İran Devrim Muhafızları istihbarat savaşı yürütüyor

Ankara ve Washington arasında yeni gerginlik

Bakü’de Kafkasya Sempozyumu var

Rus senatör: Çavuşoğlu onayladı, Washington ise anlayamıyor

GÜLNARA İNANC: AĞ EV İRANI ERMƏNİSTAN ÜZƏRİNDƏN QARIŞDIRMAQ PLANLARINA BAŞLAYIR

Gündem, İran 3 Ağustos 2018
53

Ermənistanda çevriliş nəticəsində hakimiyyət dəyişikliyi baş verməsində bir neçə amil rol oynayıb. Onlardan birinə-Rusiya amili ilə bağlı olan İran amilinə toxunacağıq. Qərbin Tehranın hazırki iqtidarını devirməyi seçən müəyyən dairələri İrana qarşı yalnız daxili deyil xarici amillərdən də istifadə edur.

Ermənistanda demək olar ki, bütün strateji sahələri nəzarətdə saxlayan Rusiya İrana ABŞ-ın girişinə maneədir. Kreml isə müstəqilik illərində Ermənistan ilə əlaqələrində bu strateji tərəfdaşının iqtisadi və siyasi inkişafına maraqlı olmayıb. Bütün transmilli layihələrdən kənarda qalan Ermənistan günü gündən daha dərin böhranlara girir. Rusiya isə yardım üşün ölkəyə yatırımların qoyulmasına heç bir cəhd etməyib.

Bununla da Yerevan geniş miqyasda Rusiyadan asılı vəziyyətə düşməklə vassal vəziyyətinə gəlib. Əgər vassal azad olmaq gücündə deyilsə, əvvəl-axır boyunduruğunun ucunu başqa bir sahibin ixtiyarına verəcək. Ermənistanda da belə oldu. Amma erməni ideoligiyası bununla dəyişmədi. Hansı iqtidar olursa olsun Azərbaycan torpaqlarının qayıtması gündəmə gələ bilməz. Rusiya kimi Qərb də bunu istəmir, çünki Qərb şirkətləri də bu illər ərzində Ermənistana əsaslı yatırım qoymayıb.

Qərbin məqsədi Ermənistanda demokratik dövlət qurmaq yox, Rusiyadan təcrid etmək və İrana yaxınıaşmaqdır.

Artıq məlum bir məsələdir ki, Qərbdə , o cümlədən ABŞ -da prezidentlər güc mərkəzləri tərəfindən seçilir və idarə olunur. Ağ Evin hazırki sahibi Donald Tramp Yaxın Şərq siyasəti strategiyasında İrandakı prosesləri məcradan çıxarmaq məqsədi olduğunu göstərir.

İranın daxilində sosial və siyasi narazılıqlardan, etnik amillərdən istifadə cəhdləri sınaqdan çıxarılır. İranın ictimai şüurunda başlıca iqtisadi güc sayılan bazarlarda və ticarət mərkəzlərində tətillər var. Başlıcası isə iranlıların zərdüştilikdən gələn daxili azadlıq hissi zəncirlənir.

Əslində İranla mübarizəyə açıq şəkildə qalxan iki ölkə var –İsrail və ABŞ. Avropanın ayrı ayrı dövlətləri İranda hakimiyyətdə kimin olmasından asılı olmayaraq bu çoğrafiyada nüfuz dairələrini artırmağa daha çox meyyllidir.

Beləliklə, Ağ Ev Ermənistandakı yeni hakimiyyəti ilə İran ətrafında çəmbər qurmağa başlamalıdır. İranda Ermənistan üzərindən ictimai-iqtisadi layihələr, etnik və dini kimlik üzərində provakasiyalar, xüsusilə gənclər və qadınlarların maarifləndirilməsi proqramları həyata keçiriləcək.

İran isə özünü medafiə məqsədi ilə daxildəki prosesləri qonşu ölkələrə, ilk növbədə Azərbaycana ixrac edəcək. Burada Gəncə hadisələrinin baş vermə vaxtına nəzər salsaq, onun İranda Azərbaycan türklərinin Babək qalasına yürüşü ilə parallel baş verdiyini görərik. Məlum olduğu kimi bu yürüşlər Azərbaycan türklərində milli hisslərin güclənməsini qidalandırır.

Gəncə hadisələri zamanı olayların İranda təlim keçmiş asalaçılar tərəfindən törədildiyi barədə informasiyalar yayılmağa başladı. Analizlər bu xəbərlərin diqqəti yayındırmaq və Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistana qarşı yönəltmək cəhdi olduğunu göstərir.

Hər bir dövlətin özünü qoruma haqqı var. İran da ona qarşı yönələn bütün zərbələri qonşu ölkələrə yönəltməklə, dirəniş göstərir. İranın baxış bucağından haqlıdır, Azərbaycanın baxış bucağından isə yolverilməzdir.
Gülnara İnanc, “Etnoqlobus” Beynəlxalq onlayn araşdırma mərkəzinin direktoru
kafkassam yazarı

Yorumlar