Kazakistan, Türk Dünyasının Baba Ocağıdır

Mısır ile Yunanistan arasında imzalanan anlaşma Türkiye için yok hükmündedir

İran Yolculuğum

Rus milletvekili: Uçağımızın düşürülmesinin arkasında ABD olabilir

Həsənbala Sadıqov: Azad olunmuş torpaqlarda antiterror əməliyyatı gecikmirmi?

Gündem 16 Ağustos 2021
44
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

10 aydan artıqdır ki, 30 il Ermənistan işğalında qalan tarixi Azərbaycan torpaqları 44 günlük qalibiyyətli Vətən müharibəsindəki zəfərlə azad edilmişdir. 10 noyabr 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan Ermənistan və Rusiya üçtərəfli müqavilə imzalandı. Ermənistan üçün kapitülyasiya olan müqavilədə Azərbaycan torpaqlarının azad edilməsindən postmünaqişə dövründə həyata keçiriləcək tədbirlər müqavilə imzalayan tərəflər üçün öhdəlik olaraq müəyyən edilmişdir. Üçtərəfli müqavilə ilə Rusiyanın sülhməramlılar sisteminin yaranması təsadüfi hadisə deyildir. Bu onunla əlaqədardır ki, Rusiya üçtərəfli bəyanatın icrasına zəmanət verən ölkədir.

Müharibədən sonra Qarabağa gələn Rusiya sülhməramlılarının gündə bir xəritə cızaraq dövriyyəyə buraxması, erməniləri Qarabağa daşıması, Ermənistan rəsmilərinin Qarabağ səfərini şərait yaratması kimi yeni hallar isə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan müəyyən etimad limitini əsaslı şəkildə sarsıdır.
Azad olunmuş tarixi Azərbaycan torpaqlarının tarixində yeni bir dövr başladı. İlk vaxtlar tərəflər bu fikirdə idilər ki, kapitülyasiyaya imza atan Ermənistan rəhbərliyi üçtərəfli müqavilənin tələblərini bir-bir yerinə yetirəcəkdir. Vəzifələr çox və əhatəlidir. Postmünaqişə dövründə Azərbaycanın dünyaya bəyan etdiyi bundan ibarətdir ki, Dağlıq Qarabağ statyusu sona çatmışdır. Heç bir qurum yoxdur. Qarabağ Azərbaycanın tarixi torpaqlarındandır. Tezliklə azad edilmiş torpaqlar Ümumazərbaycan inzibati sisteminə qoşulacaqdır. Azad olunmuş torpaqlara Böyük qayıdışın yol xəritəsi müəyyən edilmişdir. Lakin Ermənistanın azad etməyə məcbur olduğu Azərbaycan torpaqları minalanmış, dagıdılmış və xarabalığa çevrilmiş bir ərazidir. Amma bəzi məsələlər var ki, hələ də açıqdır.
Rusiya sülhməramlılarının Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan təlimlər keçirməsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub: “Hazırda Qarabağda üçtərəfli bəyannaməyə zidd olaraq silhahlı, qanunsuz erməni silahlı birləşmələri fəaliyyət göstərir. Burada onların əsas planı Azərbaycana qarşı terror və təxribat həyata keçirməkdir. Son Hadrut terror təxribatları buna sübutdur. Və bu təxribatlarda Azərbaycan əsir götürülən silhahlı erməniləri haqlı olaraq terrorçu kimi mühakimə edir. Bu, beynəlxalq hüquq çərçivəsinə uyğundur.
Rusiya antiterror təlimlərdə maraqlıdırsa, ilk növbədə burada silahlı erməni birləşmələrinə qarşı və onların buradan çıxarılması üçün antiterror təlimi keçirilməlidir. Əgər silahlı erməni birləşmələrini çıxarsalar regionda sülhün və təhlükəsizliyin təminatı kimi çıxış edə bilərdilər.
“CNN Türk” kanalına müsahibəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bildirib ki, Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir: “Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın”. Azərbaycan imzaladığı sənəddə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinə sadiqlik göstərməklə digər tərəfləri də buna çağırdı.

Son zamanlarda azad edilmiş ərazilərdəki prosesi diqqətlə izlədikdə məlum olur ki, məkrli qüvvələr sanki Ermənistan vasitəsilə yenidən regionda xaos yaratmaq, yeni təcavüzə rəvac vermək istəyirlər. 44 günlük müharibənin ağır məğlubiyyətindən özünə gələ bilməyən düşməni hansı vasitələrlə olursa olsun müqavimət göstərməyə şirnikləndirirlər.
Azərbaycan-Ermənistan münasibətlərində kapitülyasiya aktına imza atan erməni tərəfini xəyali iddialara inandırmağa çalışırlar ki, “Qarabağ problemi həll olmamışdır.” Xarici havadarları Ermənistanı bu tezisə inandırması onunla əlaqədardır ki, erməni cəmiyyətində reallığa deyil, nağıla inanan revanşistlər çoxdur. Əslində bu siyasətsizliyin bir adı var ki, 44 günlük Vətən müharibəsindəki qələbə ilə tamam hərbi və iqtisadi cəhətdən darmadağın edilmiş Ermənistanı Azərbaycanla yeni bir savaşa sürükləmək istəyirlər.
Bunun ən mühüm göstəricisi son zamanlarda Ermənistanda artan azərbaycanafobiya meyilləri və müharibə ritorikası ilə bağlı oldu. Kapitülyasiya aktına imza atmasına baxmayaraq analoqu olmyan bir şəkildə yenidən ölkəyə rəhbərlik etmək üçün seçilən Nikol Paşinyana isə dərs olmadı kimi görünür. Bununla bağlı İlham Əliyevin müsahibəsində “Müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, “məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır” fikirləri mənzərəni açıq şəkildə izah etdi. Bəli, bu proses bir daha təsdiq etdi ki, erməni əhali Qarabağın onlara aid olmadığı ilə barışıb, bir daha müharibə etmək istəyində deyillər.
Prezident İlham Əliyevin bu günlərdə “CNN türk”ə müsahibəsi bu baxımdan regionda baş verən son prosesləri təhlil etmək nöqteyi nəzərdən olduqca böyük əhəmiyyətə malik oldu. Lakin sərhəddə və sülh məramlıların nəzarətində olan ərazilərdə son aylarda baş verən hadisələr bunun tam əksini göstərir.
Paşinyan tərəddüdlü və çox da asand müəyyən edilməyəcək naşı siyasətçidir. 2018-ci ildə Paşinyan Ermənistanda siyasi hakimiyyətə gəldikdən sonra bir ayağı Qərbdə, bir ayağı Rusiyada fəaliyyət göstərməyə başladı. Amma deyilənlər yalan deyildir ki, “Paşinyanın ürəyi Qərbdə, ayağı Rusiyadadır.” Yəni nəticə bundan ibarət oldu ki, 2018-ci ilə qədər Rusiyanın forpostu olub, bir əyaləti kimi idarə olunan Ermənistan “Qərbin adamı olduğunu verdiyi qərarlarla təsdiq etməyə başladı.” Etiraf etməliyik ki, 44 günlük qalibiyyətli Vətən müharibəsi bir neçə gün də davam etsəydi Ermənistanın bir dövlət olaraq xəritədən silinməsinə hərbi və iqtisadi imkan var idi. Ermənistan müqavimət qabiliyyətini tamamilə itirmişdir. Belə bir vəziyyətdə Rusiyanın ayağına yıxılıb vasitəçi olmasını xahiş etdi. Rusiya vasitəçilik edib məğlub edilmiş Ermənistanın tamam ilə məhv etməkdən qorudu.
Ermnistanın Rusiyaya ədalət naminə qeyd etmək lazımdır ki, bir minnətdarlıq borcu var idi. Amma Ermənistan həmişə olduğu kimi “ermənisayaq minnətdarlıq” etdilər. “44 günlük müharibədəki məğlubiyyətə görə dolayısı ilə müxtəlif tribunalardan Paşinyan “Moskvanı günahkar elan etməyə başladı.” Son zamanlar Qərblə Ermənistan münasibətləri, Avropa İttifaqının İrəvana 2,6 milyard dollar ayırması Rusiyanın Ermənistanı itirmək təhlükəsi ilə üz-üzə qalmaq qorxusunu artırdı.
Üçtərəfli müqavilənin ən mühüm maddələrindən biri Rusiya sülhməramlılarının azad olunmuş tarixi Azərbaycan torpaqlarına yerəşdirilməsidir. Lakin Rusiya sülhməramlılarının bu gün əgər “fəaliyyəti” demək mümkünsə çox təzadlıdır. Siyasi şərhçilər sülhməramlıların sözügedən sənədlərə zidd davranışları-erməni silahlılarını himayə etməsi, nəzarətində olan əraziyə qeydsiz və qeyri müəyyən yüklərin soxulmasını Moskvanın Ermənistanı Qərbə bağışlamamaq üçün ikili oyununun reallaşması olaraq görürlər. Azərbaycana bir təzyiq vasitəsi kimi də adlandıranlar da vardır. Bununla da Rusiyanın azad olunmuş torpaqlarda olan sülhməramlılarının fəaliyyəti ilə o qədər də asand proqnozlaşmayan siyasət yerinə yetirir.
Digər tərəfdən Rusiya bacarsa başqa beynəlxalq güclərin də regiona daxil olmasına imkan vermək fikrində deyildir. Bir sıra şərhçilər iddia edirlər ki, Azərbaycanla əlaqədar Rusiyanın mesajı bundan ibarətdir ki, “mənimlə hesablaşmalısan.” Azərbaycanafobiyanı Ermənistanda artırmaqla iki dövləti üz-üzə qoymağa çalışan Rusiya bununla regiondakı hegemonluğunu qorumağa çalışır.
Lakin Ermənistanın silahlandırılmasından doğan təhlükə və sülhməramlıların fəaliyyəti rəsmi Bakı üçün narahatlıq doğurmaya bilməz. Prezident İlham Əliyev “CNN türk”ə müsahibəsində bu məqamı xüsusilə qeyd etdi: “Gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Müharibə başa çatıb. Ermənistan ordusu tamamilə darmadağın edilib. Yəni erməni xalqı da bu vəziyyətlə barışıb”.

İlham Əliyev müsahibəsində “Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir” deməklə rəsmi Moskvaya qırmızı çizgini keçməyi durdurmağa çağırış edib.” Ancaq Prezident İlham Əliyev də yaxşı bilir ki, Kremlin Ermənistanı silahlandırmadan vaz keçəcəyini düşünmək sadəlövhlük olardı.

Rusiya Ermənistanı məhz ona görə silahlandırmaqda davam edəcək ki, bu ölkə Azərbaycan qarşısında tam gücsüz vəziyyətə düşməsin. Digər bir məsələ də Rusiya münaqişə vəziyyəti yaratmaqla regionda lider güc mərkəzi kimi mövcudluğunu toxunulmaz saxlamağa çalışır.

Bundan sonra da vəziyyət dəyişməyəcək və hərbi üstünlük yenə Azərbaycanın tərəfində olacaq. Azərbaycanın artan hərbi büdcəsi və aldığı modern silahlar da bundan xəbər verir. Bölgənin yenidən silahlandırılması prosesinə biz təşəbbüskar olmamışıq və deyilik. Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirdik. Sadəcə, hesab edirik ki, artıq müharibə bitdi, buna ehtiyac yoxdur.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müsahibəsində əsaslı toxunduğu və təhlil etdiyi məsələlərdən biri üçlü müqavilə ilə azad olunmuş bölgəyə sülhməramlıların yerləşdirilməsi və onların fəaliyyətinin müqaviləyə uyğunsuzluğudur. Amma, Rusiya tərəfi vəziyyəti mürəkkəbləşdirir, sülhməramlı kimi deyil, birtərəfli olaraq ermənilərin müdafiəsini həyata keçirir. “Antiterror” adı ilə keçirilən təlimlərin əsas məqsədi burdakı hərbi kontingentin döyüş hazırlığını inkişaf etdirməkdir.
İlham Əliyev “Biz qabaqlayıcı tədbirlər görəcəyik”, “erməni faşizmi baş qaldırmağa cəhd edərsə, biz onun başını bir daha əzəcəyik”, və “yeni hədəfimiz qələbəni və zəfəri möhkəmləndirməkdir”.

Siyasi şərhçilər Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini ləngitməsini Azərbaycanın üç şərti qəbul etməməsi ilə bağlayırlar.:Bunlardan birincisi, Rusiya sülhməramlılarının Azərbaycan ərazisində müvəqqəti deyil, müddətsiz olaraq qalmasına razılıq verməsidir. İkincisi, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmasıdır. Üçüncüsü, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulmasıdır.

Sülhməramlıların nəzarət sahəsində düşmən təxribatlara ara vermir, Ermənistan müharibə hazırlığı görməkdə davam edir. Hazırkı vəziyyət bir daha təsdiq edir ki, səbəbin nə olmasından asılı olmayaraq sülhməramlılar qarşılarına qoyulan vəzifələri yerinə yetirə bilmir. Bütün bunlar Azərbaycanın süveren respublika olaraq 30 illik işğaldan azad olan bölgədə qeyri-qanuni erməni silahlılarına qarşı anti-terror əməliyyatlarına başlamağa hüqüqi və faktiki əsas verir. Sülhməramlılar müqavilə ilə yerinə yetirməli olduğu vəzifələri icra edə bilmir. Erməni silalıları Ermənistandan idarə olunaraq faciələr və dağıntılar yaradır. Rusiya-Ermənistan tandemi 10 noyabr bəyanatına zidd olaraq, erməni hərbi ünsürlərini Azərbaycanın ərazisindən çıxarmır, əksinə yenilərini gətirir. Bu da Azərbaycanın yaxın zamanlarda antiterror əməliyyatına başlamasını zərurətə çevirəcəkdir.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının əməkdar müəllimi
Azərbaycan

Yorumlar