KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Gəncə hadisəsi üzərinə

Gəncə hadisəsi üzərinə

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
444 0

Gəncədəki olayın günümüz qoşulları ilə ilintili olduğu doğrudur. Burada iqtidarın yanlış uyqulamaları incələnə bilər. Ancaq bu, hadisinin tarixi arxa planını öyrənmədən yetərli olmayan bir yanaşma olar. Azərbaycan-Ermənistan- Gürcistan eyni vaxtda müstəqil olsalar da, Azərbaycan dışında iki Qafqaz ölkəsində böyük demokratik irəliləyişlər olmuşdur. Bir haldakı coğrafiyası və əhalisi iki Qafqaz ölkəsi qədər olan Azərbaycanda daha çox demokratik irəliləmə olmalıydı. Bunun tarixi və sosiolojik səbəbləri nədir, nələrdir? Ermənistan keçən 28 ildə bir neçə prezident dəyişdirməməklə qalmamış, daha böyük demokratik reforma keçərək parlemantarizm sistemini bərqərar etmiş və tək adam rejimini ortadan qaldırmışdır. Gürcüstanda da böyük reformlar gerçəkləşmişdir. Azərbaycanda demək olar ki, heç bir irəliləyiş olmamış, tək adam rejimi daha da möhkəmlənmiş və açıq cəmiyyət olma yolunda bir addım atılmamış, müxalifətin önündə çoxlu əngəllər törədilmişdir. Şübhəsiz ki, bu biçim uyqulamalar ölkədə demokratiyanın ölçülərinə uyqun olmayan müxalifət şəkli doğurmaq zorundadır. Bu, sosial təbiətin qanunlarındandır. Ancaq məsələ sadəcə bu sosial durumdanmı qaynaqlanır, yoxsa bunun tarixi səbəbləri də vardır? Yəni bu radikalizmin səbəbi ölkədəki iqtisadi gərginlikmi, iqtisadi müşküllər azalarsa, bu teror hrəkətləri də azalarmı?

Bu suala cavab vermək üçün İran Şiə Üsyanını örnək alan Azərbaycanın şiə islamcılarının vizionuna baxmaq lazımdır. İranda Xomeyni rəhbərliyində şiə üsyanı olduğunda ölkədə böyük iqtisadi yüksəliş vardı və Skandinaviya ölkələri kimi məktəblərdə uşaqlara yemək də verirdilər. Ölkə kənddən şəhərə qədər sürətlə yüksəliş yolundaydı. Böyük sənayeləşmə hərəkətləri başlamışdı. O hərəkət davam etsəydi, indi İran demoktaik və dünyanın mürəffəh ölkələrindən biriydi. Çünkü şiə üsyanından sonra 8 il sürən İraq savaşında yüz milyarlarla para savaşda xərcləndi və ölkə orta çağ qaranlığına geri aparılaraq gələcəyi də qaranlığa gömüldü. İndi isə gələcəkdə tarixdə İran adlı ölkənin olub olmayacağı gündəmdədir. Çünkü şiəliyin sərt uyqulamaları ölkə içi və ölkə dışı düşmənlərin sayını artırdı. Molla rejiminin çökməsiylə İranın da tarixdən silinəcəyi gündəmdədir.

O zaman nədən İranda bu bədbəxtlik baş verdi? Çünkü şiə üsyanını rəhbərlik edən liderlərin niyyəti ölkə sorunları ilə məşğul olmaq deyildi. Onların niyyəti Yəzid-Hüseyn qarşıdurması olaraq adalandırdıqları Ərəb tarixi problemi ilə uğraşmaq idi. Özlərini Hüseyn yerinə qoyaraq iqtidarı da Yəzid kimliyi ilə tanımlayırdılar və Səfəvi şiəliyinin qaranlığına gömülən xalqın ağıl dışı inancı da buna zəmin yaradırdı. Çünkü elmin yaradıcısı ağıl olduğu kimi, tarixin yaradıcısı inancdır. Avropada aydınlanma çağından sonra ağlın gücüylə tarixin yaradılması məsələsi gerçəkləşmiş oldu. Müsəlman ölkələrində hələ də tarixin yaradıcısı ağıl düşmənliyi üzərinə təcrübəsi olan inancdır. Böyləcə İranda Yəzid-Hüseyn sorununu çözmək üçün inqilab oldu və indi xalq peşman və devirdikləri şahlıq rejimini geri gətirmək üçün küçələrdə 40 ildən sonra bağrışıb inqilab edirlər!

Azərbaycanda baş qaldıran dini müxalifətin də buna bənzər tərəfləri var, tamamən bu olqudan etkilənməkdədir. Yəni Azərbaycandakı dini müxalifətin vətən problemi yoxdur, ola da bilnəz. Onlar İslamın şiə yönününün tarixi sorununu çözmək istəyirlər. Yəzid-Hüseyn problemlərini çözmək istəyir və özlərini Hüseynin intiqamını alan dinçilər olaraq tanımladıqları üçün fikrən hər növ diyaloqa qapalıdırlar. Bu üzdən tək seçəkləri teror olaraq ortaya açıxar. O zaman Yəzid haradadır? Yəzid yoxdursa, bir Yəzdir obrazı uydurmaq lazımdır. Yəni ərəb tarixinin və ərəb kültür ortamında meydana çıxan olayın Azərbaycanın modern sosilogiyasıyla nə əlaqəsi? O vaxt biz müsəlman belə deyildik. Bu səbəbdən də Gəncədə ortaya çıxan problemin tarixsəl köklərinə baxmaq lazımdır. Bu zehniyyəti, yəni Hüseynin intiqamını alma zehniyyətini ölkəmizə başda şah İsmayıl olmaq üzərə işğalçı Səfəvi zehniyəti gətirmişdir. Hüseynin intiqamını almaq adına Təbrizin, Ərdəbilin, Şirvanın, Heratın, … sünni türklərini üzərinə soyqırım uyqulayan Səfəviyyət bu problemi və bu teror zehniyyətini miras buraxıb getmişlər. Bu üzdən də Azərbaycanın sorunu iqtisadi deyil, tarixi və dinsəldir. İllik ortlama gəlir 50 min dolar olsa da, bu sorun çözülməz. Çünkü bu, bir zehniyyət məsələsidir. Bunların Azərbaycanla bağlı heç bir məsuliyyətləri yoxdur. Söyləmlərinə baxsanız, Yəzid-Hüseyn savaşı üzərinə bir ideoloji gəlişdirmişlər. Demokrasinin genişləməsi, ölkədə sənayeləşmənin irəliləməsi bu sorunu çözməz, çözəməz. Bu zehniyyətin milli dövlətçilik anlayışıyla əlaqəsi yoxdur. Bunlar dərinliyini bilmədikləri Səfəvilərin gətirdiyi Yəzid-Hüseyn problemlərininin çözücüləri olaraq meydana çıxmışlar. Bu zehniyyəıtlə də modern ölkə sorunlarını çözmək mümkün deyildir. Bu səbəbdən bu şiə dinçilərin söyləmlərinə diqqət edilərsə, ölkə-vətən-demokrasi-ədalətli gəlir dağılımı, … kimi ifadələr eşidilməz. Bunlar Hüseynin intiqamını almaq fikrindədlər. “Ölsən şəhid-öldürsən qazi” kimi sapıq, saçma və qeyri-əxlaqi bir zehniyyətə sahib olduqlarından onlar üçün adam öldürmək də cənnətə getməkdir, ölmək də. Bunun üçün də bu xəstə zehniyyət bir Yəzid surəti uydurmalıdır. Çünkü ortada Yəzid olmazsa, o zaman Hüseyn olmanın da bir anlamı qalmaz. Bu sorunu Azərbaycan demokratik yolla çözə bilməz. Çünkü bunlar demokratiyanı qəbul etməzlər. Bu baxımdan bu Səfəvi teror mirasına qarşı iqtidar və müxalifət bir yerdə heç bir güzəştə getmədən mübarizə aparmalıdır. Bunlar ölkənin inkişafı yolunda ən böyük əngəldirlər. Azərbaycan Səfəvi-İran kültür hövzəsinə mənsub bir ölkədir və hər kültür hövzəsinin bir özəlliyi vardır. Bu özəllikləri tarixi xüsusiyyətlərinə görə bilmədən, onlarla mübarizə etmək də asan iş olmaz.

guntay gencalp

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir