Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının nəzdində fəaliyyət göstərən Tbilisi Tələbə Yataqxanasında 20 yanvar şəhidlərinin xatirə günü anılıb.
GYMD tərəfindən təşkil olunmuş bugörüş seminar formatında həyata keçirilib və tələbələrin görüşünə Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin sədri Rafiq Hümmət dəvət olunub.
20 yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edildikdən sonra Rafiq Hümmət bu günün əhəmiyyətindən, bu günün tək Azərbaycan üçün yox həm də bütün dünya azərbaycanlıları üçün öyük əhəmiyyət daşıdığından söhbət açıb. Qonaq həmçinin Azərbaycan xalqının tarixdəki qəhrəmanlıqlarına nəzər salıb.
Səmimi keçən görüş sual – cavabla davam etdirilib.
kafkassam Tiflis