KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsənbala Sadıqov: DÜNYANIN GÜC MƏRKƏZI: TARIXILIK, REALLIQLAR VƏ PERSPEKTIVLƏR HAQQINDA

Həsənbala Sadıqov: DÜNYANIN GÜC MƏRKƏZI: TARIXILIK, REALLIQLAR VƏ PERSPEKTIVLƏR HAQQINDA

Kafkassam Editör Kafkassam Editör - - 18 dk okuma süresi
312 0

Bir zamanlar Amerikanın kəşfindən Fransız inqilabına qədər dünyada klassik ölçülərdən fərqli yeni quruluş yaranmışdır. Amerikanın kəşfinə qədər olan dünya-Şərq mərkəziyyətçiliyi ilə “dünyaya yeni açılan Avropa” üz-üzə dayanmışdır. Yeni qurulan Avropa dövlətləri dünyanın bölünməsi-mövcud siyasi xəritəsi ilə razılaşmır, yenidən bölünməsini tələb edir və yeni yüksələn gücləri ilə reallaşdırırdılar. Buna görə də dünyanın hər yerində nəzəri və praktiki olaraq Avropa var idi. O zaman Avropanın aparıcı dövlətləri dünyada yeni bir münasibətlər sistemini- müstəmləkəçilik forması meydana çıxapmışdılar.
Avropalaşmaq. Bu bir sözün altında çox həqiqətlər gizlənməkdə idi. Avropa dövlətləri Avropanı dünyanın ən ucqar köşələrinə qədər apara bilmişdilər. Dünya Avropanın işğalı prosesində Avropa dövlətlərini də, eyni zamanda yeni gördüyü Avropanı da tanıdılar. Onların işğalçılıq siyasətində nə insanlıq nə də ədalət ölçü vahidi deyildir. Onlar hər yerə əsarət, uzun illər toplanmış sərvətin talan edilməsini, bununla da yeni yaranan Avropa dövlətlərinin sürətlə zənginləşməsinə səbəb olurdu.
Avropalıların işğal prosesində ağlagəlməz və bəşər tarixinin rast gəlmədiyi dəhşətlərlə tanış olduq. Fransız inqilabına qədər Avropa qitəsində aparıcı mövqe İngiltərəyə məxsus idi. Yeni müstımlkəçilik sistemi dünyada yeni qaydalar da müəyyən etmişdir. Yunanstan və Roma imperiyalarının yaratdığı dünya mədəniyyəti xatirələrdə yaşayırdı. Dünyanın bir zamanlar Orta əsrlərdə əsas olan “pak hesab Bağdaddan gələr” deyimi dəyişmişdir. Artıq yeni Avropanın əli hər yerə uzanan müstəmləkəçilərinə görə “pak hesabın Avropadan” gəldiyi iddia edilir və məcburi olaraq hər vasitə ilə qəbul etdirirdilər. Avropa müstəmləkəçiləri “kimin genişdirsə müstəmləkə imperiyası dünyanın hakimi də odur“ prinsipi qərarlaşmışdılar.
İlk vaxtlar Amerika kəşf olunandan sonrakı Avropada aparıcı mövqey İngiltərəyə məxsus idi. Ona görə də bir sıra tarixçi və ekspertlər hətta iddia edirlər ki, “orta əsrlərdə İngiltərə bütün qitə Avropasını dəyişdirdi.” XIII-XIV əsrlərdə Fransada və İngiltərədə mərkəzləşdirilmiş dövlət yaranmışdır. XV-XVII əsrlərdə yeni iqtisadi siyasi model Avropada qərarlaşmaqda idi.
XVI əsrin əvvəllərində dünya okeanlarında ağalıq uğrunda İngiltərə və İspaniya mübarizə aparırdı. İngiltərənin qüdrətli donanmasını yaratdılar, İngiltərə dəniz quldurları İspaniya torpaqlarında belə məcburi şəkildə qul alveri ilə məşğul olmağa başladılar. 1588-ci ildən sonra İspaniyanın “Məğlubedilməz Armadasının” məğlubiyyəyti ilə İspaniyanın dəniz qüdrəti sarsıldı, dənizlərdə hökmranlıq tədricən İngiltərənin əlinə keçdi. “Məğlub edilmiş armada” ruhu İngiltərəyə uzun illər çox imkanlar tanıdı.
“Məğlubedilməz armadanın” süqutundan sonra İngiltərənin Avropa siyasətində rolu artdı. Belə ki, “məğlubedilməz armadanın” aradan qaldırılması sonrakı 300 illik dövr ərzində İngiltərənin xarici siyasətində “kredo” olan belə bir fikrin formalaşmasına səbəb oldu ki, ayrılıqda götürülmüş ingilis donanması 2 güclü Avropa dövlətinin donanmasının gücünə bərabər olmalıdır.Yalnız 1921–22-ci illər Vaşinqton konfransından sonra həmin qayda nisbi dəyişikliyə məruz qaldı.
1600-cü ildə yaranmış Ost-Hind şirkəti Böyük Moğol hökmdarından Hindistanla gömrüksüz ticarət etməyə icazə aldı. İngilis burjuaziyası öz ölkəsinin zəhmətkeşlərini istismar etmək, dəniz quldurluğu, çəpərləmələr, qul alveri, müstəmləkələri talamaq yolu ilə böyük sərvət topladı. Həmin sərvəti iri müəssisələr tikməyə sərf etdilər.
Bu da XVII yüzilliyin əvvəlləri üçün İngiltərənin dəniz gücünün olduqca artmasına səbəb olmuşdur. Məhz bunun nəticəsidir ki, geosiyasət nəzəriyyəçiləri bunu İngiltərənin varlanmasının başlıca faktoru kimi qeyd edirdilər. XVII əsrin sonları üçün inqilabdan sonra keçən 40 il ərzində İngiltərə dünyanın ən böyük müstəmləkə dövlətinə çevrildi. Hələ Avropa bir Fransa inqilabına hamilə idi.
19-cu əsrin ortalarında fabriklər üçün lazım olan mexanizmlər, dəzgah və maşınların özləri də maşınlar vasitəsilə istehsal olunmğa başlayırdı. Bu, artıq İngiltərədə sənaye çevrilişinin başa çatması demək idi. Maşınlar əl əməyini, eləcə də iri müəssisələr xırda müəssisələri sıxışdırıb aradan çıxarırdı. Istehsal təmərküzləşirdi. Ingiltərə burjiasiyasının dünya bazarlarında rəqibi yox idi. O dövrdə maşınları yalnız İngiltərə ixrac edirdi. Ingiltərə “dünyanın emalatxanası” rolunu oynayırdı. XX əsrin əvvəllərində də London dünyanın maliyyə mərkəzinə çevrilmişdi.
Fransa inqilabının ölçü olduğu dünyada bir kabus cövlan etməkdə idi. O kabus K. Marksın qeyd etdiyi kimi “Avropada bir kabus kommunizm kabusu dolaşmaqda idi.”Avropa hakimləri ölkələrinin sərhədlərini “kabusa” bağlasalar da xalqın runhunu yeni ideyalara bağlaya bilmədilər. “Kabus Avropada sürətlə yayılırdı. Avropa mürtəceləri bütün vasitələrlə ona-kabusa qarşı mübarizə elan etmişdilər. Dolaşmaqda olan kommunizm kabusu “Kommunist partiyasının manifestuni” meydana çıxardı.
Yeni meydana çıxan Kommunist partiyasının manifesti sümükləşmiş Avropa (Amerika o zamanlar Avropanın uzantısı idi) sisteminə qarşı çevrilmişdir.
Tarix təkrarlardan ibarətdir. Dünya dünyada güc mərkəzlərinin dəyişməsinin Şərq mərkziyyətçiliyin dən Avropasentrizmə və oradan da Amerikasentrizmə çevrilməsi ilə tanışdır. Hazırda baş verən proseslər sanki yaxın illəri dünyanın güc mərkəzinin dəyişəcəyi(Çinsentrizm-HS) və yeni dünyanı formalaşdıracağını demək olar. Siyasət xadimlərinin dünya coğrafiyası uzun illərdir ki, Qərb və Şərq olaraq təsnif edilir. Qərbdə və Şərqdə çox halda proqnozlaşdırılmasında səhvlərə yol verilmiş və köklü şəkildə dəyişən sosial iqtisadi dəyişiklər meydana gəlmişdir. Bunlara müvafiq olaraq Qərbdə və Şərqdə elmi, mədəni və digər tarazlıqları nəzərə aldıqda çox köklü dəyişiklər baş vermişdir. Son zamanlarda əsaslı şəkildə dəyişən “dünyanın sanki yeni bir “Manifestə “ ehtiyacı vardır” şəklində proqnozlaşdırmaq mümkündür.
Günümüzün communist Çini də bütün qitə Asiyanı dəyişdirəcək iqtisadi, siyasi və sosial reaksiyalar istehsal etmək üçün lazımi enerjiyə sahibdir…
Hazırkı dövrdə dünyanın aparıcı dövlətləri- əsas güc mərkəzləri və beynəlxalq təşkilatları da günyanın iqtisadi, siyasi, hərbi və diplomatik güc dəngəsində meydana gələn ciddi dəyişmələrin fərqindədirlər. 14 iyun 2021-ci ildə Brüsseldə NATO-nun 30 üzv ölkəsinin liderlərinin müasir dövrün çox mühüm missiyalı görüşünü keçiriblər. Orada açıq şəkildə “Müasir dövrün təhlükəsizliklə bağlı təhdidlərinə heç bir ölkə təkbaşına tab gətirə bilməz” şəklində bəyanat var
Bu, müasir dünyada mövcud olan təhdidlərdən açıq şəkildə xəbər vermirmi? Əslində NATO-nun sammitində “Avropa və ya Şimali Amerika tək deyil, NATO-nun daxilində hamımız birik” şəklində müasir dünyada mövcud olan əsas təhdidlərə qarşı mövcud olan birliyin bəyanatdır. Daha sonra sammitdə bildiririlir ki, bu gün birliyə bizim çox ehtiyacımız var. “Biz bir olanda təhlükəsizliyimizə qarşı hər cür təhdidin öhdəsindən gəlmək iqtidarındayıq.”
Orada xüsusi ilə “Rusiyanın təcavüzkar siyasəti” və “Çinin rəqabəti“ kimi məsələlər müzakirə edilmişdir. Bunlarla yanaşı müasir dünyada olan başqa təhdidlər də-terrorçuluqla mübarizə, kiber hücumlar və pozucu texnologiyalar, iqlim dəyişikliyinin təhlükəsizlik baxımından fəsadları kimi mövzular da müzakirə edilmişdir. Hətta məsələ NATO-nun Brüsseldəki sammitində də geniş müzakirə olunub. NATO-nun Brüsseldəki sammitində o qədər də açıqlanmadan müzakirəyə çıxarılan məsələ “Müasir dünyada Çin və Rusiyanın geosiyasi və geostrateji cəhətdən inkişafının əsas istiqamətləridir.” Dünyanın aparıcı siyasətçiərinin toplandığı beynəlxalq məclisdə “Çin və Rusiyanı geosiyasi və geostrateji cəhətdən izləmə qərarının çıxması heç də adi bir məsələ deyildir.”
NATO baş katibi tərəfindən zirvədə təqdim ediləcək yeni 2030-cu il NATO baxışı olduqca vacibdir və üzvlər bu mövzuda öz fikirlərini bildiriblər. 2030-cu il baxışına görə, qərarlarda veto hüquqlarının məhdudlaşdırılmasına(Türkiyə və Macarstan-HS) dair bəzi təkliflər vardır ki, bunlar da NATO-nun Amerika adminstrasiyasına tabe vəziyyətinə gətirə bilər.
Əfqanıstandakı xaos Orta Asiyaya sirayət edərsə, Rusiya bölgədən birdəfəlik çıxarılar, nəticə etibarilə həm supergüc kimi nüfuzunu, həm də Avrasiyaya nəzarəti itirə bilər. Son zamanlarda Rusiyanın və Amerikanın Əfqanstandan çəkilməsi Talibanın yenidən hakimiyyətə gəlməsi real vəziyyəti də, regionun inkişafı ilə əlaqədar proqnozları da çətinləşdirmişdir.
Rusiya Türkiyənin Orta Asiyadakı türk və müsəlman ölkələrində təsir gücünün, türklərə olan rəğbətin fərqindədir. Odur ki, Kreml təhlükəli və ozündən qat-qat güclü Çin və ABŞ-dansa,Türkiyəni üstün tutur, hətta bölgəni Ankarayla bölüşdürməyə belə razı olmasının mesajları da var. Şərqşünas Satanovski “Nezavisimaya” qəzetində Türkiyənin Orta Asiya strategiyası və Rusiyanın buradakı maraqlarını şərh edərkən yazır ki, Ankaranın bölgədə artan nüfuzu Rusiyaya yaxşı heç nə vəd etmir. O, iddia edir ki, beynəlxalq mərkəzlər tərəfindən “Rusiya üçün fəlakət ssenarisi” hazırlanır. Rusiya şərqşünası Satanovskiyə görə Türkiyə bölgədə güclənəcək…Bunun ən mühüm göstəricisi olan “Şuşa Müqaviləsi”ni unutmayın! Türkiyə artıq Xəzərə çıxıb, bu regionda onun hərbi bazaları yaranacaq. Bu, həm də NATO-nun bazaları deməkdir. Türkiyənin Orta Asiya məsələsində Rusiya, Çin və ABŞ arasındakı anlaşılmazlıqdan maksimum yayrarlanmağa çalışacağını söyləyən rus ekspertləri də vardır.
Rusiyanın “strateji nüvə çətiri” altında təhlükəsizliyə nail olmuş Çinin maliyyə-iqtisadi qüdrəti Ağ Evin sıxışdırılmasında önəmli rol oynaya bilər. Hər halda, belə bir ortaq güc mərkəzi ABŞ-ın şəriksiz dünya hegemonluğu planları qarşısında keçilməz səddə çevrilməyə də qadirdir. ABŞ-la qüvvələr nisbətini ən azından balanslaşdırmaq üçün Rusiyanın hərbi qüdrəti ilə Çinin maliyyə-iqtisadi gücünü vahid ittifaqda birləşdirmək indiki situasiyada yeganə çıxış yoludur. Çin ABŞ-ı həmin bölgədən çıxartmağa nail olarsa və bu resurslardan istifadə imkan qazanarsa, yaxın gələcəkdə bu ölkənin maliyyə-iqtisadi qüdrəti rəqabət edilməz səviyyəyə yüksələ bilər.Çin dünyaya “Kommunist partiyasının yeni manifestini” təqdim edir. Çin tərəfindən yaradılan bu yeni dünya ticarət atmosferi və iqlimi Qərb “quruluşunu”, xüsusən də ABŞ-ı yeni axtarışlara sövq edir. Bir sıra ekspertlər iddia edirlər ki, gələcəkdə Çinin sənaye və ticarət inqilabı Çini daha radikal bir Kommunist xəttinə aparacaq. Çin iqtisadi və sosial rifah səviyyəsinin yaratdığı xaosun və sosioloji, siyasi dağılmanın, yəni Çin tipli vəhşi liberalizmin Çini daha radikal marksist rejimə apara biləcək bütün dinamikaları bəslədiyi bəllidir. Ekspertlərə görə yeni dünya nizamında aparıcı dövlətlərin masasında bir müddət sonra ABŞ, İngiltərə və Çinin oturacağını da indidən ehtimal etmək mümkündür. Qərbin versiyası olan liberalizmin Qərbə qarşı işləyən beynəlxalq iqtisadi bir mexanizmə çevrilməsi qarşısında Çinlə ticarət müharibələrinin başladığı da bir həqiqətdir.
Qərb paktında bir fikir birliyinin olmaması NATO-nun Brüssel sammitinin yekun bəyannaməsində öz əksini tapıb. Bunun bütün göstəriciləri “Bir Kəmər Bir Yol” layihəsi və Çin, Rusiya və İranla mübarizə konsepsiyasının “dilində” daha aydın görünür. Şərqin qərbləşmə meyli və Qərbin şərqləşmə meyli bir müddət sonra sabitləşsə, bu, gözlənilməz bir sürpriz olacaq.
Əslində ekspertlərin qeyd etdikləri kimi Qərb dövlətlərinin xəyali “erməni soyqırımı” iddialarını məqsədli şəkildə qəbul etmələri də təsadüfi deyildir.
Onun Qərbdə geniş şəkildə qəbul edilməsi onun vasitəsi ilə Qafqazda sahə və müttəfiq qazanmaq rəqabəti kimi də qəbul edilə bilər.
Çin elmi-texniki inkişaf baxımından 2000-ci ildən etibarən Yaponiyanı üstələmiş, 2007-ci ildə ABŞ və Avropa ölkələri ilə eyni rəqabət edə biləcək gücə malik olmuşdur [
Şərqdə Çin, Yaponiya, Sinqapur Koreya və başqaları dünyanın iqtisadi mərkəzində artıq həlledici rol oynayırlar. Dünya güc mərkəzinin taleyi də bu gün mübahisəli məsələlərdən biridir. Tarix göstərəcək.

Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir