Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Fuad Əliyev Türkiyə səfərindən qayıdıb. ALDP Mətbuat Xidmətinin yaydığı məlumata görə, F.Əliyev Türkiyədə Türkiyə Liberal Demokrat Partiyası (TLDP) sədri, QHT rəhbərləri və ölkənin bir sıra siyasətçiləri ilə görüşüb.
TLDP Genel Başkanı Gültekin Tırpancı ilə partiyanın Baş Qərargahında görüşən ALDP sədri Fuad Əliyev Azərbaycan-Türkiyə münasibətləri, Dağlıg Qarabağ münaqişəsi, partiyaların ikitərəfli münasibətləri, əməkdaşlıq məsələsrini müzakirə ediblər.
Gültəkin Tırpancı: “Qarabağ problemi bizim problemimizdir”Gültəkin Tırpancı bildirib ki, Azərbaycanın xalqının Qarabağ problemi bizim problemimizdir.
Fuad Əliyev öz növbəsində TLDP Genel Başkanı Gültekin Tırpancıya Qarabağ məsələsində öz mövqeyini açıq şəkildə bildirdidiyinə, TLDP-nın “Xocalını unutmayaq” kampaniyasını apardığına görə minnətdarlığını bildirib.
Gültəkin Tırpancı: “Qarabağ problemi bizim problemimizdir”Görüş və müzakirələrdən sonra partiya liderləri partiya atributları və hədiyyələri bir birlərinə təqdim etdilər. Görüşdə TLDP Genel Başqanın müavini Ulaş Okan, TLDP Genel Başkan Yardımçısı Hüseyn Tüzün və TLDP Ankara İl Başkanı Sinan Altınkök iştrak ediblər.
ALDP sədri F.Əliyev 3 günlük türkiyə səfərində 5 QHT sədri ilə də görüşərək Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda, mövcud problemlərdən söz açıb. F.Əliyev Ermənistanın işğalçılıq siyasəti, Türkiyənin Avropa Birliyinə üzvlüyü əngəlləyən süni maneələrə qarşı hər iki ölkənin vətəndaş cəmiyyəti institutlarının həmrəylik nümayiş etdirməyin vacibliyini qeyd edib.
F.Əliyev Türkiyədə keçirdiyi bütün görüşlərdə Türkiyə-Azərbaycan birliyinin möhkəmlənməsinin vacibliyini və bunun üçün birlikdə mübarizə aparılmağın vacibliyini qeyd edib. F.Əliyev Azərbaycan həqiqətlərini, ermənilərin işğalçılıq siyasətini dünyaya çatdırılmasında əməyi olan bütün təşkilatlara minnətdarlığını bildirib.