Gündüz Musayev: RF də Azərbaycan diasporası yoxdur,diaspora ya toyda ya yasdadır
Boş verin RF -da Azərbaycan diasporası yoxdur Azərbaycandan gəlmiş etmik qrupların, reginçuların birliyi var.
Azərbaycanlıların arasında ziddiyyətlər davam edir.Azərbaycanların RF da təşkilatlanması boş söhbətdir.Türküstan coğrafiyasından fərqlidir nə xəbərləşmə nə də ciddi təşkilatlanma var.Çünki illərlə insanlar nə inancına hörmət edib ki,eyni inanc ətrafında cəm ola bilsinlər.(Cami sözü də burdan yaranın).Ümumi vətən onları birləşdirmir çünki etnik zəmində separatizmi dəstəkləyənlər var və erməni separatçıları ilə də dil tapa bilirlər. Azərbaycanlıların regioçuluq əsasında bir araya gələ bilirlər digər Azərbaycanlıların başında oyun oynaya bilsinlər və istəməzlər kim isə bir iş görüb irəliyə getsin. İllərdi sosial şəbələrdə Azərbaycanın etnik kriminalını reklam edib məhşurlaşdırılır ki,digər Azərbaycanlıları qorxu irisində saxlayıb idarə edə bilsinlər.Niyə onların qarşısı alınmır orası təcüblüdür.
Heç bir ölkədə Azərbaycanlıların ciddi surətdə təşkilatlanıb bir iş görməsi ciddi deyil.
Münasibətlərdə gərginlik yarananda diaspora deyib ictimayi cəmiyyətlərin üstünə düşürlər.İctimayi cəmiyyətlər bütün diasporanı birləşdirmir.Diasporanı kriminal adı ilə hədəf götürüb cəmiyyətlərin üzərinə düşürlər.Diasporada kriminal əgər varsa ictimai cəmiyyətlərlə nə əlaqəsi?Cəmiyyətlərin hökumət orqanlarında elə bir səlahiyyəti yoxdur.Diasporanın imkanlı insanlarını heç cəmiyyət maraqlandırmır onlar özlərinin şəxsi bizneslərini,mənafeyini genişləndirib öz keyfi üçün yaşayırlar.Amma adı kriminalda hallanan insanlar,iş adamlarının işləri pis gedən kimi bütün diasporanı ictimayi cəmiyyətlərin omları qorumaq üçün qalxan kimi istifadə edib məsələni böyütməyə maraqlıdırlar.Elə təsürat yaransln ki,bütün diaspora birdir böyük bir insan qrupu onların arxasında dayanır.Biriləri tərəfindən cəmiyyətləri də etnik zəmində əldə tutub fəaliyyətsizləşdirmə və ya başqa məqsədlər üçün istifadə edilməsi düşünmək lazım olan məsələdir.
Məsələ budur ki,Azərbaycan diasporası deyərək onu kriminalda günahlandırıb ictimayi cəmiyyətləri hədəf götürüb onların fəaliyyətini qadağan etmək istəyirlər.Halbuki cəmiyyətlərdəki az saylı insanlar öz təşəbbüsü və maliyyə qaynaqları hesabına Azərbaycanın mədəniyyətini tanıtmaq xalqlar arasında və dinlər arasında yaxşı sağlam münasibət yaratmağa çalışırlar.
Ortaya çox maraqlı bir nəticə çıxır niyə diaspora adı ilə ictimayi cəmiyyətlər hədəfə alınmışdır?
Çünki ictimayi cəmiyyətlər, bəzi fars yonlü təşkilatlanmış məzhəbçilərin çıxmaq şərti ilə bütün məsələri hüquqi müstəvidə həl etməyə çalışan,az ya çox saylı olsun yeganə təşkilatlanan birlikdir.Demək ki,hüquq sistemindən,sivil formada ,sağlam təşkilatlanma kimlərəsə lazım deyil.Başıpozuq kütləni idarə, manupuliyasiya etmək asandır.
Share this content:
Yorum gönder