Hazırda ABŞ -da Türkiyə və Amerika xarici siyasət idarəsinin əməkdaşları arasında yaranmış krizisi çözmək üçün danışıqlar gedir.Danışıqlar başlanması üçün ilikn şərt olaraq Rahib Brunsonun və 15 iyun hadisələri zamanı həbs olunmuş 15 nəfərin azadlığa buraxılması irəli sürülmüşdü.Əgər danışıqlar başlayıbsa demək Türkiyə artıq bu məsələdə güzəştə getmişdir.Danışıqların əsas ana xətti ABŞ-ın Türkiyədən müttəfiqlik öhdəliklərini yerinə yetirilməsi və siyasi rəqiblərə qarşı təqibləri dayandırılması tələbidir.Bunun qarşılığında Türkiyə də ABŞ-da həbs olunan bir neçə iqtisadi cinayət törətmiş türk əsilli insanların azad olunmasını və İranla neft alış-verişində Türkiyə üçün müəyyən güzəştlərin edilməsini istəyir.Onu da qeyd edim ki, artıq iki gündür Türk lirəsinin dəyərdən düşməsi prosesi dayanıb.Görüşmələr müsbət nəticə isə bitərsə önümüzdəki həftələrdə Türkiyədə dollar ajiotajına son qoyula bilər.Türkiyə isə öz xarici siyasətinə yenidən baxmağa məcburdur.Erdoğanın yürütdüyü siyasət əslində Çin və Rusiyanın maraqlarına tam uyğundur.bu iki super dövlət Türkiyəni Qərbdən ayıraraq bir güllə ilə iki dovşan vurmaq istəyirlər.Onların məqsədi NATO-nu quru qoşunlarının əsasını təşkil edən türk ordusundan məhrum etmək və Türkiyəni özlərinə möhtac etməkdir.
Vasif Efendi
Görüşmələr müsbət nəticə isə bitərsə önümüzdəki həftələrdə Türkiyədə dollar ajiotajına son qoyula bilər
340 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.