KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. GYMD – QARDABANİDƏ TƏNTƏNƏLİ İFTAR AXŞAMI KEÇİRİLDİ

GYMD – QARDABANİDƏ TƏNTƏNƏLİ İFTAR AXŞAMI KEÇİRİLDİ

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
576 0

GYMD – QARDABANİDƏ TƏNTƏNƏLİ İFTAR AXŞAMI KEÇİRİLDİ

İyunun 16-da Qardabagardabaniiftarnidə 300 nəfərə yaxın insanı bir araya gətirən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edildi. İftar süfrəsi Əziz Mahmud Hüdayi vəqfinin maliyyə dəstəyi və Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının təşkilatçılığı ilə baş tutdu.
İftar mərasimi Marneulidəki II Kosalı İslam mədrəsəsinin müdiri Hacı Natiq Əliyevin oxuduğu əzan və Qurani-Kərimdən ayələrlə başladı.
Daha sonra mərasimin aparıcısı Hacı Bəkiroğlu toplaşanları salamlayaraq, tutulan orucların, edilən duaların Allah dərgahında qəbul olunması arzularını ifadə etdi, müsəlmanları müqəddəs Ramazan münasibətilə təbrik etdi.
Mərasimdə çıxış edən Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev birlik, bərabərlik, qardaşlıq və paylaşım ayı olan Ramazanın özəlliklərini dilə gətirərək, qonaqlara xoş arzularını bildirdi. gar
Kürsüyə dəvət edilən Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü də mərasim iştirakçılarını qardaş türk xalqı adından salamladı, Ramazan ayının hər bir müsəlman üçün düşərli olmasını dilədi.
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyev öz çıxışında on bir ayın sultanı olan Ramzan ayının məziyyətlərini dilə gətirərək, bu ayın İslam tarixində müstəsna əhəmiyyətini vurğuladı.
Qardabani icra nümayəndəsinin müavini Dünyamalı Hacıyev çıxışında bütün müsəlmanları müqəddəs Ramazan münasibətilə təbrik edərək, Gürcüstanda dinlərarası münasibətlərin üstün səviyyədə olmasını, Gürcüstan dövlətinin bütün dindarlara, o cümlədən də müsəlmanlara qayğı göstərdiyini dilə gətirdi.
yasinaliyev
Marmara universitetinin Gənəl Türk tarixi fakultəsinin tələbəsi Cəfər Mustafalı çıxışında islam və türk tarixinin qarşılıqlı əlaqələri məsələsini vurğulayaraq, mərasim iştirakçılarına xoş arzularını bildirdi.
Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığının Gürcüstan üzrə dini müşaviri Nəbi Gümüş islam tarixində elm və biliyin müstəsna əhəmiyyətini önə çıxararaq, hər bir müsəlmanın elm dalınca getməli olduğunu vurğuladı, hər bir kəsə uğurlar arzuladı.
“Yeni Yol” qəzetinin redaktoru Afiq Muxtaroğlu çıxışında qəzetin kollektivinin tutduğu mövqe, güddüyü məqsəd barədə fikrini bildirdikdən sonra, mərasim iştirakçılarını müqəddəs ramazan münasibətilə təbrik etdi.
Mərasimdə çıxış edən “Yeni Yol”un əməkdaşı Sahib Mustafa da mərasim iştirakçılarını təbrik edərək, onlara uğurlar arzuladı.
iftar
Onu da qeyd edək ki, “Yeni Yol” qəzetinin 1 yaşı tamam olması səbəbiylə qəzetin fəal yazarları Afiq Muxtaroğluna, Afayət Afiqə, Sahib Mustafaya, Eəsevər Əhmədova və Hacı Bəkiroğluna Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı tərəfindən təşəkkürnamə verildi.
Tədbiri II Kosalı İslam Mədrəsəsinin tələbəsi Elnur Əlləzov və Qardabani Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən “GÜL” uşaq bağçasının şağirdləri oxuduqları dini musiqi və şeirlərlə daha da şənləndirdilər.
Məclis II Kosalı İslam Mədrəsəsinin müəllimi Ruslan Hacıxəlilovun oxuduğu dua ilə başa çatdı.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir