KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. GÜRCÜSTAN ƏRAZİLƏRİNİN İŞĞALININ 12-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB VƏ HƏLAK OLANLARIN MƏZARLARI ZİYARƏT OLUNUB

GÜRCÜSTAN ƏRAZİLƏRİNİN İŞĞALININ 12-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB VƏ HƏLAK OLANLARIN MƏZARLARI ZİYARƏT OLUNUB

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
285 0

Bu gün, Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə ölkə ərazilərinin işğalının 12-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Din xadimlərinin iştirakı ilə keçirilən tədbir çərçivəsində 2008-ci ilin avqustunda baş vermiş acı hadisə və torpaqların işğalı yad olunub.
Müharibənin acı nəticələri və qurbanları dərin hüznlə anılıb.
Tədbirdə çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, müftisi Hacı Yasin Əliyev və digər ruhanilər Gürcüstanın iki regionu – Abxaziya və Cənubi Osetiyanın 12 ildir ki, beynəlxalq qətnamələrə baxmayaraq haqsız işğala məruz qalmasına, işğal edilmiş ərazilərdə gürcü həmvətənlilərimizin hüquqlarının kobud şəkildə pozulmasına, tarixi dini məkanların və abidələrin məhv edilməsinə toxunmuşlar.
Eyni zamanda İslamda vətən sevgisi, vətənin keşiyində durmaq və rifahı və inkişafı yönündə çalışmanın önəmindən danışıblar. Ölkənin güclənməsi və ərazi bütövlüyünün inkişafı üçün dua ediblər.
Sonra din xadimləri Muxatqverdi adına qardaşlar fəxri xiyabanında olublar. Onlar 2008-ci ilin avqust ayında Rusiya ilə müharibə zamanı vətən uğrunda həlak olanların abidəsi önünə əkil və gül qoyaraq xatirələrini sükutla yad ediblər.

Ramin Igidov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir