KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsən Oqtay: “Bunlar hər an Ərdoğanı yox edə bilərlər”

Həsən Oqtay: “Bunlar hər an Ərdoğanı yox edə bilərlər”

Hasan Oktay Hasan Oktay - - 7 dk okuma süresi
409 0

Fuad Əliyev: “Azərbaycanda hətta rəsmi çağırış olsa da, bu cür istefaların baş verə biləcəyi real görünmür”

“Bizdə kiçik məmurlarımızdan tutmuş, böyük vəzifəlilərə qədər kreslodan elə yapışıblar ki…”

Türkiyə Cümhuriyyət müstəqilliyinin 94-cü ilinə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Bələdiyyə başqanlarını istefaya göndərməsi ilə daxil oldu. Türkiyədə illərdir vəzifələrdə olan bir sıra başqanların təntənəli, əl çalınaraq istefaya göndərilməsi normal görünsə də, birmənalı qarşılanmayıb. Başqanlar məhz Ərdoğan istədiyi üçün istefa verdiklərini bəyanlayıblar. Bu, “Türkiyə prezidentinin bu addımı hansı zərurətdən doğdu və Türkiyəyə nə vəd edir”- sualını gündəmə gətirib. Eləcə də Türkiyə təcrübəsinin Azərbaycanda həyata keçirilməsinin nə dərəcədə real ola biləcəyi birmənalı deyil.

Versus.Az məsələyə dair Türkiyə Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Həsən Oqtaya vs olaraq Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin məsələyə dair təhlillərini alıb.

“Bununla da yeni bir FETÖ – 15 iyul hadisəsinin qarşısı alındı”

Həsən Oqtay Versus.Az-a bildirib ki, Rəcəb Tayyib Ərdoğanın bələdiyyə başqanlarına qarşı başladığı bu hərəkət yeni bir FETÖ -15 iyul hadisəsini əngəlləmək üçün edilib. Ekspert bildirib ki, FETÖ-nun xaricində olan və kökündə ingilis neo-islamçı təşkilatları dayanan qrupların bələdiyyələrdə müəyyən imkanlar əldə etdiyi və Türkiyəyə qarşı yeni zərbələr hazırlamaq istədikləri məlum olub. Onun sözlərinə görə, bu məlumatlar Tayyib Ərdoğan komandasının 15 iyul FETÖ-nun zərbəsi ilə üz-üzə gələndən sonra neo-islamçı qrupun fəaliyyət tarixçəsini yenidən araşdırması zamanı üzə çıxıb:

“Tayyib Ərdoğan dövlətin gizli bilgilərini öyrəndiyindən Türkiyə Cümhuriyyətini ayaqda tutmaq üçün son günlərdə bu və buna bənzər əməliyyatlar həyata keçirəcəkdir. Çünki Ərdoğan yaxşı bilir ki, kökü xaricdə olan və əmrləri xaricdən alan qurumlar tərəfindən idarə olunan dövlətin gələcəyinin olması şansı yoxdur.

FETÖ və kökü xaricdə olan digər neo-islamçı təşkilatlar AKP iqtidarı dönəmində ciddi mənada dövlət qurumlarında yerləşiblər. Bu neo-islamçı təşkilatlar aldıqları təlimata əsasən Ərdoğana, Türkiyəyə qarşı yeni zərbə hazırlamaq üçün hər an hərəkətə keçə bilərlər. Bu baxımdan Rəcəb Tayyib Ərdoğan Türkiyə Cüumhuriyyəti dövlətinin gələcəyini sağlam şəkildə qorumaq üçün bu və buna bənzər təşkilatlarla ciddi mübarizə aparacaq”.

H.Oqtay bildirib ki, bu gün Türkiyəyə qarşı çıxan və iki fərqli cinahlarda hərəkət edən qurumlar arasında FETÖ ilə mübarizə aparmaq daha asandır. Amma AKP-nin içinə sızan və FETÖ ilə mücadilədə rol almış görünən 2-ci qanadı aşkarlamaq çox çətindir:

“Bunlar Ərdoğanı hər an yox edə bilərlər. Onun üçün də Ərdoğan İstanbul, Ankara, Bursa Bələdiyyə başkanlarını deyişdirərək 2 qrupda olan zərərli axının qarşısını aldı”.

““Ərdoğan istədiyi için getdik” cümləsi onu dünyaya diktator kimi göstərmək üçündür”

H.Oqtay bildirib ki, siyasi aləmdə Ərdoğanın əməlləri antidemokratik və əks reaksiyalar almaqla yanaşı, hətta diktator kimi qələmə verilir.

Onun sözlərinə görə, bu gün “Ərdoğan istədiyi için getdik” cümləsi Tayyib Ərdoğanı dünyaya diktator kimi göstərmək üçün səslənib və özlərini məsum göstərib, Ərdoğanı hədəfə gətirmək məqsədi güdür:

“Ərdoğan başqan olduqdan sonra əldə etdiyi kosmik bilgilər onun belə davranmasını zəruri edib. İngilis neo-islamçıları Türkiyədə həyata keçirdikləri oyunları ilə cümhuriyyəti aşağılamaqla padişahlığın geri gətirilməsi planını həyata keçirmək istəyirlər. Bu gün ingilis köklü neo -islamçılar vaxtilə ingilislərin islam dünyasının idarə edilməsinə son qoyan Mustafa Kamalın uğurunun intiqamını almaq istəyirlər. Lakin Ərdoğan buna qarşı çıxacaq və Türkiyə qazanacaqdır”.

“Məsələn, Bakı meri çoxdan istefaya getməli idi”

ALDP sədri Fuad Əliyev Versus.Az-a bildirib ki, Türkiyə kimi oturuşmuş bir dövlətdə belə istefaların baş verməsi normaldır:

“Türkiyədə bundan qabaq da dövlət işçiləri və partiya sədrləri istefalara gediblər. Hətta seçkilərdə partiyanın uğursuzluğu olanda sədrlər istefa verirlər. Demokratik bir cəmiyyət üçün belə hallar normal qarşılanır”.

F.Əliyevin sözlərinə görə, Azərbaycanda hətta rəsmi çağırış olsa belə, istefaların baş verə biləcəyi real görünmür:

“Hətta yaxın gələcəkdə məmurların istefalarının baş verəcəyini gözləmirəm. Bizdə yuxarı vəzifələrdə oturanlar heç bir halda istefaya getmirlər. Hətta bir az əvvəl müşahidə etdiyimiz kimi, bəzi məmurların övladları, nəvələri kriminal hadisələr törətsələr də, işlərində ciddi nöqsanları olsa da, bu baş vermədi. Məsələn, Bakı şəhər meri Hacıbala Abutalıbov artıq neçə illərdir ki, vəzifədədir. Bakı şəhərində baş verən bütün problemlər onu göstərir ki, mer çoxdan istefaya getməli idi. Görünür, bizdə hələ ki, istefa mədəniyyəti formalaşmayıb. Türkiyədə olduğunun tam əksi olaraq, bizdə Azərbaycan prezidenti istefa müraciəti etsə belə, ona məhəl qoyan olmayacaq. Hətta bunun normal qəbul ediləcəyinə də inanmıram”.

ALDP sədri bildirib ki, Azərbaycanda vəzifəli şəxslərin öz kreslolarına bağlılığının ölçüsü yoxdur:

“Bugünkü nazirlərin, məmurların çoxu 20 ildən çoxdur vəzifədədirlər. Onlar hesab edirlər ki, Heydər Əliyevlə birlikdə komanda olaraq hakimiyyətə gəliblərsə, ömür boyu həmin vəzifədə qalmalıdırlar, kimsə bunlara toxuna bilməz. Milyardlarla pulları mənimsəyirlər və gələcək milyardların silinməsində də həmin mövqeni ortaya qoyurlar. Ona görə də hər vəclə çalışırlar ki. vəzifələrində qalsınlar. Kiçik məmurlarımızdan tutmuş, böyük vəzifəlilərə qədər kreslodan elə yapışıblar ki, sanki ömürlük kirayə götürüblər”.

T.Qafarlı

http://versus.az/turkiy%C9%99d%C9%99ki-istefa-t%C9%99crub%C9%99si-v%C9%99-az%C9%99rbaycandaki/

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir