KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuat Gahramanlı: Qarabağ düyününün pərdəarxası oyunları

Fuat Gahramanlı: Qarabağ düyününün pərdəarxası oyunları

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
329 0

Rusiyanın təktərəfli uduş planları.

Paşiniyan Türkiyə ilə yüksək səviyyədə dialoqa hazır olduğunu bildirib. Bundan öncə də, o, İlham Əliyevi ikitərəfli danışıqlara çağırmışdı.
Əslində, onun bu mövqeyinə Qarabağla bağlı diplomatik müzakirələri Rusiyanın inhisarından çıxarmaq cəhdi kimi də baxmaq olar. Bu baxımdan, zənnimcə Azərbaycan indiki halda Ermənistanın Türkiyə ilə danışıqlara başlamasında maraqlı olmalıdır. Niyə?
Əgər , belə bir danışıqlar baş tutarsa, bu, Moskvanın təktərəfli vasitəçiliyinin ortadan qalxması, ölkəmizin Türkiyə vasitəsi ilə Ermənistana əlavə siyasi təsir imkanları qazanması demək olar. Təbii ki, bu da öz növbəsində Türkiyəyə Qafqazdakı fəaliyyətini genişləndirmək, siyasi rolunu artırmaq imkanı verər.
Son vaxtlar Moskvanın dəstəyi ilə Ermənistandakı Köçəryan qruplaşmasının fəallaşdığı hiss olunmaqdadır. Bu revanş cəhdini dəstəkləmək üçün bu yaxınlarda Yerevanda Kremlin dəstəyi ilə rusiyalı erməni iş adamlarının iqtisadi formu keçirilib. Bu tədbirin əsas təşkilatçılarının Köçəryana dəstək ifadə edərək Ermənistana 1mlyarda dollara yaxın yardım söz verməsi, Rusiyanın bu ölkədə yeni revanş hazırlıqlarını göstərir. Avropa Birliyinin 2,7 milyard avro yardımından sonra, Rusiya da bu yolla Ermənistan daxilindəki geosiyasi balansı öz xeyrinə qoruyub saxlamağa çalışır.
Təbii ki, bütün bu baş verənlər Paşiniyanı ciddi şəkildə narahat edir və o, həm Azərbaycanla, həm də Türkiyə ilə birbaşa danışıqlara başlamaq cəhdi ilə Moskvanın niyyətlərinə qarşı manevr sahəsini genişləndirməyə çalışır.
Rusiya isə Paşiniyana münasibətindən asılı olmayaraq, öz strateji dövlət maraqlarından çıxış edərək Ermənistanı silahlandırmaq və Qarabağdakı separatçıları himayə etməklə erməni cəmiyyətinin aqressiv işğal siyasətini dəstəkləməsinə nail olmaq istəyir. Çünki, Putin hakimiyyətinin nəzərinə görə Rusiyanın Cənubi Qafqazda öz varlığını qoruyub saxlaması yalnız bu halda mümkündür.
Həm də görünür ki, Rusiya Ermənistanı hərbi baxımdan himayə etməklə, erməni cəmiyyətini məğlubiyyət kompleksindən tez bir zamanda çıxarmağa çalışır. Əgər Putin buna nail olarsa, o zaman revanşa cəhd edən Köçəryanın müharibəni uduzmuş Paşiniyana qarşı ictimai dəstəyi yenidən güclənmiş olacaq. Ona görə də Moskva erməni xalqının yenidən aqressivlşməsində, müharibə əhval – ruhiyyəsinin artmasında maraqlıdır.
Qarabağ separatçılarının lideri Araikin bu yaxınlarda Yerevana səfəri zamanı Paşiniyanla görüşünün baş tutmaması da onu göstərdi ki, əslində, Moskva Qarabağ kartını xeyli dərəcədə Paşiniyanın əlindən alaraq bu istiqamətdə gedən prosesləri tam öz nəzarətinə götürüb.
Bu konteksdə onu da qeyd edək ki, görünür Putinin eyni istəyi üzündəndir ki, Azərbaycan da “ərazi bütövlüyümüz bərpa olunub” kimi absurd bir yanaşma ilə özünü Qarabağla bağlı beynəlxalq diplomatik müzakirələrdən kənar saxlayır. Bu da imkan yaradır ki, bu məsələni müzakirə etmək istəyən beynəlxalq güclər mövzunu yalnız Rusiya ilə danışsınlar.
Bunun nəticəsidir ki, Putin bütün ipləri öz əlində tutmaqla bu gün əslində Qarabağ məsələsini istədiyi kimi yönləndirmək imkanlarına sahibdir.
Ermənistan tərəfdən yayılan məlumatlara görə, bu yaxınlarda Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasındakı dəmir yolu xətlərinin açılması nəzərdə tutulur. Bu, əslində Rusiyanın Azərbaycan vasitəsi ilə Ermənistana hərbi təyinatlı yüklər daşımaq imkanlarını artırmaqla yanaşı, Moskvanın regionda tək tərəfli qaydada kommunikasiya və əməkdaşlığı təmin edən güc olduğunu göstərmək üçündür. Bütün bu kommunikasiya şəbəkələrinin təhlükəsiz işləməsi Rusiyanın iştirakı olmadan mümkün görünmədiyi üçün, Moskva bu yolla regiondakı nəzarət və təsir imkanlarını daha da artırmış olacaq. Beləliklə də Rusiya hərbi çərçivədən çıxaraq, daha geniş bir sahəyə nəzarət etmiş olacaq. Bütün bunların qarşılığında isə Azərbaycandan Qarabağdakı Rusiya hərbi bazalarının daha uzun müddət üçün saxlamaq razılığını almaq Moskvanın qazanclarını iki qat artırmış olacaq.
Azərbaycan rəhbərliyi isə bütün bunların müqabilində, daxili təbliğat kompaniyası üçün “Zəngəzur dəhlizini açddıq” kimi bir mənasız piar tezisini qazanmış olacaq.
Fuat Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir