KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Həsənbala Sadıqov: Ermənilərin Gəncəbasarda almanlara qarşı terroruna dair

Həsənbala Sadıqov: Ermənilərin Gəncəbasarda almanlara qarşı terroruna dair

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
349 0

Ermənilər dünyanın harasında olursa olsun məsələ torpaqdırsa və ya puldursa istənilən cinayətə gedərək planlamış və yerinə yetirmişlər. Tarix isbat edir ki, ermənilər ağla gəlməyəcək cinayəti həyata keçirmişlər. Ermənilərlə əlaqədar faktlar içərisində 1907-ci ilə aid diqqətçəkən mühüm bir fakt var.1907-ci ildə Yelizavetpolda(Gəncə şəhəri) “Daşnaksütyun” partiyasının üzvlərinə qarşı cinayət işi açılmışdır. Daşnaklara qarşı olan sənəd şəhər pristavının köməkçisinin izlədiyi sənəddir. Sənəddə çox vacib bir məsələ haqqında danışılır. Şəhər pristavının köməkçisinin imzaladığı sənəddə qeyd olunur ki, 1905-ci ildən 1907-ci ilin avqustunadək «Daşnaksütyun» partiyasının yerli təşkilatının rəhbəri Koryun silahdaşları Arutyunov qardaşları ilə birlikdə Helenendorf almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər. Helenendorf almanları məcburiyyət qarşısında partiyanın xəzinəsinə xərac veriblər. Daşnaklar yalnız bununla kifayətlənməyiblər. İştah diş altındadır deyiblər. Partiyanın xəzinəsinə pul keçirilməsinə nail olandan sonra şərab istehsalçıları olan Forer və Qurrdan hərəyə 30 min rubl pul tələb ediblər. Qurr bu məbləği ödəyə bilmədiyi üçün partiyanın yerli təşkilatının qərarı ilə qətlə yetirilir.
Mənbələr göstərir ki, qeyd etdiyimiz cinayət ermənilərin almanlara qarşı yeganə terroru deyildir.1904-cü ilin 4 iyulunda da Yelizavetpol quberniyasın-qubernator müavini milliyyətcə alman olan Andrey Flimonoviç ermənilər tərəfindən qətl edilmişdir. 26 sentyabr 1905-ci ildə (Tbilisidə) Cənubi Qafqaz alman koloniyaları paş pastoru- Markus Miller erməni daşnaklarının vəhşicəsinə terroru sayəsində həyatlarını itirmişdilər. Başqa alman kolonistlərdən 1904-cü ildə Qotlib Digel, 1905-ci ildə Henrih Mayer və o dönəmdə müxtəlif zamanlarda başqaları da erməni terrorunun qurbanı olmuşdular. Başqa sözlə, XX əsrin əvvəlindən erməni millətçiləri Helenendorf alman koloniyasını terror basqısı altında saxlayırdılar. –X.İ.)
Bu acı faktlarla tanış olan Bonn Universitetinin professoru, Qafqaz almanları tarixinin tədqiqatçısı xanım Eva Mariya Aux Göygöl şəhərindəki mətbuat konfransında öz təəssüratını «Biz daşnak terroru haqqında çox eşitmişdik. Amma bu gün ilk dəfə bu barədə faktları təsdiq edən konkret sənədlərlə tanış oluruq» sözləri ilə ifadə etmişdir.
Erməni millətçilərinin Helenendorf (Göygöl) almanlarına qarşı terror və təqib siyasəti Birinci Dünya müharibəsi dövründə (1914-1918) daha da genişlənir. Rusiya imperiyasının Almaniya ilə müharibəsindən istifadə edən erməni dairələri imperiya rəhbərliyindəki havadarlarının köməyi ilə almanların bu torpaqlardan köçürülməsinə çalışırdılar. 1917-ci ildə onlar bu niyyətə qismən nail olurlar: almanların torpaq sahibkarlığı ləğv edilir, Helenendorfa və ətraf bölgələrə isə Türkiyə və İrandan yeni erməni dəstələri köçürülür.
Professor Həsənbala Sadıqov
Azərbaycanın Əməkdar müəllimi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir