KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Həsənbala Sadıqov: Azərbaycan və Ermənistanın beynəlxalq öhdəliklərə münasibət məsələsinə dair

Həsənbala Sadıqov: Azərbaycan və Ermənistanın beynəlxalq öhdəliklərə münasibət məsələsinə dair

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
47 0

Artıq şöhrətli beynəlxalq ekspertlər, hətta dövlət başçıları da etiraf edirlər ki, Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasındadır Azrbaycan dövlət olaraq beynəlxalq müqavilələrlə əlaqədar bütün öhdəlikləri kəsrsiz yerinə yetirir.
Azərbaycandan fərqli olaraq Ermənistan beynəlxalq təkilatların qərarlarına əməl etməyir. Bunun ən bariz nümunəsi BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının azad edilməsi haqqında 4 qətnaməsidir.
Ermənistan yerinə yetirmədiyi üçün Azərbaycan ərazi bütövlüyünü 44 günlük Vətən müharibəsi ilə yerinə yetirdi-azad etdi. Minaların istehsalı, onlardan istifadə dünyada yasaqdır. Ottava konvensiyası bunu-minaların istehsalını qadağan edir. Amma ötən 28 il ərzində Ermənistan işğlada saxladığı Azərbaycan ərazilərini tamamilə minalayıb.
Biz böyük bir cöğrafiyanı hay işğalçılardan azad etsək də minalardan azad edə bilməmişik. Azərbaycan ötən il Vətən Müharibəsində əldə etdiyi möhtəşəm zəfərdən sonra mina partlamaları nəticəsində 30-a yaxın qardaşımız şəhid olub, 100-dən çox insan yaralanıb.
Ekspertlər qeyd edirlər ki, Ermənistanın Azərbaycanın azad edilmiş torpaqlarındakı minaların mina xəritələrini verməməsi həm nəzəri, həm də praktiki olaraq müharibə cinayətidir. Qarşı tərəf buna görə beynəlxalq cinayət məhkəməsində cavab verməli olacaq, cavab verməlidir. Azərbaycan Qarabağda atəşkəsə dair üçtərəfli 10 noyabr sazişindən sonra xəritələrin verilməsi ilə bağlı Avropa İnsan Haqqları Məhkəməsinə, bütün beynəlxalq qurumlara müraciət edib Əgər Ermənistan imzaladığı razılaşmaya sadiqdirsə, xəritləri tez bir zamanda kəsrsiz verməli və azad olunmuş ərazilərdə terror fəaliyyətlərinə son qoymalıdır”.
Ermənistanın mina xəritələri ilə saxtakarlığı adi hadisə deyildir. Ermənistan müqavilələrlə götürdüyü çox sayda öhdəlikləri də yerinə yetirmir. Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi istər beynəlxalq müqavilələrin, istərsə də üçtərəfli və ikitərəfli müqavilələrlə götürdüyü öhdəlikləri əksiksiz yerinə yetirir. Bunun bariz nümunəsi Ermənistanın çoxsaylı saxtakarlığına baxmayaraq Azərbaycan tərəfi humanistlik mülahizələri ilə səkkiz erməni hərbçini bu gönlərdə qarşı tərəfə- Ermənistana təhvil verməsidir. Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu(terrorçu ehtimalı da yox deyildir) Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır. Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Ermənistanın saxtakarlığı yalnız mina xəritələrinin verilməsi ilə əlaqədar deyildir. “Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir. Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürüb. Paşinyan Makron və Avropa Birliyi rəsmiləri qarşısında öhdəlik də götürüb. Məsələ Fransa Prezidenti Emmanuel Makron tərəfindən dəstəklənib. İnanmaq istərdim ki, Ermənistan tərəfi beynəlxalq,üçtərəfli və ikitərəfli müqavilə və qanunlardan gələn öhdəlikləri yerinə yetirəcəkdir.
Professor Həsənbala Sadıqov
Azərbaycanın Əməkdar Müəllimi

1

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.