KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsən Oqtay: “Suriya İran və Rusiyadakı hakimiyyət dəyişikliyini gündəmə gətirə bilər”

Həsən Oqtay: “Suriya İran və Rusiyadakı hakimiyyət dəyişikliyini gündəmə gətirə bilər”

Kafkassam Editör Kafkassam Editör - - 19 dk okuma süresi
278 0

Türkiyə “Bahar qalxanı”nı reallaşdırır
Həsən Oqtay: “Suriya İran və Rusiyadakı hakimiyyət dəyişikliyini gündəmə gətirə bilər”

Ramiyə Məmmədova: “Bu gün Türkiyənin hədəfi İdlib, lazım gələrsə Hələbə qədər getməkdir”
Regionun gepolitik mənzərəsi gərginliyi ilə müşahidə olunur. İdlib müharibəsi bu mənada xüsusilə diqqət şəkir. Suriyada qarşı-qarşı dayanan güclərin yaranmış vəziyyətindən çıxmaq üçün hansı addımları ata biləcəyi götür-qoy edilir.

Versus.Az “Üç nöqtə”yə istinadən siyasi ekspertlər – Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin pəhbəri Həsən Oqtay və Türkiyədə fəaliyyət göstərən “Word ponarama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ramiyə Məmmədovanın verdiyi təhlilləri təqdim edir. Politoloqlar müsahibədə çox maraqlı nüanslara toxunublar.

– Həsən bəy, Ramiyə xanım, bu gün dünyanın diqqəti Türkiyə-Suriya müharibəsinə yönəlib. Neçə hesab edirsiniz, regionda belə bir durumun yaranmasına səbəb nə oldu. İdlibdə Türkiyəyə qarşı bombaların yağdırılmasında hansı maraqlı güclərin əli var?

Həsən Oqtay: – Bu gün İdlib böyük bir döyüş bölgəsinə çevrilib və hazırda Türkiyə “Bahar qalxanı” hərəkatını reallaşdırır. Türkiyə məlum hava hücumundan dərhal sonra Suriya rejimi güçlərinin bütün əsgəri hissələrini bombalayır.

Məlumdur ki, Astana və Soçi görüşlərində Rusiya və Türkiyə üzərinə müəyyən öhdəliklər götürmüşdü və onun yerinə yetirməsi ilə bağlı razılıq əldə edilmişdi. Son ayda İdlibdə proseslər gözlənilməz şəkildə inkişaf etdi. Türkiyənin müşahidə qüllələri “üçlüyün” iştirak etdiyi qruplar tərəfindən davamlı atəşə məruz qaldı. Əslində müşahidə qüllələri işğal edildi və bu qüllələrin şimalında hərbi əməliyyatlar aparıldı. Məsələ ilə bağlı Türkiyə Rusiyanın üzərinə götürdüyü məsuliyyətlərini yerinə yetirmədiyini ifadə etməyə başladı. Çünki Soçi razılaşmasına görə bu vəzifə Rusiyanın öhdəliyində idi. Bundan başqa Türkiyənin nəzarət etdiyi bölgələrdə fəaliyyət göstərən və Suriya rejiminə müxalif olan qrupların olduğu nöqtələrdən Rus hava bazasına pilotsuz hava vasitələri ilə hücumlar olundu. Rusiya bu mövzu ilə bağlı Türkiyəni açıq şəkildə günahlandırmadı. Amma zaman – zaman Soçi razılaşması ilə bağlı öhdəliyin yerinə yetitilməsinin vacibliyi barədə Türkiyəyə xəbərdarlıqlar edilirdi. Rusiya və Türkiyə bölgəni nəzarətdə saxladığını zənn etsə də, proseslərin inkişafını izləməkdə çətinlik çəkirdilər. Bölgəyə davamlı şəkildə açılan təcavüz atəşi, iki ölkəni İdlibdə qarşı-qarşıya gətirirdi. Hər iki ölkə nəzarət etdikləri bölgədəki hadisələrdə İran milislərinin vəziyyətini diqqətə almadılar. Noyabr ayında Qasım Süleymani öldürüldükdən sonra “Suriya tənliyində masa xarici qalaram” -qorxusu ilə Süleymaninin komandanlığında olan birliklər Mahir Əsədin komandanlığı altına keçərək Rusiya və Türkiyəni İdlib mövzusunda üz-üzə qoymaq üçün əməliyyatlara başladılar. Eyni zamanda Suriyaya qarşı döyüşdüyünü iddia edən İranın nəzarəti altında olan radikal qruplar Rusiyaya qarşı hərəkətlər etməyə başladı. Bu hadisələr istər- istəməz Türkiyənin nəzarət etdiyi sahədə olduğu üçün onu çıxılmaz bir vəziyyətdə qoydu.

Ramiyə Məmmədova: – Türkiyə-Suriya problemini yaradan səbəb Türkiyənin Əsədi devirən güclərə dəstək verməsiylə başladı. Əslində burda Türkiyə ABŞ-ın tərəfdaşı kimi oyuna girdi. Lakin görünən bu oldu ki, ABŞ yenə özü oyun oynadı və YPG, PPK terrorçularının Türkiyə sərhəddindən uzaq durmalarını təmin etmədi, sözünü tutmadı. Əksinə, terrorçulara dəstək verməyə başladılar, silahlandırdılar. Faktiki olaraq Türkiyəni müharibəyə girməyə məcbur etdilər. Nəticə bu gün göz qabağıdadır.

8 ildir Suriyada münaqişə gedir. “Ərəb baharı”yla baslayan Suriya böhranı artiq genis miqyaslı müharibəyə çevrilib. Öncədən Əsəd rejimi və Əsədi devirməyə çalışan müxalif güvvələr arasında baslanan münaqişə, nəticə etibarı ilə başqa bir məcraya gəldi. Getdikcə bu müharibənin iştrakçıları coxaldı, terorcu qruplar, onlarla vuruşanlar, ABŞ, Rusiya, Türkiyə, İran, İsrail, Fransa. Yəni oyuncular artıqca maraqlar artdı, istəklər genişləndi, məqsədlər dəyisdi. Bu gün gördüyümüz tablo ilk münaqişənin başlanğıc tablosundan tam fərqlidir. Rusiya və İranin Əsəd rejiminə verdiyi dəstək, ABŞ-ın PPK, YPG verdiyi dəstək, Türkiyənin müxalif qüvvələrə verdiyi dəstək və PKK, YPG-yə qarşı vuruşub onları bölgədən təmizlənməsi və sair.

Bu münaqişənin ən böyük zərbəsi Suriyanın özündən sonra Türkiyəyə dəydi. Suriya ilə həmsərhəd olan Türkiyə ordan qaçan qaçqınlarla doldu. Türkiyə bu məsələni dünya ictimaiyyətinə çatdirmaga çalışdı və onlardan müdaxilə olunmasını tələb etdikcə Avropa müxtəlif oyunlarla bundan yayındı. Qaçqınlara sığıncaq vərməklə və onlara yardım etməklə Türkiyə iqtisadiyyatına cox böyuk zərbə dəydi. Sərhəddə olan terrorçu qruplar daha da aktivləşdilər və Türkiyə buna müdaxilə etmək məcburiyyətində qaldı. Bu gün artıq münaqisə Rusiya və Türkiyə arasında gedir. Əsəd rejimini devirməyi düsünən Türkiyə artıq 33-dən çox əsgər itirib, 32 dən çox əsgər yaralanıb, çoxlu texnika itkisi var. Təbii ki, qarsı tərəfdən də çox itki oldu, Türkiyə əsgərlərinin qanını yerdə qoymadılar. Qarşı tərəfdə 2000 çox əsgər öldürüldü, zirehli texnika və hərbi sursat itkisi var. Vəziyyət getdikcə gərginləşir və Suriya məsələsi artıq böyüyərək Yaxın Şərq çərçivəsindən çıxaraq Avropanı da bürüməyə baslayır.

– İdlibdə məhz Rusiyanın türk əsgərinə qarşı əməliyyatlar apardığı qeyd olunsa da, Rusiya öz bəyanatı ilə bu iddiaları rədd etdi. Bu durum Rusiya-Türkiyə münasibətlərinə hansı təsirini göstərə bilər və Türkiyə bu müharibədə Qərbin dəstəyinə nə dərəcədə ümid etməlidir?

Ramiyə Məmmədova: -Rusiya Əsəd rejiminə ilk gündən dəstək verir. Suriya Rusiyanın Yaxın Sərqdəki ən yaxın tərəfdasıdır. Türkiyə isə ilk gündən Əsədin devrilməsi məsələsinə dəstək verməkdəydi. Məsələyə bu aspektden baxanda zatən Rusiyanın Türkiyənin qarsısında olduğu görünürdü, sadəcə Rusiya – Türkiyə münasibətləri son dövrlər cox yüksək səviyyədə olduğundan onların arasındakı qarsıdurmanın bu dərəcədə dərinləşəcəyi gözlənilmirdi. Cünki iki ölkə arasında cox böyük iqtisadi layihələr müzakirə mözusudur. Bu layihələr Rusiya qazının Türkiyə üzərindən Avropaya göndərilməsini nəzərdə tutur. Bundan əlavə ticarət, turizm, təhsil və sair münasibətlər var. Yəni Türkiyə üçün Rusiya ən böyük bazarlardan birini təskil edir. Bundan əlavə də iki dövlətin prezidentlerinin çox yaxın münasibətləri var. Lakin bütün bu sadaladıqlarımza baxmayaraq, tarix yenə də özünü biruzə verir və Rusiya- Türkiyə münasibətləri heç zaman isti ola bilməz, siyasi maraqlar üstünlük təşkil edir. Bu gun Suriya müharibəsində bu iki dovlət üz-üzə gəlib və Türkiyə əslində də burda təklənib. Çünki Türkiyə ilk gündən Avropadan və eləcədə Qərbdən dəstk ala bilmədi. İki dövlət arasında münasibətlərin qorunub saxlanılması və layihələrin gələcəyini, eləcə də atəşkəsin əldə edilməsi üçün diplomatik danışıqlar gedir, görşlər keçirilir, lakin nəticəsizdir. Rusiyanın tələbi Türkiyənin İdlibdən çıxması və Əsəd rejiminə qarşı çıxa bilməməyidir. Türkiyə isə bu vəziyyətdən narazıdı və İdlibdən çıxmaq deyil, bu bölgədə tam atəşkəsin əldə olunmasını, Əsədin getməsini, təhlükəsizlik bölgəsinin tam nəzarətinə keçməsini, qaçqınların öz torpaqlarına dönməsini masaya yatırır.

Artiq Türkiyə NATO-nun bu münaqişəyə qarışmasını tələb edib və Avropanın onun çağırışını eşitməsi üçün Yunanıstanla olan sərhədlərini qaçqınlar üçün açıb. Bu da doğru addımdı.

– Həsən Oqtay: -Bəli, Rusiya İdlibdə türk əsgərlərini öldürən əməliyyata qatılmadı. Bu, tamamilə Əsəd qüvvələri arasında olan İran milisinin Mahir Əsədin rəhbərliyi altında həyata keçirilən bir əməliyyatdır. İndi hadisə Türkiyə ilə Rusiya arasında müharibənin alovlanmasına qədər çətin bir hal almışdır. Hadisələrin son inkişafında Türkiyə NATO ölkəsi olduğuna görə istər-istəməz NATO dan yardım istəməliydi. Çünki NATO razılaşmasına görə ona üzv ölkə hücuma uğrasa NATO gücləri dərhal dövrəyə girə bilər. Məlum proseslərdə Türkiyə NATO-nu köməyə çağırdı, amma NATO bu məsələdə üstünə düşəni etmək üçün ağır harəkət edir. Bundan əlavə, AB və digər qərb ölkələri bu vəziyyəti izləməklə kifayətlənirlər. Türkiyə isə AB-i hərəkətə keçirmək, olaylara diqqət çəkmək üçün suriyalı qaçqınların Yunanıstan, Bolqarıstan üzərindən Avropaya geçmələrinə icazə verdi. Beləcə Avropa Türkiyədə olan 4 milyondan çox qaçqınların Avropaya doğru axınından son dərəcə narahat olmağa başlayıb. Türkiyə beynəlxalq sistemdə Suriyada vermiş olduğu mübarizənin hüquqa uyğun olduğunu və bu prosesdə dəstək almasını istəyir. Gözlədiyi dəstək alınmasa da, planlı əməliyyatı “Bahar qalxanı” əməliyyatını həyata keçirməyə başladı və gözləniləndən daha qısa müddətdə böyük uğur qazandı.

– Türkiyə-Suriya məsələsində hansı şərtlər daxilində barış mümkün ola bilər?

Həsən Oqtay: -Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyən bir siyasət aparır. Suriya torpaqlarında yaranan vəziyyətdən istifadə edən terror qruplarının Türkiyəyə qarşı etdiyi və edə biləcəyi hərəkətlərin qarşısını ala bilmək üçün Suriyaya müdaxilə etmək məcburiyyətində qalmışdır. Bu an Suriya rəsmən olmasa da həqiqətən 3 -ə bölünmüş vəziyyətdədir. Türkiyə bu parçalanmanı ortadan qaldırıb Suriyada konstitusiya işləri və demokratik seçki mühitini meydana gətirməklə sülhün hakim olması üçün mübarizə aparır. Bu mübarizə bəlkə illər davam edəcək amma Suriyanın ərazi bütövlüyü içində dövlət quruluşunu davam etdirməsi Türkiyənin ən əhəmiyyətli hədəfidir.

Ramiyə Məmmədova: -Suriya məsələsində sülhün yaradılması artıq göründüyü kimi Rusiya- Türkiyə münasibətlərinə əlbətdə ki, burda İranın və ABŞ-ın rolu istisna deyil və təbii ki, burda beynəlxalq aləmdə öz yerində. Sadəcə münaqişə elə məcraya gəldi ki, ortada ən çox yer alan aktorlar Rusiya və Türkiyə oldu. Türkiyə atıq bu məsələyə üzv olduğu NATO-nu, ATƏT-i və digər beynəlxalq qurumları barışdırıcı vasitə kimi işə saldı. Qərbə qaçqın zərbəsi vurmaqla onları məsələyə cəlb etdi. Lakin beynəlxalq qurumlar məsələyə biganə idilər. Çünki heç kim Rusiya ilə münasibətini korlamaq, nə də münaqişəyə getmək fikrində deyil. Bunun nəticələrinin daha acınacaqlı olduğunu bilirlər. Burda yenə də güc iki dövlətin – Türkiyə və Rusiyanı üzərinə düşəcək. Onlar bu məsələni bu həddə çatdırdıqları üçün, problemi “təyyarə məsələsi”ndə olduğu kimi çözməlidirlər. İki dövlət öz maraqlarını, yəni öncə gəlir gətirəcək iqtisadi maraqları və sonra təbii ki, siyasi maraqları masada həll etməlidirlər. Yoxsa bu münaqişə Yaxın Şərqin digər dövlətlərini də əhatə edərək həcmi böyüyəcək və bunun nəticəsini düşünmək belə çətindir. Təbii ki, burda Suriyaya böyük ziyan dəyəcək. Göründüyü kimi münaqişənin həlli yollarında Suriyanın torpaq bütövlüyünün bölünməsi mümkündür. Bu da təbii ki, Yaxın Şərqin xəritəsinin dəyişməsi deməkdir.

– Beynəlxalq qurumlar, regionun aparıcı dövlətləri barışdrıcı vasitəçi kimi ümumi işə hansı faydanı verə bilər. Bu müharibəni kim durdura bilər?

Ramiyə Məmmədova: – Türkiyə – Rusiya münasibətləri son olaylara doğru getdikcə gərginləşir. Lakin Rusiya xüsusi təhdidlər türk əsgərlərinə atəş açmadıqlarını, sonra isə onlara bölgədə türk əsgərlərinin olduğunun xəbər verilmədiyini deyirlər. Türkiyə bunu təkzib edir. Təbii ki, Rusiyada problemlər və Putin rejimini istəməyən qüvvələr var. Lakin düşünmürəm ki, bu münaqişədə Putinsiz bir əmr verilsin. Çünki bu münaqişə hər iki dövlət başçılarının birbaşa nəzarətindədir. Demək ki, Rusiya bilərəkdən Türkiyəyə ismarıc göndərir ki, dərinə getmədən Türkiyəni bu addımdan geri çəkindirsin. Lakin Türkiyə buna gedən deyil. Bu gün Türkiyənin hədəfi İdlib, lazım gələrsə Hələbə qədər getməkdir. Beynəlxalq aləm bu məsələyə qarışıb sülh yollarını masaya qoymalıdır. Təbii ki, əsas hədəf Rusiya ilə danışığa gedilməsi, sülhün bərqərar olması, bölgənin terrorçulardan təmizlənməsi və qaçqınların evlərinə dönməsidir.

Həsən Oktay: -Türkiyə döyüşü dayandırmaq qərarına gəlib. Cumhurbaşkanı Ərdoğan hazırda böyük bir telefon diplomatiyası aparır və bir çox görüşlər keçirir, Xüsusən, Tramp, Putin və Ruhani arasında. Putin və Ərdoğan martın 5-də görüşəcək və döyüşün dayandırılması barədə razılığa gələcəklər. Ərdoğanın Həsən Ruhani ilə apardığı telefon görüşməsi nəticəsində Rusiyanın kənara buraxılaraq Suriya, Türkiyə, İranin 3 lü bir toplantı reallaşdırma təklifi, əslində İranın bölgədəki niyyətini də açıq etməkdədir. “Qasım Süleymani əməliyyatı”ndan sonra İranın münasibətinə göstərdiyimiz diqqətin nə qədər doğru və real olduğunu da ortaya qoydu.

– Rusiya-Türkiyə münasibətləri hər iki dövlətlə sıx əmkdaş, müttəfiq olan Azərbaycana hansı əks təsirini verə bilər?

Həsən Oqtay: – Azərbaycanın Türkiyənin yanında dayandığını şərhi olduqca əhəmiyyətlidir. Xüsusilə Erdoğanın Bakıya səfəri bu baxımdan əhəmiyyətlidir. Rusiyanın Türk dünyası üzərindəki təsiri hələ davam etdiyi üçün Türkiyə Rusiya qarşıdurmasında ən çox Rusya türkləri mənfi təsir alırlar. Bu münaqişədə Rusiya türkləri rəqabət bölgəsindən xaric edilməlidir. Onun üçün Azərbaycanın Türkiyədən yana rəftar alamsı əhəmiyyətlidir. Yaxın günlərdə Rusiyada hakimiyyətdə və hətta rejimdə ciddi bir dəyişiklik olacaq. Suriya və İran Rusiyadakı hakimiyyət dəyişikliyini gündəmə gətirə bilər. Onun üçün Türkiyə “Bahar qalxanı” hərəkatını reallaşdıraraq proseslərin inkişafını nəzarət altına almışdır. Diplomatiyanın vaxtıdır.

Ramiyə Məmmədova: -Azərbaycanın Türkiyə ilə münasibətləri tək müttəfiqliyə, qonşuluğa dayanmır, Bizim dövlətlər qardaş dövlətlərdir. Təbii ki, bu gün münaqişə Türkiyə sərhəddində gedir. Azərbaycan bu münaqişədən xeyli uzaqda qalır. Lakin bu gün türk əsgərlərinin öldürülməsi və Türkiyədə baş verən bütün hadisələr bizi maraqlandırır, narahat edir. Türkiyənin güclü olması regionda və beynəlxalq aləmdə Azərbaycanın da güclü dəstəkçisinin olması deməkdir. Təbii ki, biz bu münaqişədə birbaşa iştirak edə bilmərik. Lakin bir türk dövləti kimi kimin yanında olduğumuz bəllidir. Azərbaycan hər zaman balanslaşdırılmış siyasət apardığı üçün həm Rusiya, həm Qərblə yaxşı münasibətlərini saxlayır. Bizim onsuz da Rusiya və Ermənistanla Qarabağ problemimiz var, bundan ötə başqa bir münaqişəyə də girmək böyük səhv olardı.

Tahirə Qafarlı
Versus.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir