KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. GYMD-NİN OFİSİNDƏ SERTİFİKAT TƏQDİM ETMƏ TƏDBİRİ KEÇİRİLDİ

GYMD-NİN OFİSİNDƏ SERTİFİKAT TƏQDİM ETMƏ TƏDBİRİ KEÇİRİLDİ

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
446 0

Bu gün (01.06.2018) Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının Qardabanidəki ofisində eyni adlı təşkilatın nəzdində fəaliyyət göstərən dil kurslarından Gürcü dilini bitirən tələbələrə sertifikat təqdim etmə tədbiri keçirildi.

Tədbirin aparıcısı Hacı Bəkiroğlu qonaqları salamladıqdan sonar təşkilatın nəzdində fəaliyyət göstərən dil kursları haqqında tədbir iştirakçılarına qısa məlumat verdi. O, həmçinin kursda təhsil alan 54 tələbədən 30 nəfərinə sertifikat təqdim olunacağını vuruğuladı. Bu tələbələrdən 7 nəfəri isə yüksək bal toplayaraq fərqlənmə sertifikatı aldılar.

Sonra isə çıxış üçün sözü Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyevə verdi. M. Hacıyev “Mən ilk olaraq bu gün həm sertifikat alan tələbələrimizi həm də dünyadakı uşaqları “Dünya Uşaqlar Günü” münasibəti ilə təbrik edirəm. Bu gün necə ki, bu tələbələr üçün əlamətdar bir gündür, bir o qədər də bizim üçün əlamətdar gündür. Çünki bizlər də cəmiyyətə faydalı bir iş gördüyümüz üçün sevinirik. Bir daha bu körpə balaları təbrik edir, gələcək həyatlarında uğurlar arzu edirəm” deyə çıxış etdi.
Daha sonra İkinci Kosalı İslam Mədrəsəsinin müdiri Natiq Əliyev çıxış edərək Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının bu gözəl işlərini alqışladığını ifadə etdi və bu kursların davamlı olmasını arzuladı. Bir valideyin olaraq iştirak edən Kosalı ictimai məktəbinin müəllimi Afiq Muxtaroğlu da bu cür kursların şagirdlərin təhsil həyatında böyük rol oynadığını bildirdi.
Həmçinin tədbirdə iştirak edən Nəzərli kəndinin deputatı Şəhadət Mehrəliyevdə çıxışı zamanı bu gözəl işdə əməyi keçənlərə təşəkkür etdi və körpə fidanlara həm təhsil həyatlarında həm də şəxsi həyatlarında uğurlar arzuladı.
Çıxış üçün söz alan Gürcü dili müəlliməsi Nübar Bayramova maraqlı məqamlara toxunaraq bu qədər qız uşağının təhsil almasının sevindirici hal olduğunu vurğuladı.
Tədbirdə kurs tələbələrinin hazırladıqları seirlər və çıxışlar səsləndirildikdən sonar sertifikatlar təqdim olundu.

Onu da qeyd edək ki, bu kurs müddətində əməkləri keçən Gürcü dili müəllimələri Afayət Əliyevaya, Nübar Bayramovaya və təşkilatın kurs işlərindən məsul şəxs Binali İslamoğluna da təşkilat tərəfindən təşəkkürnamə təqdim olundu.
Sonda tələbələrlə birlikdə xatirə şəkli çəkdirildi.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir