KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Gultakin Hajibayli: Putin Rusiyanı əsir götürüb

Gultakin Hajibayli: Putin Rusiyanı əsir götürüb

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
341 0

Ukrayna ətrafında cərəyan edən gərginlik Rusiyaya baha başa gəlir.

Yanvar ayı ərzində Rusiya fond birjaları kifayət qədər dəyər itirdi.
Rusiyanın aparıcı şirkətlərinin aksiyaları ucuzlaşdı.
Təkcə bu ilin yanvar ayı ərzində Rusiya iqtisadiyyatının müxtəlif sahələri 15-20% itkiyə məruz qaldı.
Putinin yaxın çevrəsinə daxil olan oliqarxlar 25-30 milyard dollar civarında sərvət itirdi.
Bu oliqarxların adlı siyahısını əhatə edən sanksiyalar paketi ABŞ qanunvericilərinin masasına yatırılıb.

Təbii ki, dünyanın ən zənginlərindən olan, övladları, ailələri New York və Londonda yaşayan və bir çoxu ABŞ, Böyük Britaniya, Avropa Birliyi vətəndaşlığı almış Rusiya oliqarxları, Rusiyanın Rusiyadan çoxdan qopmuş hakim elitası Ukrayna ilə gərginliyin artmasını, yeni hərbi eskalasiyanı istəmir.

Rusiya vətəndaş cəmiyyəti, Rusiya müxalifəti Ukrayna ilə savaşa qarşıdır və hər imkanda Ukrayna xalqı ilə həmrəylik sərgiləyir.

Hətta Putinin Kiselyov, Popov, Simonyan, Solovyov kimi ruporları belə əhalinin əhval-ruhiyyəsinə bələd olduqlarından “Biz Ukrayna ilə savaşmalıyıq” deyil, “Kollektiv Qərb bizi slavyan qardaşlarımız ilə savaşdırmaq istəyir” təbliğatını aparırlar.

Rus xalqı, ümumiyyətlə, niyə slavyan qardaşları ilə savaşmalı olduğunu, rusların ukraynalıları, ukraynalıların rusları nə üçün öldürməli olduğunu anlamır və birmənalı olaraq bu savaşa qarşıdır.

Rusiyanın 140 milyonluq əhalisi Ukrayna ilə savaşmaq istəmir, bu savaşın Rusiyanın maraqlarına və mənafelərinə uyğun olmadığını düşünür, Rusiya və Ukrayna xalqlarına bədbəxtlik gətirəcəyi qənaətindədir.

Rusiyada Ukrayna ilə savaşı istəyən yalnız bir nəfər var: Putin!
Çünki o və yalnız o Rusiya üçün nəyin yaxşı və nəyin pis olacağına qərar verir!
Çünki o və yalnız o Rusiya üçün nəyin necə və nə zaman edilməli oldiğunu bilir!

Tanış mənzərədir, deyilmi?!
İlham Əliyevin ritorikasına necə də bənzəyir!
Yalnız mən, mən və yenə də mən!

Xalqlar nə istədiklərini bilmirlər, diktatorlar bilir!
Xalqlar öz talelərilə bağlı qərar qəbul edə bilməzlər, bu qərarları onların yerinə “dahi və uzaqgörən” diktatorlar qəbul edir.

Və beləcə 140 milyonluq Rusiya bir diktatorun girovuna çevrilib.
Putin Rusiyanı əsir götürüb.
Ona görə də Jirinovskinin biz azərbaycanlılar haqqında dediyi 9 milyon qoyun və çoban misalından kompleks keçirmək lazım deyil.
İndi 140 milyonluq Rusiyanı bir çoban idarə edir və bütün dünyanı qarşısına alıb ölkəsini onun 140 milyon vətəndaşı ilə birlikdə uçurumun dibinə sürükləməkdə israrlıdır.
Gultakin Hajibayli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir