Esat yolcu Veliaht Prens Salman üç ay sonra Suud kralı mı?

Giorgi Lomsadze: In Georgia, has the EU overtaken the U.S.?

Полковник в отставке рассказал, как в СССР праздновали День Победы

Şengal’e çengel atıldı Sincar’a İkinci Kandil operasyonu başladı!

Həsənbala Sadıqov: BMT Azərbaycan Ermənistan münasibətindəki paradokslar, təhlükələr və ədalətlilik kontekstində

Gündem 12 Ağustos 2021
42
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Rəsmi məlumat: “Avqustun 11-i saat 16:20-dən 21:05-dək məğlub Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Göysu yaşayış məntəqələrində və Çəmbərək rayonu ərazisində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Qalakənd və Zamanlı yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan, o cümlədən snayper tüfənglərindən atəşə tutub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.”Bu məlumat dünyanın informasiya vasitlərində ildırım sürəti ilə yayılır. Gözləmək olardı ki, səlahiyyətli beynəlxalq təşkilatlar ədalətli reaksiya verib, günahkarı adı ilə çağıracaq. Lakin yenə də günahkar müəyyn edilmir, çağrı adı ilə “günahkara” və “təcavüzə məruz qalan” ortaq günahkar kimi müraciət edirlər.
Çox halda BMT-nin mobil beynəlxalq təşkilat olmaması haqqında mesajlar eşidilməkdədir. Siyasi şərhçilər heç də BMT-nin islahat edilməsinin və onun daha fəal, dünyada baş verən hadisələrə münasibət bildirməklə kifayətlənməyib onu günahına görə cəzalandıra bilən bir orqana çevrilməsini təklif edənlər haqlıdırlar. BMT dövlət deyildir, dövlətlərüstü beynəlxalq təşkilatdır. Onun sonsuz sayda xəbər kanalları vardır. Lakin buna baxmayaraq bu gün gə günahkarın ünvanını sanki düzgün göstərnəkdən qorxurlar.
12 avqust 2021-ci il tarixdə BMT “Azərbaycan və Ermənistana çağırış etdi”. Birinci bu çağrışdan başlamaq lazım gəlir. Nə üçün çağrış düz ünvanlanmamışdır? “Azərbaycan və Ermənistana”. BMT kimi dünyanın bütün kanalları ilə informasiya əldə edən səlahiyyətli beynəlxalq təşkilat necə ola bilər ki, günahkarın Ermənistan olduğunu bilmir? Çağrışda hər iki ölkənin adının keçməsi ilk olaraq onu bəyan edir ki, “hadisələrin meydana çıxmasında ortaqlıq vardır”.Bu, tarixən mövcud olan köhnəlmiş metodun yeni variantıdır. Bütün zamanlarda təcavüzə məruz qalan da təcəvüzkarla günahı bölüşdürüblər. Günahların bu şəkildə bölüşdürülməsi bəlkə də hər hansı siyasi xadimdən gəlmiş olsa idi bəlkə də “imkanı buna çatır” deyib bağışlamaq olardı. BMT Azərbaycan və Ermənistana çağrı ilə əlaqədar bildirir: “BMT-nin ərazidə (Qarabağda-red) monitorinq missiyası yoxdur. Bu, BMT-nin həmin bölgə ilə əlaqədar dəqiq məlumatının olmaması demək deyildir. BMT-nin fərqli təşkilatlarının istənilən bölgədə və ya onun ətrafında, yaxınlarında monitorinq missiyası var . Onlardan dəqiq məlumat alıb Ermənistanın günahkar olduğunu müəyyənləşdirər və ona bir başa çağrış edərsə bu BMT-nin dünyəvi ədalətin mərkəzi olması missiyasını yerinə yetirmiş olar. Qarabağda hadisələr təzə deyil, 30 il bundan əvvəl başlamışdır. Azərbaycan Ermənistan Dağlıq Qarabağ münasibətlərində tərəflər də, qüvvələr də, hamilər də, dostlar da düşmənlər də dəqiq bəllidir.
BMT çağrıda çox düzgün olaraq bir sıra vacib məsələlərdə narahat olduğunu bildirir. Birincisi, çox vacib məsələ olan bütün tərəfləri mülki vətəndaşların təhlükəsizliyinin təmin olunmasına çağırır. Əslində “azad olunmuş” ərazilərdəki “mülki vətəndaşlar” ifadəsinin də dəqiqləşdiriliməsinə ciddi ehtiyac vardır. Azərbaycanın qalibiyyətli Vətən müharibəsindən və Ermənistanın kapitülyasiyasından 10 ay vaxt keçməsinə baxmayaraq Azərbaycanın mülki vətəndaşları məğlub tərəfin hələ də davam edən cinayəti ucbatından tarixi ata-baba yerllərinə qayıda bilməmişdir. Bir neçə nəfər Ermənistanın “mina qadağanlarından” bəlkə qurtuldum deyib getmişdir ki, günahkarlar ortada olmadığı halda partlayışlarda məhv oldular.
İkinci məsələ çox vacib və mühüm məsələdir. Azərbaycan Qalib Vətən müharibəsindən sonra Rusiyanın vasitəçiliyi və iştirakı ilə bir sıra əsaslı müqavilələr imzalamışlar. 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il müqavilələri BMT-nin çağrışında qeyd edildiyi kimi “razılaşdırılmış müqavilələr” hesab edilə bilər. Azərbaycan respublikası qalib tərəfdir. Qalib tərəf olan Azərbaycan nə üçün müqaviləni pozmalıdır? Müqaviləni pozan da Ermənistan tərəfidir. Yenə irəlidə qeyd etdiyim kimi BMT kimi böyük imkanları olan təşkilatın “günahkarı” və “günahsızı” müəyyən etməsi həqiqi istək olarsa çətin deyildir. Ona görə də BMT-nin fəaliyyəti dünyanın bütün regionlarında dünyavi ədalətə ximət edərsə çox müqəddəsdir.
Sakitliyi təmin etmək üçün bu günə qədər razılaşdırılmış müqavilələrə hörmət etməyə çağırırıq” bildirir.
Lakin bir sıra hallarda bu beynəlxalq təşkilatın nümayəndələri günahkarı dəqiq müəyyən etsələr də yenə də bərabərliyi pozmaq istəmirlər. Lakin çağrıda hər iki tərəfə müraciət edirlər. . Bunu BMT-nin sözçüsü Stefan Dujarrik mətbuat konfransında bildiririb. “Report”un ABŞ nümayəndəsi Ermənistanın Azərbaycanla sərhəddin Naxçıvan Muxtar Respublikasından keçən hissəsində atəşkəs rejiminə riayət etməməsini soruşub. Atəşkəsi müxtəlif istiqamətlərdə pozmasına beynəlxalq təşkilatın səssiz qalması ilə bağlı sualını cavablandırarkən bildirib. BMT sözçüsü “tərəfləri razılaşdırılmış müqavilələrin şərtlərinə riayət eməyə” çağırıb.
Azərbaycan rəsmiləri, müxtəlif təşkilatları mütəmadi olaraq Ermənistanı sülh quruculuğu prosesinə xələl gətirən əməllərdən çəkinməyə çağırır. Son zamanlarda Ermənistanın Azərbaycanla imzalanan müqavələ ilə əlaqədar yaranan -sülh quruculuğu prosesinə xələl gətirən əməllərdən çəkinməyə çağrılmışdır. 44 günlük qalibiyyətli Vətən müharibəsinin ən mühüm nəticəsi ondan ibarət olmuşdur ki, 30 il Ermənistanın işğalı altında olan tarixi torpaqlarımız azad olunmuşdur. “2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Qərb rayonlarını birləşdirəcək yeni kommunikasiya xətlərinin inşasının nəzərdə tutulurdu. Bununla əlaqədar Zəngəzur dəhlizinin açılması zərurətinin yaranmasına baxmayaraq, Ermənistan tərəfi müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. Bu isə regionda sülhün təmin olunmasına təhlükədir.
Azərbaycan hər dəfə müxtəlif vasitələrlə Ermənistanı sülh quruculuğu prosesinə xələl gətirən bu cür əməllərdən çəkinməyə çağırır. Burada ən mühüm tələb dövlətlərarası qonşuluq münasibətlərinin konstruktiv şəkildə qurulmasına xidmət edən tolerant mövqe nümayiş etdirməkdir. Hər dəfə Ermənistanı insan hüquqlarının pozulmasına səbəb olan hərəkətlərə son qoymağa çağırırıq”.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan

Yorumlar