Kurtları seven Rus işadamı, Türklerin desteği sayesinde internetin yıldızı oldu

AVRUPA KOMİSYONU BAŞKANININ MEŞRUİYETİNİ TARTIŞABİLİRİZ… AMA ŞİMDİ DEĞİL!

ABD yeni savunma sekreter vekili Mark Esper

Esper: F 35 tam kapasite kullanılamayacak

Gürcüstandakı gərgin vəziyyət Azərbaycanın boru kəmərlərinə TƏHLÜKƏ VƏD EDİR

Gürcistan 9 Temmuz 2019
22

“Rusiya əleyhinə proseslər daha da qızışdırcı mərhələyə keçir. Görünür burada üçüncü qüvvələr hakimiyyətlə Rusiya arasında müəyyən bağları qoparmağa çalışır. Çünki, Bidzina İvanaşvilinin nəzarətində olan hökümət Rusiya ilə müəyyən əlaqələri bərpa edib və bu istiqamətdə daha da irəliyə addımlar atır. Bu proses həm daxildə, həm də xaricdə qərbyönümlü dairələri narahat edir. Onlar çalışırlar ki, hazırkı hakimiyyəti devirib, anti-Rusiya siyasətini yenidən bərpa etsinlər”.

Politoloq qeyd edib ki, Rusiya Gürcüstandan yeni güzəştlər qoparmağa çalışır:

“Bu güzəştlərin içərisində Abxaziyadan keçməklə Ermənistan dəmiryolunun açılışı da var. Bu, bütövlükdə Qərbin maraqlarına zidd addımdır. Çünki, Rusiyanın Ermənistanla asan şəkildə quru yolu bərpa edildikdən sonra Qərbin regionda enerji və təhlükəszilk maraqları risk altında olacaq. Ona görə də Bidzina İvanaşvilinin Moskva yönümlü siyasətinə qarşı formalaşmış bu daxili etirazlar gürcü xalqının milli təhlükəsizliyinə və regionun stabilliyinə xidmət edir”.

M. Əsədullazadə vurğulayıb ki, etirazlar genişlənərsə, hakimiyyət dəyişə bilər:

“Hətta Vahid Milli Hərəkat partiyası hakimiyyəti götürə bilər. Davam edən gərginlik fonunda Rusiya proseslərə tamaşaçı qismində qalmayacaq. Ölkəyə sanksiyalar tətbiq edəcək və Cənubi Osetiya istiqamətində sərhədləri Gürcüstanın içərilərinə kimi çəkəcək. Bu da Azərbaycanın neft boru kəmərinə təhlükə vəd edir. İvanaşvilinin “Gürcü Arzusu” partiyası artıq daxili legitimliyinə zərbə vurdu və seçkilər keçirilərsə, xalqın səsini qazanmayacaq”.

Politoloq bildirib ki, hazırda İvanaşvili konfendensial olaraq Rusiya ilə diplomatik danışıqlar aparır:

“Bunu da xalq bilir və “Rustavi-2” televiziyasında Rusiya prezidenti Vladimir Putinin şəxsinə qarşı aparıcı tərəfindən söyüş olunması, artıq gürcü tərəfnin barışmaz yola qədəm qoyduğunu göstərir”.

Xatırladaq ki, ötən gecə “Postskriptum” proqramının aparacısı Giorgi Qabuniyanın Kreml rəhbərinin ünvanına rus dilində qeyri-etik ifadələr səsləndirməsi birmənalı qarşılanmayıb. Gürcüstanın “Rustavi 2” televiziyasının rəhbərliyi efirdə Rusiya prezidenti Vladimir Putinin ünvanına səslənən təhqiramiz ifadələrə görə üzr istəyib.

Firuzə Vahid / REDAKTOR.AZ

Yorumlar