarda müalicə etdirmiş, yedirmiş, geyindirmiş, istidən-soyuqdan qorumuş, rahat və təhlükəsiz yaşamağa şərait yaratmış, hətta Ermənistanla danışıb vəziyyəti haqqında məlumat verməyə də imkan vermişlər. Lakin erməni liderləri üçün azərbaycanlıların müharibə dövründə düşmən olan, soydaşlarını öldürən, abidələrini dağıdan ermənilərə qarşı sərgilədikləri humanizminin heç bir əhəmiyyəti yoxdur.
Siyasi partiya liderləri erməni seçicilərin ruhi sağlamlıq məsələsi ilə əlaqədar arzuladıqları azərbaycanlılara nifrət, barışmazlıq və onlarla birlikdə yaşamağın mümkün olmaması sindromudur. Onlrın konsepsiyasına əsasən azərbaycanlılarla ermənilərin bir yerdə yaşaması genetiq imkansızlıq üzündən mümkün deyildir. Onlar barışmazlıq və nifrət sindromundan istifadə edərək işğlçı Ermənistanın bütün “bəlalarının səbəbkarı” işğal edilmiş və 30 il əsarətdə qalan tarixi torpaqlarını azad etmək uğrunda ədalətli və kapitülyasiya ilə nəticələnən mübarizə aparan Azərbaycanı günahkar olaraq təqdim edirlər. Bir məsələni unudurlar ki, son 30 ildə azad edə bilməsə də BMT-nin sənədlərində onların-Ermənistanın işğalçılığından xəbər verən “Azərbaycanın işğal edilmiş torpaqları” kateqoriyası və bəyanatı var.
Ermənistan cəmiyyətində korların revanşizmi, yaxud revanşistlərin korluğu çox geniş yayılmışdır. Erməni siyasiləri seçki marafonunda uçurumda fəlakətlə üz-üzə qalan Ermənistanı unudub yenə də seçicilərin nifrətini azərbaycanlılara qarşı istiqamətləndirməyə çalışırlar. Sürü psixologiyası ilə hərəkət edən insanlar liderlərinin xeyir duası və proqnozu ilə Ermənistanda istilərin, soyuğun, yağışın və qarın da çox olmasının günahını Azərbaycanın hesabına yazmağa çalışırlar.
Hətta ölkə əhilisinin işsizliyini, mütəmadi miqrasiyanı və aclığının da günahını Azərbaycanın Ermənistanı blokadada saxlaması ilə əlaqələndirirlər. liderləri sürü isteriyası ilə ərazisinin 20 faizini işğal etdiyi Azərbaycanın beynəlxalq layihələrində Ermənistanın da olmamasını “düşmənlik aktı” olaraq təqdim edirlər. Siyasətçinin mətiqinin çözülməsinə, ağlının dayazlığına heyran qalmamaq olmur. Həm Azərbaycanın tarixi ərazilərinin 20 faizini işğal et, həm də Azərbaycan səni beynəlxalq layihələrinə ortaq etsin.
Ermənistan tərəfindən işğal olunmuş torpaqların əbədi erməni torpağına çevirmək kimi yalançı konsepsiyanın müəllifləri yenə də yalan üfürürlər. Maraqlı belə bir konsepsiyanın mövcud olması deyil, çox həddən artıq maraq doğuran 2021-ci ildə Ermənistan cəmiyətində seriyalı işğal nağıllarına inananın olmasıdır. Mənəviyyat, əxlaq və təbliğat bazarına çıxarılan sərsəm və kapitülyasiya sonrası Ermənistanı uçuruma aparan konsepsiyalar qəribə olsa da tərəfdar belə tapa bilirlər.
Ermənistanda siyasilər seçki marafonu haqqında deyil, kütləvi psixoz xəstəliyinə tutulmuş cəmiyyətin müalicəsi haqqında düşünmələri lazımdır. Məqalələr, televiziya və mitinq müraciətlərində siyasət dəllallarının heç biri Ermənistan cəmiyyətində uzun illər yaradılmış, hətta daşlaşmış “erməniləlin ari olması”, “ermənidən başqa bütün insanlara nifrət” ruhunun aradan qaldırılmasına yox, daha da möhkəm qərarlaşmasına çalışırlar.
Azərbaycanlıları gözdən salmaq, anti-Azərbaycan hissləri ilə oynamaq üçün hazırlanan videoların müəllifləri bir daha qonşularımızın ruhi sağlamlığı barədə bizi düşündürməyə vadar edir. Psixiatr ekspertlər tədqiqat aparmış və məlum olmuşdur ki, erməni cəmiyyətinin bir hissəsi indi revanşist hisslərə qapıldığı üçün həqiqətən müalicə olunması çox çətin olan və ağır nəticələr gözlənilən xəstədir. Ermənistan xalqı bizi yalandan “erməni soyqırımı” törətməkdə təqsirli bildiklərindən hər zaman azərbaycanlılara qarşı aqressiv əhvalda olublar

“Ermənistanda son 30 ildə çox qəribə proseslər baş ermişdir. Ermənistan təbliğatı Azərbaycan torpaqlarının işğal edilməsini az qala “Böyük Ermənistanın yaranmasının müjdəçisi” hesab edirdilər. Digər bir məsələ 30 il əsarətdə qalan Azərbaycan torpaqlarının işğalına siyasilərin və ölkə əhalisinin yaxınlaşması, işğalın ideoloji təqdimatıdır. Artıq erməni siyasətçiləri belə bir iddia irəli sürürdülər ki, Azərbaycan Respublikasının ərazilərinin işğal etdilməsi həmin torpaqların sonsuza qədər ermənilərdə qalması deməkdir. Erməni cəmiyyəti bu torpaqların əbədi olaraq özlərində qalacağını ümid edərək bir qədər sakitləşdilər.

44 günlük Vətən müharibəsi hadisələrin axarını dəyişdirdi və Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bundan sonra cəmiyyətin bir hissəsi revanşist düşüncələrlə bağlı xəyala qapıldılar”, 44 günlük Vətən müharibəsində Azərbaycan respublikasının əzəmətli qələbəsi, bizim tariximizdə yeni dövrün başlanğıcı oldu. Azərbaycanın Ermənistanın kapitülyasiya ilə nəticələnən Vətən müharibəsinin Ermənistan cəmiyyətinə heç də sanki gözlənilən nəticəni vermədi.

Kapitülyasiyadan sonra gözlənilən bu idi ki, Ermənistan cəmiyyəti Paşinyan hakimiyyətini silib süpürəcək. Amma dünya onun şahidi olmadı. Kapitülyasiya az imiş kimi Paşinyan hakimiyyətini davam etdirir, ona qarşı olanları “istefaya “ göndərmək istəyir, seçkilərə qoşulub yenidən hakimiyyətini xalqa təsdiq etdirmək istəyir. Erməni cəmiyyətindəki bu proseslər-əhalinin ölkəyə faciələr gətirmiş Paşinyana qarşı barışcıl mövqedə dayanmaları nə ilə əlaqədardır? Bunun əsas səbəbi onunla əlaqədardır ki, Ermənistan cəmiyyətinin əsas hissəsinin başqasının torpaqlarının işğalından və onunla əlaqədar davam edən müharibələrdən bezdiyini və Vətən müharibəsinin nəticələrini qəbul etməyə hazır olduğunu təsdiqləyir.

Professor Həsənbala Sadıqov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

13 iyun 2021-ci il

Azərbaycan

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir