Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Rus televizyon: O gece NATO neden Erdoğan’a yönelik olası suikasta göz yumdu

Putin Merkel görüşmesi

Gürcüstan “məxməri inqilaba” hamilədir?

Gündem, Gürcistan 1 Mayıs 2018
72


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynada siyasi fiaskosundan sonra yenidən üzünü Gürcüstana tutması, Cənubi Qafqazın bu ölkəsində yenidən inqilabi əhval-ruhiyyənin başlanmasına gətirə bilər. Ukraynada siyasi ehtirasla coşub-daşan Mixail Saakaşvili prezident Poroşenko qarşısında məğlubiyyətə düçar olduqdan sonra Avropada oturub, elmlə məşğul olması gözlənilmirdi/ Çünki, post-sovet regionuna məxməri inqilab üçün görəvləndirilən şəxsin yenidən meydanlara atılması gözlənilirdi. Onun Ukraynada uğur qazana bilməməsinin kökündə yad bir şəxsin xaricdən transfer olunaraq xalqın dəstəyini alması çox çətin idi. Həmçinin burada siyasi səbəbləri də göstərmək olardı. Onun Ukraynada həbsi və tutulanda adi kriminal şəxs kimi davranılması, xalqın böyük bir qismi tərəfindən dəstəklənməməsi, həmçinin Qərbin dəstəyinin kəsilməsi Saakaşvilinin Ukrayna siyasətinə demək olar ki, son verdi.

Ukraynada iqtisadi-siyasi problemlər olsa da, Poroşenko Qərb siyasətindən çəkilmədi və anti-Rusiya siyasətini inkişaf etdirdi. Ona görə də Saakaşvilinin Ukraynada inqilab planı baş tutmadı. Öz həyat yoldaşının vətəninə -Hollandiyaya dönərək, oradan öz vətəni-Gürcüstanda proseslərə qarışmağa təlimatını aldı. Çünki, Rusiyaya qarşı Qərbin sanksiyalarının kəskinləşdiyi bir dönəmdə Gürcüstanda oliqarx Bidzina İvanaşvilinin kölgəsi altında idarə edilən hökumət Rusiya ilə iqtisadi əlaqələri genişləndirir. Baxmayaraq ki, Avropa və NATO ilə əlaqələri rəsmi Tiflis qaydasında saxlayır. Amma Moskvaya revenranslar Qərbi narahat edir və İvanaşvilinin “Gürcü Arzusu” hərəkatının hakmiyyətinə son verməyə çalışır.

Qərb Saakaşvilini yenidən Gürcüstana yönəltməklə, İvanaşvili hakmiyyətinə son verməyi qərarlaşdırıb. Hollandiyada Saakaşvilinin Gürcüstandan olan müxaliflərlə görüşməsi və bunun “Rustavi” televiziyası ilə yayılması artıq Gürcüstan hakmiyyəti üçün siqnaldı. Qeyd edim ki, Saakaşvilinin bu fəallaşmasından narahat olan Bidzina İvanaşvili yenidən pərdəarxası siyasətdən çəkilib, siyasi səhnəyə qayıtmaq anonsunu verib. Yenidən Gürcüstanda Saakaşvili və İvanaşvili siyasi mübarizəsinin şahidi olacağıq. Saakaşvili üçün Gürcüstan Ukrayna deyil. Çalışacaq ki, Tiflisdə yenidən hakmiyyəti ələ alsın. Burada Qərbdə maraqlıdır və istənilən dəstəyi Saakaşviliyə verəcək. Tiflisdə əhalinin kütləvi etiraz aksiyalarının keçirilməsi üçün müxalifət işlər aparır. Əgər, Gürcüstanda Saakaşvili kütləvi etiraz aksiyalarını başlada bilsə, İvanaşvillinin siyasi sonunu gətirə bilər. Əhali də indiki hakmiyyətdən narazıdır. Gürcüstanda sosial -iqtisadi vəziyyət çətinləşib. Demokratiya və vətəndaş cəmiyyəti sahəsində ciddi problemlər var. Kriminal vəziyyət artıb. Ölkədə bu vəziyyəti dəyərləndirən sabiq prezident, qızıl gül inqilabının rəhbəri, bu dəfə məxməri inqilabla ölkəsinə qayıtmağı planlaşdırır. Bunun reallaşcağı isə, İvanaşvili ilə siyasi mübarizəsinin nəticələrindən asılı olacaq.

Mixail Saakaşvilinin hakmiyyətə gəlişi Azərbaycanın geosiyasi maraqlarına cavab verir. İndiki Gürcüstan hakimiyyətinin ölkəmizə qarşı siyasəti birmənalı deyil. Hakmiyyətə gəldiklərindən bəri ölkəmizə qarşı qaz və enerji şantajına əl atıblar. Ermənistanla Rusiya arasında dəmiryolu xəttini işə salmağa cəhd ediblər. Gürcüstanda soydaşlarımıza qarşı ayrı-seçkiliyə yol verirlər və s. digər məsələri qeyd etmək olar. Ona görə də Saakaşvilinin yenidən hakmiyyətə qayıtması həm ölkəmiz üçün, həm də oradakı soydaşlarımızın maraqlarına uyğundur. Xüsusi ilə Gürcüstanın milli təhlükəsizliyinin maraqlarına cavab verir.

Məhəmməd Əsədullazadə kafkassam bakü

Yorumlar