KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Gürcüstanda inqlab küləyi əsir

Gürcüstanda inqlab küləyi əsir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
381 0


Bir müddət əvvəl Gürcüstanın baş naziri Georgi Kvirikaşvili eks baş nazir Bidzina İvanaşvilinin siyasətə dönəcəyini bildirdi.Bu açıqlama siyasi dairələrdə çaşqınlıq və böyük hərəkətlilik yaratdı.Çünki İvanaşvili bundan əvvəl dəfələrlə siyasətə qayıtmayacağını bildirmişdi.Məsələnin digər bir maraqlı tərəfi isə o oldu ki, bu açıqlama İvanaşvilinin əzəli rəqibi olan keçmiş prezident Mikayıl Sakavşili ölkəyə yenidən dönəcəyini açıqlamasının və Ermənistanda “Məxməri inqlab”ın baş verdiyi və ölkə iqdisadiyyatının pisləşməyə doğru getdiyi bir dövrdə baş verdi.Açıq etiraf etmək mümkündür ki,”Gürcü Arzusu” iqdidarı ölkədə elədə nəzərə çarpacaq bir uğura imza ata bilmədi.Həmdə ki,Ukraynadakı son proseslərdən sonra Sakaşvilinin Gürcüstandada siyasi nüfuzu xeyli yüksəldi.Mövcud hökuməti qorxudan digər bir məqam isə Ermənistanda baş verən inqlabdır.Qeyd edim ki,hər iki qonşu dövlət parlament respublikasıdır və oxşar sennari Gürcüstandada baş verə bilər.İvanaşvili hakimiyyətə gələrkə hər nə qədər Rusiyanın adamı olsada işğala məruz qalan ölkəsində təbii baş qaldırmış anti-Rusiya əhvalını nəzərə alaraq qərblə Rusiya arasında balans siyasəti yeritmək kursunu götürmüşdü.Ancaq ondan sonra hakimiyyətə gələn baş nazir Kvirikaşvili və prezident Margelaşvili bu siyasəti davam etdirməkdə çətinlik çəkir.Hazırda Gürcüstana baxdıqda demək olar ki,ölkə durğunluq dövrünü yaşayır.İqdisadiyyatda nəzərə çarpacaq bir irəliləyiş yoxdur.Aparılan son rəy sorğularda “Gürcü Arzusu” nun səslərində bir azalmanın olduğunu gösdərir.Buna görədə İvanaşvili kənardan yol gösdərdiyi avtomobilin sükanı arxasına indi özü oturmaq qərarını verib.Güman ki,növbəti seçkilərdə onun baş nazirliyə namizədliyi irəli sürüləcək.Ana müxalifət “Vahid Gürcüstan Uğrunda Hərəkat” Partiyası isə zənnimcə, növbəti seçkilərə Sakaşvilinin liderliyində gedəcək.İvanaşvili hakimiyyətə qayıtmaq isdəsə belə bu heçdə asan olmayacaq.Əgər seçkidə onun partiyası qalib gəlsə çox güman ki,bu dəfə Sakaşvili tərəfdarlarlarının kütləvi etiraz aksiyalarına məruz qalacaq.Ukraynadakı siyasi prosseslərdən uzaqlaşaraq artıq bütün diqqətini Gürcüstana yönəltmiş Sakaşvili üçün isə hakimiyyətə qayıtmaq isdəyən İvanaşvilini diktatorluqda təqsirləndirməkdən gözəl fürsət bəlkədə əl
ələ düşməz.Gürcüstanda son siyasi prosselər ölkədə gələcək müddətdə siyasi atmosferin gərginələşəcəyini gösdərir.İndi gürcülər artıq öz seçimlərini etməlidirlər.Ya onlara Tiflisin ən hündür ərazisindəki evindən baxan rusmeyilli məşhur oliqarx Bidzina İvanaşvilini,yada Kremlin qatı düşməni olan məşhur inqlabi siyasətçi Mikayıl Sakaşvillini seçməlidirlər.
Zeynalabid Əmrəliyev
Qərbi Kaspi Universtetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir