’’AVRASYA HİZMET ÖDÜLLERİ” SAHİPLERİNİ BULUYOR…

İsrail, Mısır-Yunanistan-GKRK Türkiye’yi Doğu Akdeniz’den ve Kıbrıs’tan kovmak istiyor

Papa Putin rekabeti: Ukrayna Ermenistan Kazakistan sıradaki neresi

Nazarbayev’in Kararına Kıbrıs’tan bakış

Gürcüstan – Azərbaycan iqtisadi əməkdaşlığında yeni hədəflər…

Azerbaycan, Gündem, Gürcistan 31 Ağustos 2018
50

Gürcüstanın baş naziri Mamuka Baxtadze avqustun 30-da Azərbaycana səfər etdi. O prezident İlham Əliyevlə görüşdü. Mamuka Baxtadze baş nazir olmamışdan əvvəl “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri idi. O bu vəzifədə bir neçə dəfə Bakıda olub. Yəni Mamuka Baxtadzenin bundan əvvəl də Azərbaycanla əməkdaşlıqda böyük təcrübəsi var.

İki ölkə arasındakı iqtisadi münasibətlər yüksək səviyyədədir. Buna misal olaraq xeyli birgə layihəni göstərmək olar. Üçtərəfli formatda (Gürcüstan-Azərbaycan-Türkiyə) da əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Gürcüstan iqtisadiyyatının əsas investorlarındandır. Azərbaycan uzun illərdir Gürcüstana xarici sərmayə qoyan ölkələr arasında birinci yerdədir. Buna həm də Gürcüstandakı münbit investisiya mühiti şərait yaradır.

Buna baxmayaraq, iki ölkə arasındakı iqtisadi və ticarət əməkdaşlığını daha da artırmağa potensial var. İlham Əliyevin Mamuka Baxtadze ilə görüşdə dediyi bu sözlər də bundan xəbər verir: “Hesab edirəm ki, indiki dövrdə biz ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə səylər göstərməliyik”.

Gürcüstanın baş naziri Mamuka Baxtadze da iki ölkə arasındakı əməkdaşlıqdan məmnundur: “Bizim birlikdə həyata keçirdiyimiz regional layihələr beynəlxalq əməkdaşlıq və region üçün həqiqətən çox faydalıdır. Bizim regional əməkdaşlıq çərçivəsində nəqliyyat, energetika və digər sahələrdə böyük uğurlarımız var”.

Buna baxmayaraq, Mamuka Baxtadze də İlham Əliyev kimi əməkdaşlığı artırmaq üçün potensialın olduğunu düşünür: “Potensialımız böyükdür və ümid edirəm ki, ikitərəfli əlaqələr nəticəsində və ikitərəfli layihələr həyata keçirməklə bu potensialı biz daha da yaxşı inkişaf etdirə bilərik”.

Beləliklə, Gürcüstanın baş nazirinin Azərbaycana səfərinin iki məqsədi var idi.

Birinci məqsəd əməkdaşlıqdakı uğurları bir daha qeyd etmək idi. Bunları hər dəfə qeyd etmək həm Azərbaycan, həm də Gürcüstan üçün faydalıdır.

İkinci məqsəd əməkdaşlığın artırılması istiqamətlərini müəyyənləşdirmək idi. Məsələn əsas hədəflərdən biri ticarət mübadiləsini yaxın iki ildə 50-60 faiz artırmaqdır.

Gürcüstan Azərbaycanla iqtisadi əməkdaşlığı artırarkən, Ermənistanla iqtisadi münasibətlərdə irəriləyiş yoxdur. Məsələn Rusiya ilə Ermənistanı Gürcüstan üzərindən birləşdirən nəqliyyat xəttində problemlər həll olunmamış qalır. Dağlardan keçən bu yol tez-tez bağlanır. Həmin yolun daima işlək qalması nə Rusiyanın, nə də Gürcüstanın marağındadır. Bundan əziyyət çəkən Ermənistandır. Ancaq Ermənistanın maliyyə vəsaiti yoxdur ki, həmin yolun işlək vəziyyətdə qalmasını təmin edə bilsin. Digər tərəfdən Gürcüstanda 15 sentyabrda qüvvəyə minəcək qərara görə taxılın və un məhsullarının Ermənistana quru yolla çatdırılması çətinləşəcək. Poti limanı üzərindən daşınan yüklərin hər tonuna görə əlavə 50 dollar ödəmək tələb olunacaq. Gürcüstan hökuməti taxılın və un məhsullarının dəmir yolu və dəniz limanı ilə daşınmasını tələb edir. Ermənistan artan qiymətlərin ona şamil olunmamasını istəyir. İrəvan Tbilisi ilə anlaşacağına ümid edir. Ancaq əgər anlaşma baş tutmazsa və daşınma qiymətləri artarsa bu avtomatik olaraq Ermənistanda çörəyin və un məhsullarının qiymətlərinin artımına səbəb olacaq. Ermənistana çörəyin qiymətlərinin artımına həm də Rusiya taxılının satış qiymətinin artımı təsir edir.

Gürcüstan hökumətinin Ermənistana güzəştə gedəcəyi mümkündür. Çünki Gürcüstanın da marağındadır ki, baş nazir Nikol Paşinyanın mövqeləri zəifləməsin. Ancaq bütün hallarda Nikol Paşinyan əlindəki resurslarla Ermənistanla Gürcüstan arasındakı iqtisadi əlaqələrin inkişafına nail ola bilməyəcək. Çünki bunun üçün Ermənistanın maliyyə resursları yoxdur.

Elhan Şahinoğlu


Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar