ÜNİVERSİTELERİN KRİTER YARIŞI VE SÖZDE “KALİTELİ DERGİ” ANLAYIŞI

Baguz tepesine bayrak diken ypg-pkklı teröristler ne yapmak istiyor

Novruz bayramı haqqında bilmədiklərimiz

İran göydə ABŞ-la yarışır – pilotsuz təyyarələrin istehsalını genişləndirir

HƏMSƏDRLƏR HƏM İRƏVANA, HƏM DƏ BAKIYA “YOX” DEDİ

Azerbaycan, Ermenistan 10 Mart 2019
29

ATƏT-in Minsk Qrupunun son bəyanatı həm Bakıya, həm İrəvana mesaj əhəmiyyəti daşıyır.

Birincisi, həmsədrlər bildirirlər ki, iki ölkə liderinin birbaşa dialoqunu dəstəkləyirlər və yeni görüş hazırlayırlar.

İkincisi, həmsədrlər bildirirlər ki, tərəflərdən birinin razılığı olmadan danışıqlar formatının dəyişdirilməsinin əleyhinədirlər. Bu Ermənistanın baş naziri Nikol Paşinyana mesajdır.

Üçüncüsü, həmsədrlər ATƏT sədrinin bölgədəki təmsiliçisinə tam dəstək ifadə etdiklərinin bildirirlər. Bu isə rəsmi Bakıya mesajdır. Çünki, Azərbaycan Nazirlər Kabineti ATƏT sədrinin bölgədəki təmsiliçisi Anjey Kasprçikin fəaliyyətini kəskin tənqid edən hesabat açıqlayıb. Başqa sözlə rəsmi Bakı Kaspçikin dəyişdirilməsini istəyir. Həmsədrlər isə cavab olaraq “yox” deyirlər.

Dördüncüsü, həmsədrlər növbəti dəfə münaqişənin həllinin yolunu göstərirlər: 1.Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılmalıdır. 2. Dağlıq Qarabağa özünüidarəetməni və bölgənin təhlükəsizliyini əks etdirən müvəqqəti status verilməlidir. 3. Dağlıq Qarabağ Ermənistanla təhlükəsiz koridoruna malik olmalıdır. 4. Dağlıq Qarabağda referendum keçirilməlidir. 5. Bütün köçkünlər geri qayıtmaq imkanına malik olmalıdırlar. 5. Bölgənin təhlükəsizliyinə beynəlxalq səviyyədə təminat verilməli və sülhməramlı qüvvələr yerləşdirilməldir.

Deyəsən həmsədrlər əməlli-başlı əsəbləşiblər. Yoxsa həm Bakıya, həm də İrəvana xəbərdarlıq mesajlarıyla dolu bəyanat göndərməzdilər.Bəyanatda bir məqam da diqqəti çəkir: Əvvəlcə referendum tarixi müəyyənləşməli, ondan sonra köçkünlərin geri qayıdışı təmin olunmalıdır.
Elhan Şahinoğlu

Yorumlar