Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının təşkilatçılığı ilə Tbilisidə “Gürcüstanlı Tibb Tələbələrinin Türkiyədə Təcrübə və Türkiyəni Tanıma Layihəsi” İştitakçılarına Sertifikat Vermə Tədbiri keçirilib. Tədbir 7 aprel tarixində “Tiflis Palace” otelində baş tutub.
Təbdirdə Layihə ilə bağlı video çarx nümayiş etdirildikdən sonra Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev çıxış edərək layihə haqqında məlumat verib və layihənin tələbələr üçün əhəmiyyətindən danışıb.
Daha sonra Türkiyə Cümhuriyyətinin Gürcüstandakı səfiri xanım Fatma Ceren Yazqan, Azərbaycan Respublikasının Gürcüstandakı səlahiyyətli səfiri cənab Faiq Quliyev, lahiyə iştirakçılarından İvane Cavaxişvili Universitetinin tələbələri Mariam Elisaşvili və Xıdır Əhəmdov çıxış ediblər.
Tədbirin sonunda layihə iştirakçılarına təcrübə gördükləri Uludağ Universiteti tərəfindən verilmiş sertifikatlar təqdim olunub.
Xatırladaq ki, “Gürcüstanlı Tibb Tələbələrinin Türkiyədə Təcrübə və Türkiyəni Tanıma Layihəsi” Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının təşkilatçılığı və Yurtdışı Türkler ve Akraba Toplukuklar Başkanlığının (YTB) dəstəyi ilə 2015-ci ildən etibarən həyata keçirilir. Bu günə qədər bu layihədən 120- dən çox tələbə istifadə edib. COVİD-19 pandemiyası səbəbi ilə layihəyə 2020-ci ildən etibarən dayandırılıb.