KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. GƏLƏCƏYİN DÜNYASI:

GƏLƏCƏYİN DÜNYASI:

Kafkassam Editör Kafkassam Editör - - 14 dk okuma süresi
318 0

(Rəqəmsal dövr, Blockchain , Bitcoin, 21. əsr rəqəmsal dünya layihəsi, Rəqəmsal ekosistem , İnrob-Humrob: İnsan-Robot, Kiber təhlükəsizlik, Ubero-avtomatlaşdırma, İnsanlıq ‘hibrid’ iş həyat forması , Trans-humanizm , 5 G qloballaşma, Zeitgeist” zamanın və ya dövrün ruhu, Eko otaqları, Rəqəmsal iqtisadiyyat, Rəqəmsal Marketinq, Nağdsız cəmiyyət Reformasyon, Süni intellekt ,Cəmiyyət 5.0 fəlsəfəsi).
Bütün dünyada ötən əsrin ikinci yarısından etibarən, qloballaşma, beynəlxalq rəqabət, informasiya, istehsal və xidmət sahələrindəki texnologiyaların sürətli inkişafı, kapitalistləşmə həvəsi və modasının təsiri nəticəsində inkişaf etmiş olsun və ya inkişaf etməkdə olan olsun bir çox ölkənin iqtisadi, siyasi, sosial, mədəni, texniki və inzibati sistemlərində köklü dəyişiklikləri reallaşdırma yolunda əhəmiyyətli addımlar atılmışdır. Bu dəyişikliklər digər sahələrdə olduğu kimi dövlət idarəçiliyi sahəsində də reallaşdırılması üçün müəyyən paradiqmaları özüylə birlikdə gətirmişdir. Ümümi olaraq dövlət idarəçiliyi sahəsində yeni paradigmaların ortaya çıxarılmasının əsas səbəblərindən biri, mövcud idarəçilik sisteminin işləməsi nəticəsində meydana gələn siyasi, iqtisadi, hüquqi, sosyal, mədəni sahələrdəki böhranları aradan qaldırmaq və kapiatalist sistemin (qlobal kapitalizmin) təkmilləşdirilməsindən ibarətdir. Qloballaşma prosesində dövlət idarəçiliyindəki yeni paradiqmalar dövlət sisteminin də dəyişməsinə səbəb olmuşdur. Paradiqma ən qısa şəkildə dünyanı qavramaq və anlamaq üçün lazım olan zehni düşüncə tərzi olaraq bilinməkdə, təcrübə, model, qəlib mənalarında və cəmiyyət tərəfindən qəbul edilən inam, dəyər və metodlarların məcmusu kimi qiymətləndirilməkdədir Koronavirus rəqəmsal çağa keçidi sürətləndirən bir katalizator oldu. Sosial quruluş daim dəyişiklik və çevrilmədədir. İnsanlıq ilk dəfə deyil ki, belə bir şey yaşayır. Dünya ibtidai cəmiyyətdən, kənd təsərrüfatı cəmiyyətinə, kənd təsərrüfatı cəmiyyətindən sənayecmiyyətinə, indi isə informasiya cəmiyyəti halına gəldi. Kənd təsərrüfatını 10 min ildə, sənayeni 300 ildə reallaşdırdıq. Ancaq son 30-40 ildə çox təsirli bir dəyişiklik baş verdi. Xüsusilə, 2000-ci ildən sonra artan rəqəmsal çevrilmədən danışa bilərik. Həyatın axını dəyişdi, dəyişikliklər hər yeri əhatə etdi. Həyat tərzimiz dəyişdi. Alış-veriş onlayn – e-ticarətlə aparılır. İş yerləri evdən-evə-ofis metodu ilə işləməyə çalışır. Həyatımız və dünya demək olar ki, yenidən qurulur Birincisi, “COVID-19″ pandemiyasını bilirsiniz çox təhlükəlidir. Amma əsassız, ümidsiz və pis məlumat epidemiya yayılması daha təhlükəlidir. . Bir infodemiya olaraq da bilinən bu bəla, koronavirus pandemiyasından daha da ön plana çıxdı. İnfodemiya” ən azı COVID-19 qədər təhlükəlidir. Ən azı pandemiya qədər təsirli. Ümidsizliyə yer verməyin. Dünyamız və bəşəriyyətimiz “Maarifləndirmə-Sənaye İnqilabı” adı altında 300 il keçdikdən sonra sürətlə “Rəqəmsal Əsr-Yeni Dünya Nizamı” hədəfinə doğru atılır. İnternet, Google, Facebook, Whatsapp, Instagram, Twitter, Mail qrupları, Blockchain kimi dünya miqyasında inkişaf etdirilən sosial media platformaları bütün insanlığımızı və qlobal şəbəkə kimi əməliyyatları əhatə edir. Entropiya dövrüdür. 21-ci əsrin birinci rübünə doğru süni intellekt, əşyalar interneti olan “rəqəmsal əsr ekosisteminə doğru inkişaf edirik. Bu təkamüldə, şübhəsiz ki, kriptovalyutalar / rəqəmsal pul səbətinə doğru pullar (əsasən dollar), petrodollar, qiymətli metallar, birjalar, daşınmaz əmlak və bütün ticarət əmtəə sistematikaları blokçeyndə yer alacaq.Bu yeni vəziyyəti çox yaxşı təhlil etməli və buna uyğun bir strategiya hazırlanmalıdır. Qlobalistlərin Yeni Dünya Nizamnaməsi ilə planlaşdırdığı Bir Dünya Dövlət Layihəsi ilə əsas məqsəd vətəndaşları dövlətlərindən azad etmək və Blockchain’ə inteqrasiya etmək, onları dövlətlərin təsirindən qurtarmaq və istədikləri istiqamət verməkdir. Covid-19 hadisəsinin dünya iqtisadiyyatını tənəzzülə sürüklədiyi aydındır. Bir tərəfdən sürətlə azalan tələb, digər tərəfdən bir çox sektorda istehsalın dayanması ilə çox sayda işçinin həyatını davam etdirməsi çətinləşəcəkdir. Yaşlı dünyamız müharibə, aclıq, yoxluq, terrorizm, qaçqın problemləri, ekoloji fəlakətlər və daha çox şeylərlə üzləşir. Bəşəriyyətin ümumi arzusu; sülh, əmin-amanlıq və hər kəsin bərabər gəlir səviyyəsində olduğu bir dünya olsa da, ölkələr, siyasi təşkilatlar, kəşfiyyat təşkilatları, lobbilər və daha çox görünməyən əllər dünyamızı və insanlığımızı mütləq maraqları üçün amansızcasına istifadə edirlər. Dünya həmişə olduğu kimi; ABŞ, Çin, Rusiya və AB-nin başçılıq etdiyi bir sıra siyasi, iqtisadi, sosial və hərbi hadisələr yaşadı. Buna görə böhranları aradan qaldırmaq üçün üç məsələ ön plana çıxır:
– Dövlətə inanmaq ,
– Elm adamlarına inanmaq,
– Etik dəyərlərə əhəmiyyət verən mediaya etibar etmək lazımdır.
Koronavirus epidemiyası bütün dünyada insan sağlamlığı və həyatı üçün ciddi təhlükə yaradır, iqtisadiyyatdan siyasətə qədər hər cür fəaliyyətini sarsıdır.
Fərd olaraq böyük bir müharibədəyik.
Cəmiyyətlər olaraq böyük bir müharibədəyik.
Dövlətlər və millətlər olaraq böyük bir müharibədəyik.
Biz bütün insan mərkəzli ortaq birləşmələr kimi böyük bir müharibədəyik.
Üstəlik, bu dəfə bilmədiyimiz, haqqında çox şey bilmədiyimiz bir düşmənimiz var (COVID-19-Corona).Müdafiə qalxanları dağıldı. Yeni bir növ düşmənə qarşı yeni bir müdafiə növü başladı.İndi gələcəyin rəngi bəlli oldu. Əlbəttə ki, insan əldə etdiyi bilik və təcrübə ilə bunun öhdəsindən gələcəkdir. Bu düşməni necə məğlub edəcəyini biləcək. Bir virusun bəşəriyyəti təhdid etməsinə və onu məhv etməyə cəhd göstərməsinin qarşısını alacaqdır. Bəlkə ondan sonra yeni təhdidlər gələcək. Yeni hücumlar gələcək. Hamısı bu sahədə olacaq. Çünki indi gələcəyin forması bəlli oldu. Nə ilə qarşılaşacağımız aydındır. Bəşəriyyətin gələcəyi də yeni bir yol alır. Sanki yeni bir dövrə, yeni bir dövrə giririk.Yeni bir dünya qurulacaq. İnsanlıq özünü bərpa edəcək. Covid-19 (Korona) yerli, regional deyil, qlobal bir epidemiya. İnsanlıq bəlkə də ən ağır sınağını verir. Zəifliyini yenidən kəşf edir.Gücün tərifi dəyişir: Ən adi canlı varlıq bütün insanlığı təhdid edir. Günümüzə qədər öyrəndiyimiz və istifadə etdiyimiz həyat tərzi yenidən qurulur. Epidemiya; ölkə, bölgə, etnik quruluş, dini fərq, mədəni mühit, varlı-kasıb, sosial vəziyyəti heç nəyə qulaq asmır. Ticarət müharibələri bu gün o qədər çox oldu ki, tarazlıqlar balanssızlıqda bir entropiyaya çevrildi . Əlbəttə ki, insanlıq əldə etdiyi bilik və təcrübə ilə bunun öhdəsindən gələcəkdir. Bu düşməni necə məğlub edəcəyini biləcək. Bir virusun bəşəriyyəti təhdid etməsinə və onu məhv etməyə cəhd göstərməsinin qarşısını alacaqdır. Yeni bir dünya qurulacaq.
Bu terminlər gələcəkdə elmi əsərlərdə çox istifadə olunacaqdır.
– Unudulma xəstəliyi (mitomaniya) siyasi müzakirələrə çıxdı.
– Öjenik cəmiyyət
– 21. Əsr Rəqəmsal Dünya Layihəsi,
– Mesenformations (bilmədən yalan məlumat)
– İnternet, Google, Facebook, Whatsapp, Instagram, Twitter, Mail qrupları, Blockchain kimi dünya miqyasında inkişaf etdirilən sosial media platformaları bütün insanlığımızı və qlobal şəbəkə kimi əməliyyatları əhatə edir.
– Qlobalistlərin Yeni Dünya Nizamnaməsi ilə planlaşdırdığı Bir Dünya Dövlət Layihəsi ilə əsas məqsəd vətəndaşları dövlətlərindən azad etmək və Blockchain’ə inteqrasiya etmək, onları dövlətlərin təsirindən qurtarmaq və istədikləri istiqamət verməkdir.
-Rəqəmsal ekosistem,
-İnrob-Humrob: İnsan-Robot,
– Nağdsız cəmiyyət,
– Universal Basic Gəlirlərə keçid olacaq. Laboratoriyalarda və şəhər təsərrüfatlarında kiber təhlükəsizlik, qida (ət zavodu) istehsalı, ubero-avtomatlaşdırma,
-İnsanlıq ‘hibrid’ iş / həyat formasına keçəcəkdir,
-Xeyriyyəçilik – xeyirxahlıq və paylaşma iqtisadiyyatı geniş yayılacaqdır,
– “Təklik” və ya “trans-humanizm” olaraq ümumiləşdirdiyimiz çevrilişə uyğunlaşacağıq,
-“5G qloballaşma,
-Humanizm’ ilə kapitalizmin mübarizəsi,
-Sosial təcrid’ ən yaxın dostu ‘ağıllı cihaz’ olduğu bir həyat tərzi,
-Post-Koronavirüs dövrü,
– Distopiya,
– Zeitgeist: Zaman Ruhu,
-Nihilizm,
-Nihilitik,
-Eko otaqları,
– Reformasyon,
– Kiber Təhlükəsizlik.

Dövlət idarəçiliyində əsas olaraq Yerliləşmə (Localization), İctimai Seçim (Public Choice), Rasyonal Seçim (Rational Choice), Ortaq İdarəçilik (Good Governance), Yeni Dövlət İdarəçiliyi (New Public Management), Davamlı İnkişaf (Sustainable Development), Yeni Dövlət Xidməti (New Public Service) və digər paradiqmalar ortaya atılmışdır. Bu yeni paradigmalar liberal məktəbin (kapitalist sistemin) məhsulu olmaqla dövlətin cəmiyyətdəki rolunu, hökümət, bürokratlar və vətəndaşlar arasındakı əlaqələri yenidən müəyyənləşdirmək və formalaşdırmaq, qloballaşma prosesinin üzləşdiyi çətinlikləri və problemləri aradan qaldırmaq və öz fəaliyyətini davam etdirməsi üçün hüquqi, iqtisadi, inzibati və siyasi zəmin yaratmaq niyyətindədir. Bu paradiqmaların tələblərinə və məqsədlərinə qısaca nəzər yetirdikdə dövlətin kiçildiyini yəni, mərkəziləşdirilmiş səlahiyyətlərinin regional və yerli idarəetmə orqanları arasında bölündüyünü, strukturunun azaldığını, dövlətin bir müəssisə kimi idarə edilməsinə səy göstərildiyini, cəmiyyətdə dövlət idarəetməsindən daha çox dövlət xidmətlərinə ehtiyac duyulduğunu, qərar qəbulu prosesinə dövlət və yerli özünüidarəetmə orqanları ilə birlikdə vətəndaşların və ictimaiyyətin idarə olunmasında iştirak edən digər quruluşların və ya subyektlərin də iştirakının təmin edilməsini yəni, idaəetmədə təmsilçiliklə iştirakın yerini birbaşa iştirakçılığın tutduğunu və qloballaşma prosesinin iqtisadi sistem kimi özəyini təşkil edən Darvinist kapitalizmin dövlətlərə və dünyamıza vurduğu siyasi, iqtisadi, ekoloji, sosyal və s. zərərləri minimuma edirilməsinə və davamlılığını təmin etdirilməsinə səy göstərildiyini görə bilərik.
Nəticə olaraq Koronavirus ümumdünya fəlakətidir. Azərbaycan da bu fəlakətdən özünü qurtarmaq üçün dövlət səviyyəsində nə mümkündürsə onu da edir. Bütün bu pronblemlər geridə qalacaq. Buna görə də infeksiyasının yayılmasına yol verməmək üçün hər bir şəxs gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidir. Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün bütün imkanlarını səfərbər edib . Azərbaycan hökuməti tərəfindən ən təsirli ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilir və bu proses bir başa Azərbaycan Prezidenti İlham Əliyevin nəzarəti altındadır.

Murtəza HƏSƏNOĞLU
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu
kadr siyasəti kafedrasının dosenti, siyasi elmlər
üzrə fəlsəfə doktoru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir