Ռուսաստանի «սեւ ցուցակներն» ու անկեղծ խոստովանությունը

Maria Podlesnova: Armenian tech ecosystem grows really fast

Есть вещи пострашнее войны: политический казус

Suriye’nin geleceği: Biz konuşurken onlar düşünüyorlar

Həsənbala Sadıqov: Azərbaycan-Türkiyə münasibətlərinin Şuşa bəyannaməsi ilə başlanan yeni dövrünə dair

Gündem 28 Haziran 2021
51
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Dövlətlərarası münasibətlər sistemində Azərbaycan-Türkiy arasında tarixdə əbədi qalacaq, özündə Qafqaz İslam Ordusunun ruhunu ihya edən Şuşa bəyannaməsinin ölkə rəhbərliyi səviyyəsində təsdiqi diplomatik etiketlərdə çox mühmüdür. Azərbaycan Respublikasının prezidenti Qarabağ fatehi İlham Əliyev “Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiq etmişdir.
Şuşa bəyənnaməsi Azərbaycan ilə Türkiyə arasında geniş münasibətlər sisteminin əsasını daha da möhkəmləndirmişdir. Bu iki qardaş ölkə arasında yalnız hərbi əməkdaşlıq sahəsinə aid müqavilələr imzalanmamışdır.Artıq münasibətləri miz dövlətlərarası münasibətlərin bütün sahələrini əhatə etməyə başlayır. Bu sahələrdən biri də iki qardaş ölkə arasında peşə təhsili sistemindəki əməkdaşlıqdır.
Peşə təhsili ilə əlaqədar olaraq Azərbaycan respublikasında çox mühüm qanun və qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmişdir. Bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına əsasən İşçi qrup yaradılaraq, 8 əsas və 3 yardımçı olmaqla, 11 sektor üzrə Azərbaycan iqtisadiyyatının 2020-ci ilədək iqtisadi inkişaf strategiyasının və tədbirlər planını hazırlamışlar.
Bu prosesdə 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışın hazırlanması nəzərdə tutulmişdur. Burada bir cəhəti də qeyd etməyə ehtiyac vardır ki, 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışın hazırlanması barədə müvafiq tapşırıqlar verilmişdir. Azərbaycan respublikasında həmin tapşırıqların icra edilməsi məqsədilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” (bundan sonra – Strateji Yol Xəritəsi) sənədi hazırlanmışdır.
Bu günlərdə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında” qanunu imzalayıb.
Bu imzalanan qanunun ən mühüm mahiyyəti ondan ibarətdir ki, hər iki dövlətin peşə təhsili sahəsindəki vəziyyəti yüksək səviyyədə təhlil edilmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı sənədə görə ölkədə olan və bu vaxta qədər peşə təhsili verən məktəblərin təcrübəsindən istifadə edilməsi nəzərdə tutulmuşdur.:”Sənədə əsasən, Azərbaycanda olan iki peşə təhsili verən müəssisənin bazasında Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisəsi təsis ediləcək.”dir
Bu qanun təhsil sahəsində də Azərbaycan-Türkiyə əməkdaşlığına da start vermiş oldu. Müasir dünyada biliklər xəzinəsindən müştərək istifadə edilməsi geniş yayılmışdır. Məhz bununla əlaqədar olaraq hər iki tərəfdən olan mütəxəsislər ölkələrimizdə qarşılıqlı bilik və təcrübə səviyyəsini müəyyən etmişlər. Müasir dünyamızda peşə təhsili sahəsində qabaqcıl təcrübəsi olan ölkələr çoxdur. Bu sahədə hər iki dövlətin təhsil səlahiyyətliləri dünyada olan qabaqcıl təcrübənin bangını yaradırlar ki, bu da gələcəkdə onlardan istifad etməyə imkan verəcəkdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı qanunda “Belə ki, tərəflər qarşılıqlı bilik və təcrübə səviyyəsini artırmaq məqsədilə peşə təhsili müəssisələri arasında “qardaşlaşmış məktəblər” əlaqələrinin yaradılmasını, kurs və təcrübə keçməyi təşviq edəcəklər.”
Əməkdaşlığı artırmaq məqsədi ilə yaşadığımız tarixlə səsləşən-“qardaşlıq məktəblərinin” arasında əlaqələrin təşkil edilməsi nəzərdə tutulur. Bu sahədə son zamanlara qədər toplanmış bilik və təcrübəni mübadilə etmək üçün mövcud əlaqələrin daha da artırılması nəzərdə tutulur. Bu əmkdaşlığın inkişaf etdirilməsində kurs və təcrübə keçmək də vacib tələblərdən biri olaraq qəbul edilmişdir.
Burada əsas məsələ tərəflərin qarşılıqlı bilik və təcrübə səviyyəsinin artırılmasıdır. Buna görə də qarşılıqlı bilik və təcrübə səviyyəsinin artırılmasını nəzərdə tutur. Azərbaycan respublikasının prezidenti İlham Əliyevin imzaladığı qanun peşə təhsili və təlimi sahəsində dünyada mövcud meyillər nəzərə alınmışdır. Ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi məqsədilə çeviklik və inteqrasiya prinsipləri əsasında hazırlanmışdır. Peşə təhsili müəssisələrinin binaları, peşə təhsili müəssisələrinə məxsus obyektlər və digər maddi aktivlərdən ibarət əmlakı Azərbaycan tərəfinə aiddir və Türkiyə tərəfi ilə birgə idarə olunur.
İstər Azərbaycanda, istərsə də Türkiyədə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri rəhbər tutulmuşdur. Əslində də bu kimi əməkdaşlığın əsas mahiyyətini bu kimi m təşkil əmunda olan müqavilələr təşkil edir.
Müəyyən dövr ərzində Azərbaycan Respublikasının peşə təhsili və təlimi sistemində aşağıdakı strateji hədəflər müəyyən edilmişdir. Strateji hədəflərin birincisi işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyasıdır. İkincisi, nəticələrə əsaslanan güclü maliyyələşdirmə sisteminin yaradılmasıdır. Üçüncüsü, məqsədli peşə inkişafı proqramlarının yaradılmasıdır. Dördüncüsü, sektorlar üzrə spesifik proqramların yaradılmasıdır. Beşincisi, · peşə təhsili və təlimi üzrə hədəflərin əldə olunmasına təkan verəcək vasitələrin tətbiqidir.
Belə ki, peşə təhsili və təlimi sektoru iqtisadiyyatın digər sektorları ilə qarşılıqlı əlaqədə olacaqdır.Həmin sektorların potensialının tam reallaşdırılmasında mühüm rol oynayacaqdır. Bu sektora qoyulan investisiyalar nəticədə iqtisadiyyata multiplikativ təsir göstərir.

Qanunda peşə təhsilinin müasir tələblər səviyyəsində qurmaq üçün hər şey nəzərə alınıb. Peşə təhsili müəssisələrinin qrup saylarının müəyyə edilməsi nəzərdə tutulur, Hətta iki qardaş dövlət arasında olan anlaşmalarda qruplarda tələbə sayı, emalatxana və laboratoriyaların sayı da nəzərə alınacaqdır. Peşə təhsii\linin təşkilinin ən mühüm vacib şərtlərindən biri də onun maddi texniki bazasının təşkil edilməsidir. Qanunda “tədris ləvazimatları, material və avadanlıq ehtiyacları, idman zalı, yataqxananın fiziki vəziyyəti” xüsusi ilə diqqətdə saxlanılır.

Peşə sistemində yüksək tələblərə cavab verə biləcək kadrların hazırlanması müəllim heyyəti ilə əlaqədardır. “Tədris proqramı, tədris materialları”nın hazırlanmasına verilən tələblər beynəlxalq tələblərdir. , Qanunda “həftəlik dərs cədvəllərinin hazırlanması, ehtiyac olduqda yenilənməsi” kimi mobil tədris prosesinin yaradılması nəzərdə tutulur.

Bu qanunda Azərbaycan və Türkiyənin təcrübəsindən istifadə edilməsi diqqətdə saxlanılır. Qanunda davam edilir.”Təhsil fəaliyyətləri üçün lazımi digər şərtlər Türkiyədəki peşə təhsili təcrübəsi əsas götürülərək və tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən ediləcəkdir.” Əslində qanunda ideal ortaqlıq prinsipi hakimdir. “Peşə təhsili müəssisələrinə tələbə qəbulu meyarı tərəflər tərəfindən müəyyən ediləcək.”

Yaradılacaq peşə təhsili müəssisələri (Anadolu peşə və texniki liseyi və ya peşə təhsili mərkəzi), Azərbaycanın milli qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs kimi dövlət qeydiyyatına alınacaq.

Peşə təhsili müəssisələrində təhsilini başa vuran tələbələrə Azərbaycan və Türkiyənin milli qanunvericiliyinə uyğun olaraq iki diplom veriləcək. Peşə təhsili müəssisələrində işləyəcək kadrlar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən ediləcək.

Qanunda vacib məsələlərdən biri də türk rəhbər və işçilərin social təminatıdır. Türk rəhbər işçi və müəllimlərin təyin edilməsi, əməkhaqqı, iş şəraiti və vəzifə müddətləri Türkiyənin milli qanunvericiliyinə uyğun olaraq müəyyən ediləcək və əməkhaqqı Türkiyə tərəfindən ödəniləcəkdir. Eyni zamanda azərbaycanlı rəhbər işçi, müəllim və digər kadrların təyin edilməsi və əməkhaqqının ödənilməsi Azərbaycan tərəfindən həyata keçiriləcək.

Burada əsas məsələlərdən biri də ödənişli kursların açılmasıdır. Peşə təhsili müəssisələrində ödənişli kurs proqramı açıldığı təqdirdə kurslara təyin ediləcək türk və azərbaycanlı müəllimlərin əməkhaqqı Azərbaycan tərəfindən ödəniləcək. Protokolun tətbiq edilməsinə görə Azərbaycan hökuməti adından Təhsil Nazirliyi, Türkiyə hökuməti adından Türkiyə Milli Təhsil Nazirliyi öhdəlik daşıyacaq. Şuşa bəyənnaməsindən yola çıxan Azərbaycan və Türkiyə respublikaları bütün sahələrdəki münasibətlərə yenidən baxmaq fikrində olduqlarını ilk qanunlarla təsdiq etmişlər

Professor Həsənbala Sadıqov

Azrbaycan Respublikasının Əməkdar müəllimi

Yorumlar