KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsənbala Sadıqov: Dağlıq Qarabağda status məsələsinin bayquş ariyası olmasına dair

Həsənbala Sadıqov: Dağlıq Qarabağda status məsələsinin bayquş ariyası olmasına dair

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
423 0

Bəzən belə bir deyim var ki, öz öldürdüyünün üstündə ağlayır. Bu deyim sanki Ermənistan rəhbərliyi üçün deyilib. Ermənistan tarixi əsası olmayan Qarabağ müharibəsində siyasi liderlərin günahı üzündən on minlərlə qurban vermişdir. Ermənistan hakimiyyətinin radikal mürtəce milli siyasəti 30 ildir ki, qan axıdır. Öldürdüklərinə bütün zamanlarda bayquş ariyası təşkil edirlər.
Çox maraqlıdır ki, Ermənistan rəhbərliyi qanlı siyasətlərini müxtəlif müstəvilrdə davam etdirirlər. Ermənistan bütün zamanlarda işğalçı siyasətini həyata keçirmək üçün “xristiyan həmrəyliyindən” istifadə edərək Fransa kimi tərəfdarlar tapır.
Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti il delimitasiya və demarkasiya sahəsində dialoqu sürətləndirmək Soçi və Brüsseldə baş tutan son görüşlərini növbəti il delimitasiya və demarkasiya sahəsində dialoqu sürətləndirmək baxımından yüksək qiymətləndirilir.
Hamı üçün o cümlədən də maraqlı olan sual ondan ibarətdir ki, Azərbaycan 2022-ci ilə hansı problemlərlə gedir? Azərbaycanın xarici siyasətinin gündəliyində yenə də ermənilərin siyasət deyib gətirdikləri problemlərdir. Mənası isə Azərbaycanın Böyük Qayıdış konsepsiyasına mane olmaqdır. Əslində Azərbaycanın xarici siyasətində yerli və regional problemlər vardır. Xarici siyasətlə maraqlananları ən çox maraqlandıran Azərbaycanda hansı məsələlər 2022-ci ildə öz həllini gözləyəcək?
Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəldi, Ermənistan liderinə alçaldıcı kapitülyasiya aktına imza etdirdi. İlk nəzərdə belə görünə bilər ki,, bu qədər uğurdan sonra Ermənistan tabe olacaqdır. Amma hərbi ekspertlər bəyan edirlər ki 2022-ci ildə də Azərbaycan-Ermənistan sərhədində mübahisələr aparıcı olacaqdır.
Azərbaycana yerli və ölkəyə birbaşa təsir edən regional problemləri gözdən keçirib. Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşməsi və 30 il müharibə şəraitində yaşamış iki dövlətin bir-birinin ərazisini tanıması bu 21-ci ildə öz həllini tapmadığından, müşahidəçilər bu məsələnin gələn 22-ci ildə aktual olacağını düşünürlər.
Xüsusi ilə Belçikada keçirilmiş təkbətək görüşdən sonra iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi istiqamətində böyük etimad mühiti yaranıb.
Siyasi ekspertlərə bundan sonrakı mərhələlərdə ATƏT-in Minsk qrupu önəmli rol oynamayacaqdır. Ermənistan və Azərbaycan arasında ziddiyyətli məqamlar iki ölkə liderləri arasında həll olunmalıdır,”
Delimitasiya və demarkasiya məsələsinin növbəti bir il ərzində həll ediləcəyinin inandırıcı olmadığını da vurğulayırlar. Bəzi yerli şərhçilər hesab edirlər ki, sərhədlərin müəyyənləşməsi iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması demək olacaq və bu da Azərbaycan-Ermənistan arasında sülh müqaviləsini bağlamağa imkan yaradacaq.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan 2019-cu ildə Vyanada görüşdülər. Azərbaycanla Ermənistan arasında ötən ilki müharibədən sonra Bakı və Yerevanda Dağlıq Qarabağın statusuna dair baxışlar əvvəlki kimi qütbləşmiş qalır. Ermənistan münaqişənin başa çatmadığını, statusun öz həllini gözlədiyini deyir. Güya Azərbaycan Qarabağda yaşayan erməniləri iqtisadi amillərlə – regionda açılan iş yerlərinə cəlb edərək öz tərəfinə çəkmək istəyir.

Bəzi ekspertlərə görə Azərbaycan və Ermənistan liderləri bir-birilə görüşə hazır olduğunu bəyan ediblər. Bəzi təsdiqlənməmiş məlumatlara görə, belə görüş ilin sonuna kimi baş tuta bilər.
Ermənilər bütün zamanlarda olduğu kimi əsassız olaraq iddia edirlər ki, Qarabağ ermənilərində hazırda Azərbaycan hökumətinə təhlükəsizlik baxımından inam yoxdur. Azərbaycan terrorçu qüvvələrə deyil, vətəndaşına konistüsiyanın verdiyi həyat şəraitini təqdim etməyə həmişə hazırdır. Status haqqında danışan erməni tərəfi bu məsələnin həm də təhlükəsizliklə bağlı olduğunu bildirir,
Kapitülyasiyadan sonra nə nəzəri, nə də praktiki olaraq Dağlıq Qarabağda “Status məsələsi” qətiyyən yoxdur və ola da bilməz. Ermənilər dünyada qəbul edildiyi kimi Azərbaycan vətəndaşı olmaqla konstitutsiya hüquqlarından istifadə edə bilərlər. Amma Azərbaycan vətəndaşı kimi “mədəni hüquqların qorunması istiqamətində addımlar atıla bilər. Azərbaycan Konstitusiyası bunu qadağan etmir”, – Erməni əhalisinin öz dilinin qorunması, inkişaf etdirməsi, erməni dilində tədrisin və təhsilin saxlanılması, mətbuatın buraxılması kimi hüquqları təmin olunması üçün Azərbaycan vətəndaşlığı əsasında ola bilər. “Bunların hamısı gələcəkdə mümkündür və Azərbaycan hökuməti bu hüquqların təminatından imtina etmir”.
Status çox ideal forma olaraq Azərbaycan vətəndaşlığı təqdim olunacaqdır Dağlıq Qarabağda yaşayan edrmənilərə və ya yaşamaq üçün ora qayıdanlara. Azərbaycan respublikasının prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?”
Professor Həsənbala Sadıqov
Azərbaycanın Əməkdar müəllimi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir