“Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı dostluq, tərəfdaşlıq və əməkdaşlıq münasibətlərini pozmaq istəyən, bu istiqamətdə fəaliyyət göstərən qüvvələr var”. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev fevralın 23-də keçirdiyi brifinqdə söyləyib.
Politoloq Azərbaycan, Gürcüstan və Türkiyənin regionda birgə həyata keçirdikləri Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, eləcə də TAP və TANAP kimi layihələrin əhəmiyyətini xüsusilə qeyd edib: “Bu layihələr təkcə bu üç ölkənin deyil, bütövlükdə Avropanın və Asiyanın sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin bərpa olunmasında mühüm rol oynayır. Təəssüf ki, bu inkişafı istəməyən, regionda qarşıdurma və münaqişələrin yaşanmasında maraqlı olan qüvvələr var. Bu qüvvələr yerli mətbuat vasitəsilə Azərbaycan və Türkiyə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayırlar”.

Ə.Babayev gürcü mətbuatını yalan, ölkələrimiz arasında münasibətləri pozmağa yönəlmiş məlumatlar yaymamağa çağırıb.
O, bu işdə erməni separatçılarının əlinin olduğunu istisna etməyib: “Əslində, həmin qüvvələr bu yolla Gürcüstanda yaşayan azərbaycanlıların təhsil və digər sosial problemlərini ört-basdır etməyə çalışırlar”.
- Anasayfa
- »
- Azerbaycan
- »
- Gürcüstanlı politoloq: “Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı münasibətləri pozmaq istəyən qüvvələr var”
Gürcüstanlı politoloq: “Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı münasibətləri pozmaq istəyən qüvvələr var”
414 0

EtiketlerGürcüstan və Türkiyə arasındakı münasibətləri pozmaq istəyən qüvvələr var"Gürcüstanlı politoloq: "Azərbaycan
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.