KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ganimet Zahidov: Lukaşenko dünyadakı diktaturanın son hədəflərini göstərdi

Ganimet Zahidov: Lukaşenko dünyadakı diktaturanın son hədəflərini göstərdi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
355 0

Əslində, Lukaşenko dünyadakı diktaturanın son hədəflərini göstərdi, eyni zamanda dünya demokratiyasının da son hədəfini göstərdi. Lukaşenkonun bu jestindən sonra bütün azərbaycanlıları bir sual düşündürür ki, görəsən Qərb necə reaksiya verəcək. Yanlış yanaşmadır : məsələyə fərdi rakursdan baxa bilən, dünyanı dərk etməli olan, ölkəsini dərk etməli olan, nəhayət özünü dərk etməli olan istənilən azərbaycanlının beynindən bir sual keçməlidir : « görəsən, mən neyləməliyəm » ?
Nəyə görə?
Bəyəm, görmürsüz ki, çağdaş diktatorların qafasından nələr keçir ? İndi diktatorların davranışlarında milli mənafe, strateji bucaq axtaranların baxışları daşa dəymir ? Bəyəm müşahidə etmək çətindir ki, onlar qaydasız- sahmansız, yaxud da bəşəri qanunların deyil, yalnız özlərinin yırtıcı niyyətlərini tarazlayan qaydalarla idarə edilən ölkələr və cəmiyyətlər istəyirlər ?
Diktatorlar belədir. Onların bilinən və görünən əməlləri sizi heyrətə gətirmirsə, dəhşətə salmırsa, bu o demək deyil ki, onların sizi dəhşətə salmaq üçün yetərli olan ağlagəlməz dərəcədə çox işləkləri var ! Hərçənd, onların bilinən və görünən hərəkətləri də sağlam düşüncə sahiblərini dəhşətə salmalıdır, ikrah doğurmalıdır.
Bu post, o cümlədən, İlham Əliyevin davranışlarında pozitiv elementlər axtaran yarımçıq demokratların anlayışı üçün yazıldı…
* Bu gəncin gözlərindəki vahimə ilə onu yaxalayanların baxışlarındakı heyvani ehtirası da müayisə edin: bu, gerçək bir dəhşətin tablosudur!
Ganimet Zahidov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir