KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Həsənbala Sadıqov: Azərbaycanın zəfər paradı və Nalbandyanın məğlubiyyət ariyasından

Həsənbala Sadıqov: Azərbaycanın zəfər paradı və Nalbandyanın məğlubiyyət ariyasından

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
312 0

Azərbaycanın Zəfərlə yekunlaşan Vətən müharibəsi işğal olunmuş torpaqlarla əlaqədar son 30 ildə ölü doğulan-meydana çıxan status məsələsini aradan qaldırdı. Vətən müharibəsində qələbədən sonra tarixi qalibiyyəli ordumuz müasir silahlarla yazandan sonra qələmə ehtiyac qalmadı. İşğalın müəlliflərinin xidmətçisi olan Nalbandyanın kiflənmiş fikirləri “keçən günlərimi qaytaraydılar” ariyasının yeni biabırçı variqantıdır. Qaçaq quldurların hakimiyyətinə keçmiş İrəvan küçələrində Tərəfdar toplamaq üçün ariyasını oxuya oxuya gəzir. Nə var onun ariyasında?
Kazan danışıqlarında qəbul olanan sənəddə iki statusdan aralıq və yekun statusdan danışılıbmış. Onun həsrətini çəkir. Nalbandyanın yaddaşını təzələmək üçün bildirirəm. Kazan formulu yeganə formul deyildir. “Münaqişənin həlli üçün ATƏT-in Madrid prinsipləri 2007-ci ildə təklif edilib və 2009-cu ildə dəyişdirilib. 2011-ci ildə Rusiyanın vasitəçiliyi ilə Madrid prinsiplərinə “Kazan düsturu” əlavə edilib. Danışıqlar nəzərə çarpacaq nəticələrə gətirib çıxarmadığı üçün Azərbaycan dəfələrlə güc tətbiq etmənin son çarə olaraq qaldığını xəbərdar edib. Paşinyan açıq və birtərəfli qaydada ATƏT-in Madrid prinsiplərini pislədi. 2019-cu ilin avqust ayında Xankəndinə bir daha xatırlatdı ki, “Dağlıq Qarabağ Ermənistandır. Və nöqtə” Yalançı şüar həqiqi “Qarabağ Azərbaycandır!” zəfərə aparan şüarı ortaya qoydu. Və qələbə ilə nəticələndi.
Nalbanyan Vətən müharibəsində qələbədən sonra yenə də olmayan bir qurumun-Dağlıq Qarabağın statusundan danışır. Halbuki bu yaxın tarixdir. Kazan danışıqlarında sənədi qəbul edəndən sonra bir gün də olsun şərtləri yerinə yetirmədiniz. Sizin üçün forumların qərarı yerinə yetirmək üçün deyildir. İndi də ariyanda deyirsən:” Kazan danışıqlarından imtina edən Ermənistan yox, Azərbaycan idi”. Kazan danışıqlarının heç bir bağlayıcı və ümidverici qərarı yox idi və gözlənilmirdi də. Çox maraqlıdır ki, “Kor ərəbin” mahnısını oxuyan Ermənistanın keçmiş xarici işlər naziri Edvard Nalbandyan BMT-nin 4 qətnaməsinə deyil, Kazan forumundan xilas sənədi olaraq tutmaq istəyir. Boğulanın dənizdə saman çöpündən tutması kimi. Son iki ildə Paşinyan müharibəni gətirmək üçün nələr etmədi? Çıdır düzündə başlayan yallıdan, nazir xanımının millətə silahlanma dərsi deməsinə qədər hamısı addım adım sizin üçün fəlakət bizim üçün şərəfli Vətən müharibəsini gətirdi.
Hələ 2019-cu ilin martında müdafiə naziri David Tonoyan Nyu-Yorkda çıxış edərkən köhnə “sülh üçün ərazi” həll formatını rədd etdi və özünün – “yeni ərazilər üçün yeni bir müharibə” təklif etdi. O “yeni ərazilər”i adlandırılmadı, ancaq belə bir ifadə müxtəlif məna verə bilər. Bu ilin iyul ayında Azərbaycanın Tovuz bölgəsində baş verən hərbi toqquşmalar bu təhlükəni həyata keçirmək niyyətini təsdiqlədi.
Heç Kazan forumu olanda da xalqda ona inam yox idi. Avropanın aparıcı dövlətlərinin 30 illik münasibəti xalqda həqiqi olaraq nihilist-inkarçılıq mövqeyi yaratmışdır. Dünyanın ən mötəbər və səlahiyyətli təşkilatının sənədlərində “Azərbaycanın işğal olunmuş torpaqları” sənədləşib. Onun azad edilməsi haqqında BMT-nin 4 dəfə qətnaməsi qəbul edilib. Nəticəsi yoxdur. Mən həmişə bu məsələyə yanaşdıqda bir qəribə fikir keçir ağlımdan. Ən kiçik məhkəmə qurumunun qərarlarını yerinə yetirmək üçün icra strukturu olduğu halda BMT-nin qərarlarını yerinə yetirmək üçün icra strukturu yoxdur. Avropada orta əsrlərdə Almaniyada məhkəmələr üçün “Şarlotta” cəngavər qanunu olub. Hakimlə cani döşəyin üstündə güləşirdilər. Qalib gələn haqqlı idi. Hakim qalib gəldikdə cani günahı qəbul edirdi. Cani qalib gəldikdə hakim onun azad edilməsi haqqında qərar çıxarırdı. BMT də Şarlotta qanunun ruhunu yaşadır. Torpaq sahibi ilə işğalçıya döyüş meydanını göstərir. Ali Baş Komandan , Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərrast ifadəsi:”Biz BMT-nin Azərbaycanın işğql olunmuş torpalarının azad edilməsi haqqında 4 qətnaməsini yerinə yetiririk.” Azərbaycanın Vətən müharibəsinin Fatehi Birləşmiş Millətlər Təşkilatının qətnamələrini yerinə yetirdi. Azərbaycanın BMT qətnaməsində tələb olunan ərazi bütövlüyünü həll etdi.
Ermənistanın keçmiş xarici işlər naziri Edvard Nalbandyan ermənilərin dünyanın da qəbul etdiyi səriştəsiz siyasi elitasının nümayəndəsidir. Hələ də dünyanın diplomatiya tarixindən xəbərsizdir. Hələ də başa düşmür ki, Azərbaycanın Vətən müharibəsində qələbəsi bütün forumları yarıtmaz olaraq tarixin şərəfsizlik arxivinə göndərdi.44 günlük Vətən müharibəsindən sonra Nalbandyan siyasi dividend toplamaq üçün “İndi Azərbaycanın gündəmində status məsələsi yoxdur.”deyir.
Hələ də başa düşmək istəmr ki, 44 günlük Vətən müharibəsi yeni status-Azərbaycanın işğal olunmuş torpaqlarının azadlığı statusunu yazdı. Ermənistanın keçmiş xarici işlər naziri Edvard Nalbandyanı ən çox narahat edən ondan ibarətdir ki, hər bir erməni kimi tarixinə baxmaq istəmir. Axı, tarixdə ürəkaçan bir şey olmadıqda onunla qarşılaşmaq kimə lazımdır? Ermənistanın keçmiş xarici işlər naziri Edvard Nalbandyanı narahat edən məsələ:”Bakıda keçirilən hərbi parad zamanı Bakı yeni ərazi iddiaları irəli sürür”.Nalbandyanın olmayan tarix yaddaşını təzələmək istəyirəm. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev haqqlı olaraq qeyd edir ki, “Ermənistan tarixi Azərbaycan torpaqlarında meydana gəlmişdir.” Müsahibələrinin birində Ermənistanın keçmiş xarici işlər naziri Edvard Nalbandyan müxbirə bəyan edir ki, “mənim üçün ədalətdən yüksək qərar yoxdur.” Onda icazə ver soruşum “Siz ədalətin nə olduğunu builirsnizmi?” Qətiyyən. Millətlər üçn ən böyük ədalət tarixən sahib olduğu torpaqların onlara verilməsidir. “Ermənista-Azərbaycandır!” deyimindən yola çıxaraq bildirirəm ki, Azərbaycan o torpaqları vətənsiz, torpaqsız olan ermənilərə 1918-ci il 29 mayda verib. Əslində məcburiyyət şəraitində verilən və Qafqazda Türk amilini nəzərə almayan o qərarın da düzgün olmadığı qənaətindəyəm. Kim verib? Nə üçün verib? Qan töülməsinə son qoymaq üçün. Qan tökülməsinə son qoydunuzmu? Əksinə qantökmə bu gün də davam edən yeni mərhələyə başladı.
Nalbandyana bildirmək istəyirəm ki, əziyyət çıkib tarixinizə baxmağa çalışmayın. Orada fəxr ediləcək heç bir şey yoxdur. Sizin yerləşdiyiniz türk coğrafiyasına gətirdiyiniz xəyanət , qırğın, deportasiyadır. Ona görə də tez tez yadınıza salmağa ehtiyac varki, hətta Ermənistan da Azərbaycan torpaqlarıdır.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir