12 aprel 2021 Hərbi qənimətlər parkı (War Trophies Park) yaradıldı. Bu ideyaya qarşı çıxanlar faktiki olaraq Azərbaycan Respublikasının qabiliyyətli 27 sentyabr 2020-ci ildə baçlayıb 44 günlük Vətən müharibəsindəki qələbəsinə hansı vasitə və forma ilə olursa olsun kölgə salmağa çalışırlar. Dağıdıcı ünsürlərin Azərbaycanın zəfərini, Ermənistanın kapitulyasiyasını qəbul etməmələrinin onların yaşadıqları yarımçıqlıq sindromundan irəli gəldiyini deyənlər heç də yanılmırlar. Çox halda Bakıda Hərbi qənimətlər parkının açılmasına çox narahatedici faktor olaraq təqdim etməyə çalışırlar. Bakıda dünyanın vandal olaraq tanıdığı ermənilər üzərində qələbə qazanıb, onu kapitulyasiyaya məcbur etdikdən sonra qalib ölkənin paytaxtında Hərbi qənimətlər parkının açılmasında heç bir qeyri adilik yoxdur. Parkda Vətən müharibəsindəki müdafiə sisteminin maketi var. 150 ağır texnika sərgilənir. Sərgilənən kaskalar erməni əsgərlərinin meydanda atıb qaçdıqlarıdır. Ermənilərin 2000-dən artıq hərbi avtomobilləri döyüş meydanında qənimət olaraq ələ keçirilmiş və girişdəki böyük stenddə nörələri göstərilir.
Müharibə qan, ölüm və dağıntı deməkdir. Xalqımıza qarşı 30 il müddətində baş verənləri təhqir hesab etməyənlər-kölgəşünaslar və inkarçılar Bakıda hərbi qənimətlərdən park salınmasını təhqir adlandırırlar” Bizim qadınlarımıza, uşaqlarımıza qarşı olunanları təhqir hesab etməyənlər Ermənistan üzərində parlaq qələbəmiz zamanı götürdüyümüz hərbi qənimətlərdən park salmağımızı təhqir adlandırırlar. Bu park, əlbəttə ki, gələcək nəsillərin vətənpərvərlik ruhunda böyüməsi istiqamətində, qələbəyə aparan yolu, ümumilikdə, Vətən müharibəsində əldə edilən uğurun tarixini öyrənmək baxımından olduqca əhəmiyyətlidir.
Azərbaycan 30 ilə yaxın qanunsuz işğal altında saxlanılan ərazilərini beynəlxalq hüququn ona verdiyi haqla azad edib. Paytaxt Bakı şəhərində Hərbi Qənimətlər Parkının açılışı və burada 44 günlük Vətən müharibəsi zamanı Ermənistandan qənimət götürülmüş və məhv edilmiş texnikanın nümayiş etdirilməsi ilə bağlı Ermənistan XİN-in isteriyası bu ölkənin Azərbaycana qarşı qarayaxma cəhdlərinin heç bir hüdudunun olmadığını göstərir. Tarixi, mədəni, dini irsimizi yerlə yeksan edən, təbii ehtiyatlarımızı talan edən, bir milyon insanın fundamental hüququnu pozaraq 30 il ərzində mülkiyyətini mənimsəyən bir ölkənin talançılıqdan danışması heç bir çərçivəyə sığmır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsahibəsində bu əsələyə toxunaraq qeyd edirdi:” Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür.”
44 günlük Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu xalqımızın birliyi, cənab Prezidentin düzgün qurduğu strategiya ilə Ermənistan ordusunu darmadağın etdi. Bu, Azərbaycan tarixinin parlaq qələbəsidir. Eyni zamanda, Vətən müharibəsi zamanı bizim igid əsgər və zabitlərimizin gücü qarşısında Ermənistan ordusu öz hərbi texnika və digər hərbi sursatlarını döyüş meydanında qoyaraq qaçdı. «Erməni ordusuna çox böyük zərər vuruldu, 200-dən çox tank, 2 “S-300” hava hücumuna qarşı qurğu, bir çox başqa texnika məhv edildi, 33 tank və digər texnika qənimət kimi götürüldü.”
Müharibələr tarixi göstərir ki, qalib tərəf həm də düşmənin müharibədə ona qarşı istifadə etdiyi texnikanı da döyüş meydanından qənimət olaraq götürür. Qalib dövlətin qazanılmış qələbəni əbədiləşdirmək üçün, faciənin unudulmaması üçün cəbhədə əldə etdiyi qənimətləri müstəsna olaraq sərgiləmək hüququ vardır. Eybaxtaranlar və ya kölgəşünaslar ağıllarının çoxluğundan “hər şeydə bir şey tapırlar.” Güya kaskaların sərgilənməsi əxlaqi deyil. Mumdan əsgər füqurlarının hazırlanmasını “qəbul edə bilmirlər.” 30 il əzəli torpaqlarımız işğal altında inləyəndə, Ana vətəni köməyə çağıranların susması əxlaqi idimi, qəbul edilən idimi?
Azərbaycan tərəfindən qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində qənimət olaraq Ermənistandan alınan texnika, silanh və başqa hərbi ləvazimatlar sərgilənir. Ermənistanın, o cümlədən xarici mətbuat Vətən müharibəsində Azərbaycana qarşı olan qüvvələri heç bir əsas olmadan şox fərqli şəkildə adlandırırdılar. Güya Vətən müharibəsində Azərbaycana qarşı Ermənistan respublikasının ordusu ilə birlikdə başqa qüvvələr də var imiş. Onların başqa qüvvə dedikləri – xəyali Arsax Müdafiə Ordusu idi. Əslində terrorçu qruplar istisna edilərsə Azərbaycana qarşı Arsax Müdafiə ordusu heç bir əməliyyat keşirməmiş və ya əməliyyatlarda iştirak etməmişdir.Ona görə də 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistan respublikasının hərbi birliklərinə qarşı mübarizə aparmış və onu məğlub etmişdir. Qənimətlər də qələbə nəticəsində əldə edilmişdir.
Bakıda Qənimət Parkında Ermənistan ordusuna qarşı mübarizədə əldə edilmiş qənimətlər sərgilənir. Orada qənimət alınan texnika geniş nümayiş edilir. Qənimət parkında eksponatlar sırasında döyüşlərdə ölmüş və onların meydanlarda qalmış erməni əsgərlərinin dəbilqələri nümayiş etdirilir. Bundan başqa düşmən haqqında təsəvvür yaratmaq üçün sərgidə əsgərlərin mumdan mankenlərini də yaratmışlar. Mankenlərin yaradılmasına Ermənistan tərəfi təxribat vasitəsi və təşviqat vasitəsi olaraq baxır. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə qarşı sosial şəbəkələrdə qaralama kampaniyaları aparmağa cəhd göstərmələrinin ikrah doğurduğunu da qeyd etmək lazımdır.
Hətta Ermənistanın ombudismanı bu hadisəni “faşizmin açıq təzahürü“ adlandırır. Tarixin ən böyük yalanlarından biri bu olmalıdır ki, erməni faşistləri əks tərəfdə “faşizmin təzahürlərini “axtaraırlar. Dünyanın şahid olduğu vandalizmindən utanmayan və yüz minlərlə azərbaycanlıları qətl edən ermənilər utanmadan, özlərinə və dünyaya hesabat vermədən Beynəlxalq miqyasda Azərbaycanın müharibədə ölən ermənilərin ruhunun alçaldılmasını iddia edirlər. Əslində cəbhədə ölən və neçə günlıərlə döyüş meydanında qalan, qurda quşq yem olan əsgərləri alçaldan Ermənistan höküməti, onun səlahiyyətliləridir.
Ölmüş əsgərləri özüboşaldan yük maşınlarına doldururb daşımaq ölənləri ən yüksək dərəcədə təhqir etmək deyil? Onu biz etmiş olsaydıq dünyada barbarlıq aktı olaraq qəbul edilərdi. Bəs Ermənistan üçün sahib olduğu, genetikləşmiş “barbarlıq aktı” dünya tərəfindən nə üçün qəbul edilib cəzalandırılmayıb. Ermənistanın barbarlıq aktının “lisenziyası” 30 il işğalda qalmış Qarabağın hər yerində “sərgilənib.” Dünya baxır və üzünü çevirib gedirlər. Bəlkə də bir şoxları “kaş bu əməlləri əks tərəf etmiş olaydı.” deyirlər də.
Azərbaycan respublikasının qələbəsini paradlar, qənimət parkları formasında qeyd etməsinin heç bir hüquqa zidd cəhəti yoxdur. Azərbaycan rəhbərliyi, səlahiyyətlilər bildirirlər ki, “dünyanın bir çox ölkəsindəki hərbi muzeylərdə bu təcrübə mövcuddur.”Müasir dünyada ən çox Fransa ermənidən çox ermənidir. Çox maraqlıdır ki, ermənilər haqq etdikləri, hətta az olan ağrıları Fransa prezidenti Makronun qəlbindən keçir və o dəqiqədə görünür ağlın azlığı ucbatından dövlətlərarası diplomatiyanın əlifbasını unudaraq ağa nümayişkarənə şəkildə qara deyir. Minsk qrupunda həmsədr ölkələrdən birinin prezidenti olan Makron bu günlərdə yenə də özünü gülünc vəziyyətdə qoyub. Minsk qrupu 30 ildir ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması yollarını axtarır.
Hadisələr və nəticə belə bir fikir söyləməyə əsas verir ki, Minsk qrupu Azərbaycan torpaqlarının işğaldan azad olunması yolunu deyil, işğalın əbədiləşdirilməsi yolunu axtarırmışlar. Minsk qrupunda həmsədr ölkənin prezidenti nə deyir?:”Azərbaycan işğal etmiş olduğu Ermənistan torpaqlarını geri qaytarmalıdır.” Fransanın prezidenti hansı amilin-amillər çoxdur təsiri altında beynəlxalq hüququ tapdalayır. Qələbə münasibəti ilə Azərbaycanı təbrik etmək diplomatik etikasına belə sahib deyil. Yaddaşı o qədər silinib ki, hətta Parisdəki əzəmətli hərbi qənimətlər muzeyini də yaddan çıxarıb. Fransada Qənimət muzeyi mədəni, inqilabi Fransaya qətiyyən baş ucalığı gətirmir. Bizim mumdan olan bir neçə maketimizdən fərqli olaraq dünyaya mədəniyyət dərsi demək istəyən Fransa 15 min Əlcəzairlinin kəllə sümüklərini sərgiləyir. Buna xalq arasında çox sanballı deyim var. Ayıbına kor olmaq.
Ermənistan tərəfindən satın alınmış bir neçə jurnalist Bakıdakı qənimət parkını əsassız olaraq “barbarlıq aktı səviyyəsində qiymətləndirəyə çalışırlar.”Ermənistandan qənimət götürülmüş və məhv edilmiş texnikanın nümayiş etdirilməsi ilə bağlı Ermənistan XİN-in isteriyası bu ölkənin Azərbaycana qarşı qarayaxma cəhdlərinin heç bir hüdudunun olmadığını göstərir.
Azərbaycan 30 ilə yaxın işğalçı, vandal və beynəlxalq hüquqa hörmət etməyən Ermənistan tərəfindən heç bir əsas olmadan qanunsuz işğal altında saxlanılan ərazilərini beynəlxalq hüququn ona verdiyi haqqla azad edib, Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsi xalq-hakimiyyət birliyi bir daha təsdiq etdi. Azərbaycan oğullarının qanı və canı bahasına 30 ildən sonra və leqal vasitələrlə Azərbaycan ərazi bütövlüyünü təmin edib. Əlbəttə, dünya təcrübəsində də geniş şəkildə qəbul olunduğu kimi, bu şanlı Zəfərin paradlar, parklar, muzeylər və digər vasitələrlə əbədi yaşadılması bizim mənəvi haqqımızdır.
Parkda müharibə iştirakçısı olan erməni hərbçilərinin manikenlərinin sərgilənməsinə gəldikdə isə, dünyanın bir çox ölkələrində hərbi muzeylərdə manikenlərin sərgilənməsi təcrübəsi mövcuddur. Bu Parkın və burada sərgilənən kompozisiyaların verdiyi ismarış birmənalıdır: dövlətə qarşı həyata keçirilən təcavüz siyasəti və qanunsuz işğal üzərində çalınan böyük Qələbə beynəlxalq hüququn təntənəsidir.
Qeyd olunanlar bir daha radikalların, inkarçıların və kölgəşünasların dövlət, xalq maraqlarına düşmən kəsildiyini ortaya qoyur, ölkəmizə qarşı aparılan yalan, böhtan kampaniyalarında yer aldıqlarını təsdiqləyir. Belələri unudurlar ki, dövlətə, xalqa qarşı edilən xəyanətlər heç bir zaman bağışlanmır”. Faşist cəlladı Qaregin Njdeyə Yerevanda heykəl ucaldan, birinci Qarabağ müharibəsi zamanı əli azərbaycanlıların qanına bulaşan beynəlxalq terrorçu Monte Melkonyanı qəhrəmanlaşdıran, terrorçu Soqomon Teyliryana ayaqları altında kəsilmiş insan başı ilə abidə ucaldan bir ölkənin insana nifrətdən danışmağa heç bir haqqı yoxdur.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar Müəllimi
Kaska və mankenlər narazılıq mənbəyi olaraq təqdim edilməyə çalışılır.26.05.2021
1