KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsənbala Sadıqov: Albaniya mənbələri azərbaycanlı-erməni haqqında

Həsənbala Sadıqov: Albaniya mənbələri azərbaycanlı-erməni haqqında

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
5 0

Çox maraqlıdır ki, Albaniyada alban dilli mənbələrdə Azərbaycana qarşı xüsusi münasibət- obyektivlik və rəğbət var. Mənbədə ilk olaraqAlbaniya oxuyucularına “Gəncə “adının nə demək olduğunu və elmi etiraf mövqeyindən çox qədim tarixə sahib olduğunu aydınlaşdırırlar. Qeyd edirlər ki, “Gəncəli kişi mərd, mübariz, torpağı uğrunda canından keçə bilən insanlardır.”

İkinci, Gəncə Albaniya mənbələrinə görə müasir dünyanın inkişaf etmiş şəhərlərindən-mədəniyyət mərkəzlərindən biridir. Buna görə də heç təsadüfi deyil ki, Azərbaycanın ikinci şəhəri olan 4000 yaşlı Gəncə dünyanın Avropanın və Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət mədəniyyət paytaxtı seçilmişdir. Albaniya tədqiqatçıları Azərbaycanın ikinci şəhəri və mədəniyyət mərkəzi olan Ulu Gəncəyə xüsusi əhəmiyyət verirlər.

Ermənilərin Gəncəyə bütün şəraitlərdə istifadəsinə icazə verilməyən raket atmalarından danışarkən qeyd edirlər ki, ermənilərin bu hərəkəti cəzalandırılma lıdır. Albaniya tədqiqatçıları ermənilərin mənşəyi məsələsi nə də toxunur və qeyd edirlər ki, onlar Qafqazın aborigen xalqı deyillər. Onlar tarixin müəyyən dövründə yaranan Rusiya imperiyasının Azərbaycana qarşı işğalçı fürsəti ilə əlaqədar coğrafiyaya İran və Anadoludan köçürülərək məskunlaşmışlar.

Albaniya mənbələrində Qafqazda, konkret halda Gəncədəki demoqrafik proseslərə də diqqət yetirirlir. Çox düzgün qeyd edirlər ki, Gəncə ermənilərin köçüb yerləşdikləri ərazilərdən uzaqdır. Rusiya ilə Qacarlar imperiyaları arasındakı razılaşmalarda ermənilərin Gəncəyə yerləşmələri qeyd edilməmişdir. Ermənilər, xüsusi ilə tacirlər quzu cildi geyinərək Gəncə hakimlərin dən bu şəhərdə yaşamağa icazə almışdılar.

Ermənilərin mahiyyətin dən xislətindən xəbərsiz olan Gəncə hakimləri müxtəlif vaxtlarda ermənilərin yazıq, incidilmiş xalq “görüntüsünə “ inanır və onlara insanlıq prinsipləri ilə irəlidə gələcək bəlanı təsəvvür etməyərək himayə edir və Gəncəçayın sağ sahilində onlara məskun laşmağa icazə verirdilər. Albaniyanın istifadə etdiyimiz mənbəyində faktları haradan alındığı bilinməsə də Gəncədə XX əsrin əvvəllərində demo qrafik vəziyyəti təhlil etməyə çalışılır.

Müəllif qeyd edir ki, Gəncədə ermənilərin sayının az olduğu xüsusi ilə qeyd edilir. Gəncəçayın sağ sahilinə “Erməni hissəsi” deyilsə də bu yaşayanlar böyük əksəriyyəti türklər idi. Burada bir məsələnin qeyd edilməsinə ehtiyac yaranır. “Gülüstan sülh müqaviləsindən sonra Yelisavetpol(Gəncə) quberniyası Rusiyanın nəzarəti altına keçdi. ”Əslində Gülüstan müqaviləsinin mətnində də harada yaşamasından asılı olmayaraq ermənilərin Gəncəyə yerləş dirilmələri haqqında heç bir maddənin yox olduğunu xüsusi ilə qeyd edir.

Albaniya mənbələri Gəncənin müxtəlif millətlərin birlikdə yaşadığı şəhər olduğunu xüsusi ilə qeyd edir. Mənbədə vaxtilə Gəncədə yaşamış ermənilərin bu günkü münasibətini də verirlər. Alban mənbələrində qeyd edilir ki, 1988-ci ilə qədər Gəncədə yaşayan ermənilər gəncəli günlərini unutmamış lar.

Hətta müsahibə verən ermənilər Gəncədə vaxtilə yaşadıqları evlərinin açalarını da göstərirlər. Əgər icazə versələr”qaça-qaça”gələcəklərini söyləyirlər. Hətta insanlar Gəncədən danışarkən “doğma şəhərim” deyir. Amma burada bir sual meydan çıxır. Sən Gəncəyə gəldin və qəbul edildin. Mənbədə bir məsələ qeyd edilir ki,, hər bir ermənini etdiklərinə görə(qisas günü) dəhşətli qorxu hissi əhatə edir. 3000 yaxın şəhidlər fasiləsiz olaraq “qisasımı al” deyir.

1988-ci ilə qədər İrəvanda yaşamış azərbaycanlılaarın ora qayıdışına kim təminat verəcəkdir. Çox maraqlı bir ifadə işlədir ermənilər. Deyirlər ki, bizimkilərin düzəldilməsi mümkün olmayan günahları ucbatından biz Gəncəni birdəfəlik itirdik.

Ermənilər işğal etdikləri Qarabağda və qonşu rayonlarda qəbristanları barbarcasına dağıdıblar. Azərbaycanda isə erməni qəbristanlığı bu gün də toxunulmaz vəziyyətdədir. Ermənilərin Gəncədən getməsi ilə əlaqədar olaraq müəllif prosesi göstərir və ermənilərə olan münasibəti səbəb-nəticə olaraq qiymətləndirir.

Məlum olur ki, ermənilər Azərbaycanda o cümlədən Gəncədə olan proseslərin qızışmasını təşkil edirdilər. Maraqlı msələlərdən biri 1988-ci ildə Azərbaycan hakimiyyətinin ermənilərə münasibətidir. Onları imkan daxilində qorumuşdur. Hətta Alban mənbələri qeyd edir ki, Gəncədə yerli hakimiyyət son ana qədər erməniləri qorumuşdur. Erməni vaideynlər övladlarını məktəbə belə aparırdilar. Lakin hadisələri qızışdıran Dağlıq Qarabağda başlanan hadisələr idi. Ermənilərin Gəncədən köçürülməsi xüsusi il qeyd edilir. Erməniləri Gəncədən çıarılması qaydasınca təşkil edilmişdir.

Təbliğat vasitələrinə malik olan hərbçilər zirehli texnika ilə şəhərin ermənilərə məxsus hissəsindən keçərək əhali arasında təbliğat aparır, şəhərin mülki müdafiə qərargahında təxliyyə məntəqəsinin fəaliyyət göstərdiyini insanlara çatdırırdılar. Getmək istəyən ermənilər könüllü getdiklərini, zorakılıq olmadığını və heç bir şikayətlərinin olmadığını Rusiyalı səlahiyyətlilərə bildirirdilər. 1989-cu ilin noyabrında Gəncənin erməni icması öz fəaliyyətini dayandırdı.
Həsənbala Sadıqov
Professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir