KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Ganimat Zayid: 4 aprel zarafatı və ya DİN-in açıqlamasına məzhəbli interpretasiya

Ganimat Zayid: 4 aprel zarafatı və ya DİN-in açıqlamasına məzhəbli interpretasiya

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
175 0

Əliyevdən gözlənilməz sərəncam!

Azərbaycanda yaranmış ictimai- siyasi durumu, geosiyasi gərginliyi, o cümlədən, İran və Azərbaycan arasında ziddiyyətlərin kəskinləşməsini, İrandakı teokratik rejimin bizim cəmiyyətə xas olan həssas dini duyğuları istismar etməsini nəzərə alaraq əmr edirəm:
1. 10 may 2023- cü ildən etibarən Azərbaycanın bütün məscidlərində dini icmaların şiəliyin Cəfəri məzhəbindən imtina edərək Hənəfi icmasına qoşulduğu barədə xütbələr oxunsun;
2. 10 may 2023- cü ildən başlayaraq 3 ay müddətində yeni məzhəbin ibadət qaydalarının texniki əsasları işlənib hazırlansın.
3. Azərbaycanın ibadət ocaqlarında 2023- cü ilin sentyabr ayının 1- ə qədər ixtisaslı kadrların tam inventarizasiyası aparılsın.
4. 2023- cü ilin sonuna qədər ölkənin bütün məscidlərində və dini təhsil mərkəzlərində “Heydər Əliyev və İmami Əzəmin irsi” mövzusunda seminarlar, dini- teoloji konfranslar keçirilsin.
5. Əmrin icrası Qafqaz Müsəlmanları Ruhani İdarəsinə, Dini qurumlarla İş üzrə Dövlət Komitəsinə və Elm və Təhsil Nazirliyinə tapşırılsın.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

Fazil Mustafanın güllələnməsi faktı ilə bağlı yaradılan İstintaq Qrupu istintaq – əməliyyat tədbirləri çərçivəsində sorğulanacaq şəxslərin siyahısını tərtib edib. Bu qrupa nisbətən yüksək vəzifəli şəxslər daxildir. İstintaq qrupu Azərbaycan- İran parlamentlərarası İşçi Qrupunun üzvlərini potensial şübhəlilər sırasına daxil edir.
Fazil Mustafanın özünün də daxil olduğu bu qrupa kimlər daxildir:
Vasif Talıbov, şiə məzhəbindəndir, 2011-2022- ci illər arasında 17 dəfə İranda olub;
Əziz Ələkbərov- şiə məzhəbindəndir, 2017-2022- ci illər arasında 4 dəfə İranda olub;
Ülviyyə Həmzəyeva- şiə məzhəbindəndir, 2015-2022- ci illər ərzində 6,5 dəfə İranda olub. (Redikülü yadından çıxdığına görə bir dəfə sərhəddən qayıdıb);
Eldar İbrahimov- şiə məzhəbindəndir, 2005- 2022- ci illər ərzində 50 dəfə İranda olub.
Aydın Mirzəzadə- şiə məzhəbindəndir, 2005- 2022- ci illər ərzində 7-8 dəfə İranda olub (bəzi hallarda gizli yolla keçdiyinə görə səfər sayı dəqiq bilinmir);
Madər Musayev- şiə məzhəbindəndir, 2005- 2022- ci illər ərzində 60 dəfə İranda olub, Tehran, Qum və Məşhəd şəhərlərində dükanları var;
Cavanşir Paşazadə- şiə məzhəbindəndir, 1993-2023- cü illərdə ən azı 17 dəfə Azərbaycanda olub.
Bundan başqa bəzi hökumət nümayəndələri də istintaqa cəlb edilə bilər. Məsələn, 2019-2023- cü illərdə 6 dəfə iranda olan baş nazirin müavini Şahin Mustafayev (şiə məzhəbindəndir) və Cavid Qurbanov (şiə məzhəbindəndir, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədridir, İranda böyük biznes obyektləri var və SEPAH-la birgə Kərəc şəhərində yük terminalı var).
Sinənizə və ağlınıza yatırmı belə bir xəbər- təqdimat?


 

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir