Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının Tiflisdəki “Saburtalo Tələbə Yurdu”nda “Qanla yazılmış Müstəqillik tariximiz” adlı semian təşkil olundu.
20 yanvar tarixində Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının Tiflisdəki “Saburtalo Tələbə Yurdu”nda “Qanla yazılmış Müstəqillik tariximiz” adlı semian təşkil olundu. Seminarın mühazirəçisi Kosalı ictimai məktəbinin tarix müəllimi və “Yeni Yol” qəzetinin redaktoru Afiq Muxtaroğlu Azərbaycan xalqının mərdliyindən və cəsarətindən, azadlıq sevərliyindən danışdı. Və buna da ən bariz nümunə olaraq ən yaxın tariximizdə yəni 1990-cı ilin 20 yanvar gecəsində baş vermiş hadisəni misal gətirdi. O, bu hadisəni bir faciə kimi deyil, bir qəhrəmanlıq xatirəsi olaraq anılmasının gərəkliliyini vurğuladı. Çünki bugünkü Azerbaycan Respublikasının müstəqilliyi o günkü şəhidlərin qəhrəmanlıqları sayəsində əldə olunmuşdur deyə sözlərinə davam etdi. Seminarın sonunda A. Muxtaroğlu tələbələrin suallarını cavablandırdı. Onu da qeyd edək ki, seminarda Tiflisin müxtəlif universitetində təhsil alan tələbələrlə birlikdə “Uğur” jurnalının redaktoru və “Uğur” təşkilatının sədri Hacı Bəkiroğlu, “Saburtalo Tələbə Yurdu”nun müdiri Rüstəm Mazanov və “Qardabani Gənclər Mərkəzi”nin sədri Elsevər Əhmədov da iştirak edirdilər.
Hacı Salih Bekiroğlu/Tiflis
GYMD- Universet Tələbələri ilə Qanla yazılmış Müstəqillik tariximiz” adlı semian təşkil etdi.
279 0

EtiketlerGYMD- Universet Tələbələri ilə Qanla yazılmış Müstəqillik tariximiz" adlı semian təşkil etdi.
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.