KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSININ 2016-CI İL ÜÇÜN İLLİK HESABAT TƏDBİRİ KEÇİRİLDİ

GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSININ 2016-CI İL ÜÇÜN İLLİK HESABAT TƏDBİRİ KEÇİRİLDİ

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
459 0

Ötən ildə olduğu kimi bu gün də Tbilsidə Bütün Gürcüstan Müsəlmanları idarəsinin illik hesabatı ilə bağlı tədbir keçirildi. Tədbirdə din xadimləri, dövlət rəsmiləri və səfirlik nümayəndələri və elm və ictimaiyyət xadimləri iştirak etdi. Hesabat tədbirini keçirməkdə əsas məqsədin şəffaflığı təmin etməklə ictimaiyyəti məlumatlandırmaq, onların irad təkliflərini dinləməkdir.
Qurani-Kərimin tilavəti ilə başlayan tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov öncə İdarənin illik hesabatını təqdim etdi. İl ərzində görülən işlər və dini sahədə olan çətinlik və narahat edən məsələlər haqda ətraflı məlumat verdi. Hesabatda bir il ərzində ölkə ərazisində 46 məsciddə təmir işləri aparıldığını, bir neçə məscidlərin səs gücləndirici, xalça və s. bəzi ehtiyaclarının qarşılandığını, 130 məscidin qeydiyyatdan keçməsini qeyd etdi.
Bu müddət ərzində maarifləndirmə sahəsində görülən işlərdən – azərbaycan və gürcü dillərində ümumilikdə 35 dini kitab nəşr edildiyindən, iri tirajda jurnal, qəzet və praşurların nəşrindən, İdarənin fəaliyyət göstərən internet saytlarından, yaranmış internet televizyasında 350-dən çox dini verlişin hazırlanmasından və çox sayda təşkil olunan konfrans, elmi görüş, təlim proqramları, Quran və elmi yarış və seminarlardan danışıldı. Eyni zamanda İdarənin Ramazan, Qurban bayramları zamanı və “beynəlxalq əlillər və uşaqlar” günlərində kimsəsiz, yoxsul və fiziki qüsurlulara edilən yardımlardan, “Sədəqə” fondundan və toplanan ianələrdən fəqir, ehtiyaclı və zərərçəkən ailələrə edilən yardımlar haqda statistik məlumatları proektorla nümayiş etdirərək iştirakçılara çatdırdı.
Sonra çıxış edən Şərqi Gürcüstanın müftisi Hacı Yasin Əliyev və Hacı Beqlar Kamaşedze qonaqları salamladıqdan sonra sağlam və ənənəvi İslam dininin inkişafı yolunda diqqət və dəstəyini əsirgəməyən Gürcüstan dövlətinə, insanları doğruluq və dürüstlüyə səsləyən və dinimizin təbliğ və tədrisi yolunda çalışan din xadimlərinə, yardımını və dəstəyini əsirgəmən müsəlman ictimaiyyətinə və İdarə ilə əməkdaşlıq göstərən yerli və xarici təşkilatlara təşəkkür edib minnətdarlıqlarını bildirdilər. Onlar dinimizin təbliği və mənəviyyatlı, vətənpərvər və tolerant Gürcüstan vətəndaşlarının inkişafına zəmin yaradan belə işlərin gələcəkdə də həyata keçiriləcəyindən danışdılar. Çıxışlarının sonunda qeyd etdilər ki, “unutmamalıyıq dövlət və ictimaiyyət qarşısında hesabatdan çox Allah qarşısında hesabata hazır olub, imtahanlardan üzüağ çıxmaq yolunda çalışmaq lazımdır”.
Sonra ölkənin Dini Məsələlərlə iş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze çıxış edərək Gürcüstanda ikinci çoxluq təşkil edən dinin ardıcılları olan müsəlmanları bütün dinlərin azad və mehriban şəkildə yaşamasını və dövlətin son illərdə göstərdiyi diqqət, qayğı və dəstəyin davam edəcəyini bildirdi. O BGMİ-nin il ərzində gördüyü işləri yüksək qiymətləndirərək Gürcüstan dövlətinin ölkə vətəndaşı olan ənənəvi din ardıcıllarının inkişafını alqışladığını, ancaq radikal, təkfirçi qruplaşmaların fəaliyyətlərinin yol verilməz olduğundan qarşısının alınması yolunda tədbirlər görüldüyünü söylədi.
Sonra tədbir iştirakçıları süfrə ətrafında bir araya gəlib təəssuratlarını bölüşdülər. Qonaqlara İdarənin bir illik hesabatını əks etdirən jurnal, dini qəzet və kitablar hədiyyə olundu.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir