KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ganimat Zahidov: Ukrayna kimin için döyüşür?

Ganimat Zahidov: Ukrayna kimin için döyüşür?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
321 0

Nə qədər zamandır ki, insanların azadlıq istəklərinin buxovlanmasının “səbəblərini” eşidirsiz? Məncə, çoxdandır və 21- ci əsrin lap əvvəllərindən başlayaraq “biz demokratiyaya imkan verə bilmərik, çünki sendviçin ortasındayıq” kimi axmaq dəlilləri də çox eşidirik.
“Biz Rusiya ilə İranın arasındayıq”, “Biz Rusiyanın qulağının dibindəyik”, “Biz dünya imperializmindən Rusiya vasitəsilə qorunuruq”… kimi ən müxtəlif hədyanlar saçılır ən müxtəlif ölkələrdən. Rəsmən deyirlər! Səbəb kimi, bəhanə kimi, diplomatik çıxış kimi deyirlər, pıçıltıyla, açıq- saçıq, bağıraraq deyənlər də var.
Dünyanın xəritəsində qara rənglə görünməkdən ləzzət alan dövlət başçılarının, onların əshabəsinin, onların yal verib yemlədiyi satqın diplomatların- siyasilərin hamısı bu kabusu səbəb olaraq qabartmaqdadır.
Körfəz ölkələrindən Balkanlara, Yaxın Şərqdən uzaq Şərqə, mərkəzi Afrikadan Cənubi Amerikaya qədər qaramtıl ölkələrin hamısında vətəndaşlarını at yerinə də, eşşək yerinə də minən azğın dövlət başçılarının hamısı bu “ayələri” zikr edirlər, bu bəhanələri həm mindikləri xalqların, həm də bütün bəşəriyyətin gözünə soxurlar!
Çoxdandır, lap çoxdandır ki, belədir!
21- ci əsr də bu rəzil bəhanələrlə başlayıb getməkdədir.
İndi Ukrayna bu murdar səbəblə savaşır, bunu bilirsizmi?
Ukrayna o səbəbi rədd etməklə, onu bəşəriyyətin azadlığının önündəki qara daş kimi kənara atmaqla məşğuldur.
Ukraynanı dəstəkləməyənlərin hamısı o murdar səbəbin sayəsində boyun yoğunladan, gön qalınladan heyvərələrdir.
Ukrayna azadlıq üçün savaşır və yalnız öz canını qurtarmır, öz savaşını aparmır!
Dünyanın xəritəsindəki o qaramtıl- rəzalət rəngində olan, azadlıqları axtalanmış bütün xalqlar üçün döyüşür!
Ukrayna üçün dua edin! Yaxud Ukrayna üçün himn oxuyun! Yaxud, Ukrayna üçün əlinizdən gələni edin!
O, sizin üçün öz qanını axıdır!

Ganimat Zahidov Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir