Karabağda Yerli özünü idarəçilik məsələlərində kompromis mümkündür

ATİF İSLAMZADƏ: NÖVBƏ CƏNUBİ QAFQAZA ÇATIB!

Irak seçimlerinde hile mi yapıldı

Asif Nərimanlı: Sərhədlə bağlı yeni sənəd: Bakı, Moskva və İrəvan nə istəyir?

Həsənbala Sadıqov: Aleksanr Dümadan Frederik Dümaya Fransanın Azərbaycan siyasətinin bəzi məsələlərinə dair

Azerbaycan 24 Temmuz 2021
53
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Mən 2013-cü ildə Fransada olarkən çox qəribə hisslər keçirirdim. Bu keçirdiyim hisslər sıravi fransalıdan tutmuş ölkənin prezidentinə qədər olan şəxslərin Azərbaycana münasibəti ilə əlaqədar idi. Əslində “erməni diasporasının tələsinə düşənlərdən” başqa hamı Azərbaycanı, onun Avropanın enerji təhlükəsizliyində iştirakından ağız dolusu danışırdılar. Son zamanlarda beynəlxalq siyasətdə erməni xidmtçisi və hamisi olan Makron peyda olub. Makron Azərbaycan həqiqətlərinə qara eynəklə baxır və gördüklərini də lazım oldu olmadı sensasiya kimi bəyan edir.Tarixdə paralel aparmaq maraqlıdır. Ancaq tarix isbat etmişdir ki, “mən Napoleonam!” deyənlərin çoxu sonda klouna çevrilmişdir.
Mən həmişə qeyd edirəm ki, Makron Fransa demək deyildir. Fransızlar Azərbaycanı Aleksand Dümadan(Ata), Van der Vaaldan və bu günlərdə Gəncədə olmuş fransalı məhşur jurnalist Fransa Milli Assambleyasının nümayəndə heyyətinin üzvü Frederiko Dümadan öyrənirlər. Bu kimi insanların məlumatlarının əsas xüsusiyyəti ondan ibarətdir ki, lal-kar-kor dünyada tərəfsizliyini qoruya bildiklərindən ədalətli olurlar.
Aleksandr Düma “Həyat bir yoldur-həm keçmişə, həm də gələcəyə aparan yol. Sabahı daha yaxşı görmək üçün yəqin ki, hərdən bu yolla geriyə də səyahət etmək lazımdır.” yazırdı. Bəzən deyirlər ki, gələcəyə inamla getmək üçün keçmişə də “səfər etmək” lazımdır. Elə olanda hər ikisi Fransadan olan jurnalis Frederik Dümadan Ata ləqəbini qazanmış Aleksand Dümaya hərəkət etsək bir çox qaranlıq və ya qara eynəklə baxılan mətləblərə işıq salmış olarıq.
Xalqların yaddaşı siyasilərin yaddaşından daha demokratik və ədalətlidir. Heç nə unudulmur, heç nə yaddan çıxmır. Aleksandr Düma 1858-1859-cu illərdə Fransadan Azərbaycana gəlmişdir. Çox maraqlıdır ki, Aleksand Dümanın olduğu hər yerdə ona məhəbbət izhar edilmişdir. “Qafqaz səfəri” əsərində göstərildiyi kimi Dərbənddən Misirə qədər hər yerdə azərbaycanlılar onu çox səmimiyyətlə qarşılamışlar. Aleksand Düma qeyd edir ki, burada azərbaycanlılar möhtərəm qonaqlarını duz çörəklə qarşılayıb duz-çörəklə də yola salırdılar.
Aleksandr Düma Qafqazda olan bir çox xalqlarla tanış olmuşdur. Maraqlı olan budur ki, onun bu və ya başqa millətlər haqqındakı qeydlərini tarix tamam ilə təsdiq etmişdir.” Ermənilər haqqında qeyd edirdi:”Onlara etibar eləməyin. Onun nə sözünə, nə də andına inanın. Şəxsi mənafeyindən asılı olaraq, o öz sözünü hər vaxt geri götürə bilər.” Daha sonra erməni xislətini nə qədər də doğru ifadə edir:
”Güclülər qarşısında alçalan bu adamlar zəiflərə qarşı zalım və kobud olurlar”. Və ya nə qədər doğru qeyd etmişdir: :Ermənilərlə “bir iş görərkən ehtiyatı əldən verməyin. Onun imzaladığı, təsdiq etdiyi sənəd hələ hər şey deyil. Bu, hələ ehtimaldır”. Eyni ilə Ermənistan rəhbərlərinin yalvarıb, minnətlə qalib Azərbaycanla imzaladığı kapitülyasiya aktına yanaşdığı kimi. Kars müqaviləsinə yanaşdığı kimi. Onu parlamentdə təsdiq etdirmədilər. Onlar bu və ya başqa dövlətlə çətin vəziyyətdə olduqlarında müqavilə imzalayırlar. Lakin heç vaxt onu yerinə yetirməyi deyil, pozmağın yollarını axtarıb tapırlar. Uğursuzluq olan kimi bağırıb dünyaya yayıb, kömək axtarırlar. Aleksandr Düma “ermənilər də bütün dünyaya deyil, yalnız Asiyaya, xüsusi ilə də Azərbaycana yayılmışlar yazırdı.
Azərbaycanlılar haqqında qeyd edirdi: “Bu xalq vaxtilə müzəffər olmuş, ürəyində indinin özündə də döyüşkən olaraq qalır.” Düma azərbaycanlıların etibarlılığını xüsusi ilə qeyd edir.”Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur. Söz verdi, qurtardı.”
Aleksandr Dümanın qeyd etdiyi kimi azərbaycanlılar bütün zamanlarda Fransaya qarşı səmimi və ədalətli olmuşlar. Azərbaycanlı Əhmədiyyə Cəbrayılov Fransa müqavimət hərəkatında iştirak etmiş və Fransanın Milli qəhrəmanı adına layiq görülmüşdür. Ona minnətdarlıq etmək Fransa prezidenti Makronun yadına da düşürmür?.
Azərbaycan həqiqətlərinin dünyada yayılmasına çox ciddi ehtiyac var. Bunu isə yalnız tərəfsiz siyasilər, xüsusi ilə də ölkənin müxtəlif bölgələrində olan beynəlxalq jurnalistlər edə bilərlər. Buna görə də bizdə olanları dünyada yayan bilə Federik Düma kimi insanlara çox böyük ehtiyac var. Həm bizim, həm Fransanın, həm də dünya informasiya məkanının. “!Biz Gəncədə gördüklərimizi Fransaya çatdıracağıq”– fransalı jurnalist Frederiko Düma qeyd edir ki, “Azərbaycana səfərimizin məqsədi müharibədən zərər çəkmiş və işğaldan azad edilmiş ərazilərə baş çəkməkdir.” Belə bir planla səfərə çıxmaq çox mühüm, mütərəqqi hadisə hesab edilir.
Jurnalistin dediyinə görə “missiyamıza ilk olaraq Gəncə şəhərindən başladıq.” Jurnalist Federiko Düma ilk olaraq ermənilərin dünyada saldıqları hay küyə münasibətini bildirir. Ermənilərin hay küyünün mahiyyəti ondan ibarətdir ki, “güyü Gəncəni hərbi ehtiyaca görə, bizə təhlükə təşkil etdiyinə görə vurmuşuq.” Fransada gələn jurnalist ermənilərin bu botan xarakterli tezisini ləğv edir və qeyd edir:”görürük ki, şəhərin mərkəzində heç bir hərbi obyektin olmamasına baxmayaraq, buraya bomba atılıb.“
Fransalı jurnalistin fikrini ölkənin siyasiləri də bilsə yaxşı olardı. Onlar Qafqazda, xüsusi ilə Azərbaycanda olan hadisələrə tərəfsiz və obyektiv yanaşardılar. Fransalı jurnalist ölkəsində olan məlumat blokadasını aradan qaldırmaq üçün “Biz bu dağıntılara baxdıq. Verilən məlumata görə, onlarla mülki şəxs həyatını itirib.” yazır.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Gəncədə törətdiyi müharibə cinayətləri ilə tanış olan Fransa Milli Assambleyasının nümayəndə heyətinin üzvü Frederik Düma jurnalistlərə açıqlamasında bildirib.
“Çox istərdik ki, fransızlar bu hadisələr barədə obyektiv məlumat alsınlar. Ona görə də biz-Dostluq Qrupunun üzvləri hadisə yerinə gəldik ki, gördüklərimizi Fransa ictimaiyyətinə çatdıraq. Çünki Fransada bir çoxları bu hadisədən xəbərsizdir. Artıq münaqişə başa çatıb. İndi regionda sülhün bərqərar
olması lazımdır və biz buna ümid edirik.
Qeyd etmək istərdim ki, Fransa ictimaiyyətində belə bir fikir formalaşıb ki, ermənilər azərbaycanlılara qarşı heç bir müharibə cinayəti törətməyib. Biz isə öz gözlərimizlə görürük ki, sivil insanlara qarşı hücumlar olub. Bu da müharibə cinayətləri kimi qiymətləndirilə bilər”, – deyə Frederik Düma vurğulayıb.
Başqa bir fransalı jurnalist də Ermənistanın raket zərbəsi vurduğu Gəncədə dağıdılmış yerlərdə olmuş və çox təssüflənmişdir. Deməli, Fransada da Azərbaycan həqiqətlərinə qara eynəklə baxmayan insanlar bütün zamanlarda olmuş bu gün də var. Fransa siyasilərdən fərqli olaraq Gəncədə raket zərbəsindən dağılan yerləri ziyarət erən jurnalist dünyaya bəyanat verir: “Gəncədə mülki şəxslərin öldürülməsindən təəssüflənirik”. APA-nın xəbərinə görə, bunu Gəncədə Ermənistan silahlı qüvvələri tərəfindən raket atılan əraziyə baxış keçirən fransalı jurnalist Liseron Boudoul deyib. “Onun sözlərinə görə,” məqsədi tərəfsiz olaraq baş verənləri dünya ictimaiyyətinə çatdırmaqdır.”
Ədalətli siyasilər və jurnalistlər Ermənistanın heç bir hərbi ehtiyac olmadan Gəncəyə raket zərbəsi vurmasına təəssüflənirlər və vandalizm aktını qınayırlar.Azərbaycan respublikasının prezidenti İlham Əliyev bu günlərdə Gəncə səfərində Ermənistanın raketlə vurduğu yerləri ziyarət etmişdir. Qeyd etmişdir ki, dağıntılar dəqiqləşdirilir. Yeni yeni itkilər meydana çıxır. Əmin olduğunu bildirmişdir ki, Ermənistanın cinayətləri cəzasız qalmayacaqdır. Ermənistanın cəzalandırması dünyanı bu kimi cinayətlərdən xilas etmək üçün lazımdır.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan

Yorumlar