Gürcüstanın Baş naziri Mamuka Baxtadze bü gün müqəddəs Qurban bayramı münasibəti ilə Tbilisi “Cümə” məscidində olub.
Baş nazir ölkə və dünya müsəlmanlarını müqəddəs bayram münasibəti ilə təbrik edib, onlara bolluq və firavanlıq, sağlam həyat, sülh və əminamanlıq arzulayıb. M. Baxtadze məscidə toplaşan müsəlmanlar qarşısında çıxış edərək deyib: “Qurban bayramı birlik, dostluq və sülh şəraitində yaşamaq üçün rəmzlərlədolu bir bayramdır. Bu bayram kimsəsizlərə, imkansızlara, ehtiyacı olanlara yardım bayramıdır. Bu gün əziz bayramı həmvətənlilərimlə birgə qeyd etdiyimdən çox şadam”. O çıxışı zamanı qeyd edib ki, “Əsrlər boyu Gürcüstanda bütün dinlər və etnik qruplar birgə güclü bir dövlət qurdular. Tarixdə olduğu kimi bu gün də keçmişin davamçıları olan yeni nəsil də əl-ələ verərək ölkənin inkişafına öz töhfələrini verməkdədirlər”.
Sonra Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze son zamanlar dövlətin ənənəvi dinlərə verdiyi dəstəkdən və dini sahədə görülən işlərdən danışdı.
Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi, hacı Ramin İgidov, Qərbi Gürcüstanın müftisi hacı Beqlar Kamaşidze və şərqi Gürcüstanın müftisi hacı Yasin Əliyev çıxıçları zamanı öncə iştirakçıları salamlayıb sonra Gürcüstanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, Allahdan onların dualarının, kəsilən qurbanların qəbul olunmasını diləyiblər. Gürcüstanım hökümət başçısına minnətdarlıq edib, dövlət tərəfindən son zamanlar göstərilən diqqət və qayğını müsbət qiymətləndiriblər. Din xadimləri çıxışlarının sonunda ölkə, dünya və dövlət üçün dualar edib, xoş arzularını bildiriblər.
GMİnin şeyxi, hacı Ramin İgidov əlavə olaraq qeyd edib ki: “Qurban bayramının böyük bayram olmasının səbəbi onda fədakarlıq, şəfqət, mərhəmət, yardımlaşma, birlik və səmimilik dərslərinin olmasındadır. Bu bayram üç səmavi dinin babası hesab olunan Hz. İbrahimdən insanlara ortaq miras olaraq qalmışdır. Buna görə də Allahın yaratdığı olan Adəm övladları məlum Qurban hadisəsindən ibrət almalı, həyatlarında yaşamalıdırlar. Amma təəssüflər olsun ki, bundan dərs almayan Adəm övladları arasında hələ də düşmənçilik, rəhimsizlik və şəfqətsizlik mövcuddur. Təəssüflə hələ də bir çox günahsız insanlar güc, sərvət və cəhalət qurbanıdırlar. Hələ də bu bayram günlərində milyonlarla insan aclıqdan əziyət çəkir, minlərlə insan aclıq ücbatından dünyasını dəyişir, yüzminlərlə insan isə evindən didərgindirlər”.
Tədbirdə Azərbaycanın və Kazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri də çıxış edərək bayram münasibəti ilə təbrik və xoş arzularını çatdırıblar.
Sonda Baş nazirə din rəhbələri tərəfindən hədiyyələr təqdim olunub. Görüş sonrası Baş nazir məscididə çay və şirniyyat süfrəsi ətrafında din xadimləri, Azərbaycan, İran, Kazaxıstan, İraq və digər müsəlman ölkələrinin səfirləri və Türkiyənin səfirlik nümayəndəsi ilə bir araya gəlib.
GÜRCÜSTANIN BAŞ NAZİRİ TBİLİSİ CÜMƏ MƏSCİDİNDƏ OLUB
441 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.