KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Gürcüstanın Batumi şəhərində kütləvi iğtişaş

Gürcüstanın Batumi şəhərində kütləvi iğtişaş

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
442 0

Gürcüstanın Batumi şəhərində etiraz aksiyası zamanı baş verən qarşıdurma nəticəsində azı 20 nəfər xəsarət alıb, onlardan 11-i polis əməkdaşı, biri isə deputatdır. Bu barədə Acarıstan bölgəsinin səhiyyə naziri Zaal Mikeladze bildirib.
Yerli telekanalların məlumatına görə, xüsusi təyinatlılar Acarıstan Daxili işlər Baş İdarəsinin binasına daxil olmağa səy göstərən etirazçılara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.
“Respublika Xəstəxanasına 11 nəfər yerləşdirilib, onlardan 5-i polis əməkdaşıdır, üç nəfər qazdan zəhərlənmə simptomları ilə daxil olub. İki nəfər ambulator müalicəyə buraxılıb. Altı nəfərdə yüngül travmalar müəyyən edilib… Referal Klinikaya 10 pasiyent müraciət edib, onlardan 6-sı polisdir… Deputat İrakli Çeişvili başından ciddi xəsarət alıb. Onun sözlərinə görə, üzünə böyük daş dəyib”, – deyə Zaal Mikeladze “Birinci Kanal”ın efirində bildirib.
Məlumata görə, etirazçılar Acarıstan Daxili İşlər Baş İdarəsinin binası qarşısında üç polis avtomobilini yandırıblar.
Batuminin mərkəzində vəziyyət hazırda gərgin olaraq qalmaqdadır. Aksiya iştirakçıları polis maşınlarını daş-qalaq edir, ağaclara od vururlar, polis əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edir.
Bu arada ölkə prezidenti Georgi Marqvelaşvili hamını sakitliyə çağıraraq, vəziyyətin daha da gərginləşməsinə yol verməməyə çağırıb.
Qeyd edək ki, Batumidə martın 11-də yol polisi əməkdaşı yol hərəkəti qaydalarını pozduğuna görə sürücünü cərimələyib. Bəzi KİV-lər polisin sürücünü nalayiq sözlərlə təhqir etdiyini iddia edirlər. İnsidentin şahidi olmuş yerli sakinlər sürücünü dəstəkləyərək polis əməkdaşlarına müqavimət göstəriblər. Polisə müqavimət göstərənlərdən 6 nəfər saxlanılsa da, sonradan DİN rəhbərinin göstərişi ilə sərbəst buraxılıblar. İnsidentdən sonra Acarıstan Daxili işlər Baş İdarəsinin binası qarşısında 1000-dək etirazçı toplaşaraq yol polisi rəisi Malxaz Batiaşvilinin istefaya göndərilməsini tələb ediblər. Etirazçılar, M.Batiaşvilinin yol polisi rəisi təyin olunduqdan sonra cərimələrin məbləğinin artırıldığını iddia edirlər.
Gürcüstanda polis əməkdaşları və xüsusi təyinatlılar sübh tezdən Batuminin Çavçavadze küçəsini gecə boyu iğtişaşlar törətmiş etirazçılardan təmizləyib. Küçənin etirazçılardan təmizlənməsi əməliyyatı zamanı ciddi qarşıdurma baş verməyib.
Agentliyin məlumatına görə, xüsusi təyinatlılar əraziyə daxil olan kimi etirazçılar Çavçavadze küçəsini dərhal tərk etməyə başlayıblar. Rezin güllələrdən istifadə edən polis əməkdaşları saat 7.00-dək ərazini etirazçılardan tamamilə təmizləməyə müvəffəq olublar. Şəhərdə iğtişaş iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat davam etdirilir. Saxlanılanların sayı barədə məlumat verilmir.
Kommunal xidmətlərin küçədə bərpa və təmizlik işlərinə başladığı bildirilir. Dəymiş ziyanın həcmi müəyyənləşdirilir. İğtişaşların episentri olmuş Çavçavadze küçəsində avtomobillər yandırılıb, səkilər, vitrinlər, işıqforlar, mağazalar və s. obyektlər dağıdılıb.
İğtişaşlar zamanı azı 30 nəfərin xəsarət aldığı bildirilir……
Parvin Abdulayev/kafkassam/Tiflis

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir